3 çalışma

Zəka odası — tapmaca, məntiqi çalışma və müsabiqələr

Müsabiqə ildə 4 dəfə keçiriləcək.  Bu müsabiqə iyunun sonunda,    digərləri isə  sentyabr və dekabr  aylarında  kçiriləcək.

 Sonuncu mərhələyekun mərhələ olacaq. Qaliblər və fərqlənənlər müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 Əziz uşaqlar,  başladıq,  sizə uğurlar arzulayırıq.

Qeyd:  Müsabiqədə iştirak etmək üçün wordpress.com-da qeydiyyatdan keçmək və  anaveushaq.wordpress.com  saytının istifadəçisi olmaq lazımdır.

  1. Bir kişi öz iki oğluna  bir sürü qoyun bağışlayır və tapşırır ki,  hər qoyunu sürüdəki qoyunların sayı qədər  manata satıb pulları yarı  bölsünlər.

Uşaqlar da qoyunları satıb pulu bölməyə başlayırlar: böyük qardaş 10 manat götürür, kiçik 10 manat; böyük 10, kiçik 10 manat götürür, axırda böyük 10 manat götürsə də, kiçiyə 10 manatdan bir qədər az pul qalır.

Böyük qardaş öz qələmini kiçik qardaşa bağışlayır, hər iki qardaş razı qalır.

Sual: Qələmin  qiyməti nə qədər imiş?

  • Kontrakta görə fəhlələr hər işləsikləri günə görə 33 frank alırlar. Hər işləmədikləri günə görə isə onlardan 12 frank tutulur.    30 gündən sonra aydın oldu ki, fəhlələrə 1 frank da pul düşmür.

Sual: Onda  fəhlələr bir ayda neçə gün işləyiblər?

  • Aşağıda adları çəkilən heyvaların birindən başqa , hamısını birləşdirən bir ümumi əlamət var. Həmin əlamət hansıdır ki,  bu heyvanda yoxdur?

Heyvanlar:  Qoyun. Donuz, dəvə,  at, maral, begemont, zürafə

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı