General Şıxlinski küçəsində yaşayan sakinlərin nəqliyyat problemini  həll etmək istəmirlər

Günümüz-güzəranımız

Tarix boyu qulluq, müəyyən   imtiyaz sahibi olmaq, dövlətə xidmət etmək məmura rahat və təminatlı  yaşamaq imkanı yaratmışdır. Bu rahat və təminatlı həyat həmin kateqoriyadan olan adamları qeyri-mütənasib olaraq cəmiyyətin fövqünə qaldırmışdır.

Hakimiyyət adından söz demək, hansısa bir addım atmaq onları nüfuz sahibi etdiyindən belələri həmişə təkəbbürlü olmuşdur.

Böyük Füzulinin hələ  o dövrdə qələmə aldığı  “Şikayətnamə” əsəri heç nədən yaranmamışdı.

Məktub formasında yazılmış bu nəsr əsərində XVI əsrin siyasi-sosial mənzərəsi canlandırılmaqla yanaşı, həm də    dövlətdə əksər sahələrdə idarəçiliyin  nadan və cahil adamların əlində olmasını   diqqətə çatdırmışdır.

 Mütəfəkkir şair  “Salam verdim, rüşvət deyildir deyə almadılar” fikri ilə yaşadığı  dövrün idarəçilik üsullarına ibrətamiz siyasi-hüquqi qiymət vermiş, ağıllı başları nəticə  çıxarmağa çağırmışdır.

Fərqli ampulada olsalar da, ədəbiyyatın, publisistikanın qələmin, sözün sosial refleksləri hər zaman olmuşdur. Xəstə Qasımdan başlamış Arif Şirvaniyə, Arif Təbriziyə, Ağa Məsih Şakir Şirvaniyə, Molla Pənah Vaqifə, Molla Vəli Vidadiyə, Baba bəy Şakirə, Qasım bəy Zakirə, Seyid Əzim Şirvaniyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə qədər daha neçə ədəbi mütəfəkkirin əsərlərində bu refleksi görürük.

İctimai inkişafımızın müxtəlif dövrlərinə ona görə nəzər saldım ki, bizim xalqın bir məmur zehniyyətinin mövcudluğu  hər zaman olmuş, hələ də davam edir. “Salam verdim, rüşvət deyildir deyə almadılar” deyən Füzuli dövründən 4 əsr keçsə də, “dünya düzəlmir ki düzəlmir, baba”. İnsanlar çox gözəl görür ki, məmurlar hər gün işə dövlətə, xalqa xidmət etmək üçün deyil, şəxsi fayda əldə etmək  niyyətlri ilə başlayırlar.

Ümummilli lider Heydər Əliyev deyərdi ki, hər hansı bir qulluğa layiq görülmək insana verilmiş əlavə nüfuz kimi başa düşülə bilməz, bu, həmin adamlara verilmiş əlavə məsuliyyət kimi qəbul edilməlidir. 

Həqiqət budur ki,  yerlrdə insanların  belə inzibatçı məmurlardan  narazılıqları  heç tükənmək  bilmir.

Olsun ki, bu narazılıqlıqların müəyyən qismi  əsassızdır, qərəzlidir. Amma  ola  bilməz ki,  bir insan oğlu ailəsinin, çəxsi həyatının   xoş anlarını, etməli olduqlarını buraxıb,  dövlət idarələrinə, nüfuzlu şəxslərə  şikayət, ərizə yazmaqla məşğul olsun.

Şikayət varsa, deməli,  idarəçiliyin bu və ya digər  bəndində  boşluq, özbaşınalıq var.

Dövlət işçilərindən davamlı şikayət etdiyini ha ört-basdır etsələr də, başa düşülməlidir ki, bu narazılıq və narahatlıqları aradan qaldırmaq, ört-basdır etməkdən daha təhlükəsiz və xərcsiz başa gəlir.

Dövlətimizin lideri cənab İlham Əliyev 21 iyul 2015-ci ildə milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə bu məqamı daha dürüst təfsir etmişdir:

“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və  bunlara reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək…”

Ölkə başçısı 23 aprel 2019-cu ildə Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında sakinlərlə görüşündə hər bir məmurun qarşısına vətəndaşlara vicdanla xidmət etməyi başlıca vəzifə kimi qoymuşdur:

“Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.

Cənab İlham Əliyevin liderlik fəaliyyətinin bütün dövrlərində bu amalına sadiq qalmışdır.

Bəs onda bu narazılıq və narahatçılıqlar, laqeydlik və məsuliyyətsizliklər heç tükənmir, hər gün, hər addımda qarşımıza çıxır?

Füzuli dövründə də belə olub, “Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim” deyən Vaqifin dövründə də,

” Ərzə verə bir adamın pədəri,

Fərzəndinə olmaz zahir əsəri;

Yetmiş ildən sonra nəvvadələri

Məgər ondan tapa bir rahi-nicat ”,

– deyən Qasım bəy Zakirin dövründə də, indi də.

“Ana və Uşaq” saytlnda bu mövzuda dəfələrlə bəhs etmişik. Təəssüf ki, saytlarda yazılanlardan təsadüfi adamlardan başqa kimsənin xəbəri olmur. Məmur heç idarələri üçün məcbur abunə etdirildiyi mətbuatı oxumur, dövlət  mətbuatını oxumur, qalmışdı hansısa saytı izləsin.

Sovet dövründə iş yerində attestasiya keçirilirdi və bu attestasiyalrın bir tapşırığı da işçinin şəxsi hazırlığı idi. İxtisasına dair hansı elmi-metodiki əsər, qəzet və ya jurnal oxuyub, hansı bədii ədəbiyyatı oxuyub və s. Ömründə bir qəzet, bir roman, povest oxumayan, iki könülaçan şeir bilməyən bir şəxs kütləyə hansı etik görüşlərlə rəhbərlik edəcək və yaxud tabeçiliyində olan işçisindən nə soruşa biləcək?

Xətai rayonunun Generaal Şıxlinski küçəsinin 96 nömrəli Mənzil İstismar Sahəsinin xidmət etdiyi ərazidə yaşayan insanların nəqliyyat problemi illərdir həllini tapmır, heç kim də bu qədər paytaxt sakininin harayına əncam çəkmir .

Müraciət edilməyən şəxs, təşkilat qalmayıb, özü  də dəfələrlə. Ya məktubu itirirlər, ya cavab vermirlər, ya da elə cavablar verilər ki, sanki daimi suyu olmayan, həyət-bacada paytaxt şəhərinin sakininə ən adi sosial və kommunal rahatlıqları olmayan sakinlər həm də Hadı imiş, Bıdı imiş, onlara ağıllarına gələn cavabı yazmaq olar. Prezidentə də müraciət edirik. İnsanların əlacsızlıqlarına çarə qılmadıqları hələ bir yana, heç məktublara cavab verilmir. Ya da insanların müraciətləri fəaliyyətlərindən və yaxud fəaliyyətsizliklərindən şikayət edilmiş adamların üstünə göndərilir.

10-15 il bundan əvvəl bu əraziyə 215,275, 247, 236 nömrəli avtobuslar işləyirdi. Bu gün həmin avtobuslardan ancaq 236 nömrəli avtobus qalıb. Bir də 104 nömrəli avtobus “Həzi Aslanov” metrosundan qayıdanda General Şıxlinski küçəsindən keçir, yəni ancaq bir istiqamətə işləyir.

Biz 2019-cu ilin oktyabr ayında 100 sakin adından dövlətimizin başçısı cənab İlham Əliyevə müraciət etdik. Məktub tədbir görülmək üçün Bakı Nəqliyyat Agetliyinə göndərilib. Bakı Nəqliyyat Agetliyinə 23.09.2019-cu ildə daxil olmuş məktuba üstündən 50 gün keçəndən sonra 8 noyabr tarixdə cavab yazırlar. Orxan Süleymanovun imzası ilə göndərimiş məktubda yazılıb:

“Sizn 36 nömrəli marşrutun fəaliyyəti və yeni yeni marşrutun təşkil olunması barədə Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız müraciətinizə Bakı Nəqliyyt Agentliyində (daxiloma qeydiyyatı: Kol-5637-01/102 №li, 23.09. 2019-cu il tarixli ) aidiyyəti üzrə baxılmışdır.

Nəzərinizə çatdırırıq ki, mütəxəssislərimiz tərəfindən araşdırma aparılmış, General Əliağa Şıxlinski və Səməd bəy Mehmadarov küçələrinin kəsişməsinə müntəzəm marşrutun təşkil edilməsinə zərurətin yarandığı müəyyən edilmişdir. Bununla bağlı General Əliağa Şıxlinski və Səməd bəy Mehmadarov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin təhlükəsiz manevr etməsi üçün dairə yaradılmış və 46 nömrəli müntəzəm marşrutun adıçəkilən dairən keçməklə fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

Həmçinin araşdırma nəticəsində günün pik saatlarında yollarda yaranan nəqliyyat ləngimələrinin avtobusların aralıq, eyni zamanda son dayanacaqlara vaxtından gec çatmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasına səbəb olduğu müşahidə edilmişdir.

Bununla bağlı avtobusların sərnişin təlabatına uyğun tənzimlənməsi, pik saatlarda sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görülməsiunin zəruriliyi 36 nömrəli marşrutun müvəqqəti istismarçısınının diqqətinə çatdırılmışdır.

Xahiş edirik nəzərə alasınız. ”

Aşağıdakı sxemi AZƏRTAC paylaşıb. (https://azertag.az/xeber/46_nomreli_marsrut_xetti_uzre_avtobuslarin_hereket_sxemi_deyisdirilib-1363430).

Halbuki, həmin sxemdə qırmızı kəsiuk-kəsik xətlərlə yeni xətt kimi verilmiş ərazı General Şıxlinski deyil, S.b. Mehmandarov küçəsidir: İnqilab İsmayılovla kəsişir.

Sxemdə mən həmin ərazidə olan 2 mağazadan çek aldım, orada ünvan Mehmandarov göstərilib.

İkincisi, həmin xətt üzrə marşrut 1 gün də işləməyib və bu gün də işləmir. Ən əsası isə, Prezidentə müraciət edən 100 sakinin biri həmin qırmızı kəsik-kəsik xətlərlə göstərilmiş guya General Şıxlinski küçəsində yaşamır.

46 nömrəli avtobus sovet dönəmində hansı marşrur sxemi üzrə işləyib, yenə yüzə-yüz həmin xətt üzrə işləyir. Real TV-nin əməkdaşları da Narazı sakinlərin rahatlığını təmin edən hissədən yox, sovet dönəmində olan sxem üzrə video paylaşdı (https://www.realtv.az/news/az/33261/46-sayli-avtobusun-xetti-deyishilib-video) həmçinin.

Bakı Nəqliyyat Agentliyi də olsun ki, ölkənin əsas informasiya vasitələrinin məlumatları elə görüntü yaratdı ki, guya Günüral Şıxlinski küçəsinin nəqliyyat problemləri həll olundu. Əslində isə məşəqqətlər davam edir.

Bu ilin may ayında yenidən müraciət etdik, 42 gün sonra yenə öz bildikləri kimi cavab verdilər. Cavab verdilər ki, monitorinq aparmışıq, orada sərnişin yetərli deyil.

Siz məmurun, xidmət qurumunun məsuliyyətsizliyinə baxın: agentlik 1-ci cavab məktubunda etiraf edir ki, həqiqətən,  General Əliağa Şıxlinski və Səməd bəy Mehmadarov küçələrinin kəsişməsinə müntəzəm marşrutun təşkil edilməsinə ehtiyac var,   bir müddət keçəndən sonra   ikinci şikayət məktubna  verdikləri  cavabda isə yazacaqlar ki, guya kifayət qədər sərnişin olmur.

Əzələn,   bu qurum özlərinə yaxın mətbu vasitələrdə cəmiyyətə, dövlətə verdiyi arayış həqiqəti əks etdirmir.  Şikayət edən  yüzlərlə  sakinin adından müraciət  etmiş şəxslər    əvvəldə  qeyd etdiyimiz   kimi,    həmin   tərəfdəki  dayanacaqlardan istifadə etmir, insanlar  Şıxlinski küçəsindən  yazırlar, bunlar binayi-qədəimdən  Mehnamdarov küçəsində olan marşrut xəttini    kütləvi informasiya vasitələrində nümayiş etdirib, cəmiyyətin gözünə kül üfürülər. 

Guya  bu istiqamətdə sərnişin yetərli deyil.  Yetərli deyil, bu istiqamət üzrə treninq  elan edin, görün neçə nəfər  marşrut açmaq istəyəcək.

   Məktubdakı problemin  həllini təmin etməli olan şəxslər birbaşa marşrut sahibi ilə dil tapırlar.

Monitorinqi nəqliyyat müfəttişləri ilə deyil, ərazidə yaşayan sakinlərin iştirakı ilə apaydılar, məni də dəvət edəydilər, şəffaflıq budur.  Bu qədər irəli gedirik, amma vəzyyət  heç düzəlmir.

Sizin monitorinq nə dərəcədə etibarlıdır? Sərnişin sayını kim müəyyən edir, bu müəyyənetmə şəffafdırmı? Nə üçün 104 nömrəli marşrutda hərəkət edən avtobuslar arasında inteval müddəti 2-3 dəqiqə olur, bəzən avtobusun salonunda 5-3 nəfər olur, amma onlar sərnişin məmnuniyyəti qazanır, amma siz 36 nömrəli avtobusu müdafiə edirsiniz. Müvəqqəti istifadəçi nə deməkdir, bu termin hansı anlama xidmət edir? Niyə illərdir bu marşrutun daimi sahibi olmamalıdır, bu üsul nəyisə qorumaqla bağlı deyilmi?

Siz illərdir bu marşrut sahibinin mənafeyini həmin marşruta ehtiyacı olan minlərlə baş şəhər sakininin mənafeyindən üstün tutursunuz. 2-3 il öncə bu marşrutda bir avtobus da göründü. Amma deyilənlərə görə, 36 nömrəli avtobus istismarçılarımı, sürücülərimi onları təhdid edib, onlar da sakitcə xətti tərk ediblər.

İnsanlar əziyyət çəkir. Cənab Prezidentin bu sahəyə müəyyən etdiyi qurumlar insanlara xidmət etməlidir, paytaxt şəhərin nümunəvi nəqliyyat ahənginə xidmət etməlidir, sahibkarlara deyil.

81 və 104 nömrəli avtobuslar Şıxlinski küçəsi ilə hər iki istiqamət üzrə hərəkət edərsə, bu problem tam həll oluna bilər. 81 nömrəli avtobusun sonuncu dayanacağı bu ərazi ilə çox yaxındır:1 km-ə qədər. 104 nömrəli avgtobus bu küçəni ancaq “Həzi Aslanov”dan qayıdanda keçir, amma “Həzi Aslanov”a gedəndə də buradan keçsə, bu ərazidə yaşayanların nəqliyyat problemləri olmayacaq. Nə 81, nə də 104 nömrəli avtobuslara sərnişin yetərsizliyi problemi də olmayacaq.

Bu ərazidə yaşayan insanlar aidiyyəti qurumlardan başalladan, yola vermək üçün məntiqsiz cavab məktubları deyil, vəziyyətin düzəlməsinə kömək etmələrini istəyir.