Mövqe

Reklam niyyətləri ilə qəzetçilik sənayesi quran mətbu subyektlər ideologiyamıza nə xeyir verə bilər? Bunlar heç ideologiyaya xidmət etmək amacında olmayıblar və indi də deyillər.
Onların fəaliyyəti dəyərlərimizi və inkişafımızı sarsıdan neqativ təzahürlərin yetişdirilməsi, daha sonra ləklərdən böyük sahələrə köçürülməsindən başqa bir şey deyil. Təhlükəli neqativ təzahürlərin bu çəkildə, bu qədər hərisliklə yayınlanması uşaqlara zərəli təsir göstərdiyini və cinayət əməllərinə sövq etdiyini kim inkar edə bilər?

Siz harda oxumusunuz, nə oxumusunuz, necə oxumusunuz: toy oxuyan adam kisələrlə pulu necə qazana bilər, bu, nə ölçüdür? Cavanşir Məmmədov toyda “Parovoz” olarkən müəllim dəftər yoxlayır, əyani vəsait hazırlayır və sair, böyük əksəriyyəti ehtiyac içində yaşayır, nisyə dəftərlərinə sığınıb yaşayır, amma şou müğənniləri birbaşa ictimai tribunalardan özlərinin dəbdəbəli həyatlarını reklam edirlər.
Mətbuat, özəl kanallar ən çox bu adamları önərləyir, həm də gecə gündüz. Yazırlar ki, filan sənətçinin bikinili şəkli minlərlə like qazandı.
Belə təqdimatdan sonra bu mətbu nəşrdə ictimai hədəfləri necə təbliğ etmək olar?
Zaur Kamaldan bu qədər narazılıqlar var,insanlar deyir, mətbuatda yazılır, heç bir təfavütü olmur. Bu özündən müştəbeh aparıcı indi də deyir ki, “Bir dəfə toyda ofisiant çağırdı ki, “orada bir ağbirçək nənə oturub, səni çağırır”. Yanında da oğulları oturub. 30-40 yaşında bir oğlu vəzifəli adamdır.
Gəldim nənənin yanına. Nənə məni qucaqladı, öpdu, oğluna işarə etdi ki, “Zaura pul ver”. Mənim də kostyumumun cibi yoxdur.
Qardaş çıxardır pulları, cibimə qoyur, pullar yerə tökülür, yenə pulları cibimə qoyur, yenə tökülür yerə. Nənə oğluna deyir ki, pullar yerə tökülür. Oğlu isə deyir: “Haçan ora açılacaq, pullar dolacaq, o vaxta kimi pul qoyacağam. ”

Onda müəllimlərin, məktəbin verdiyi hədəfləri, ölçüləri, karyera qurmaq tövsiyələrini atın kənara. Yeniyetmələr bunu şou kanallarından, şou mətbuatından, Nadirdən, Elgizdən, Əli Mirəliyevdən, Tolikdən, Zaurlardan əxz etsinlər.
Böyüyən nəsil görür ki, cəmiyyətdə kitabxanaçıdan, arxiv işçisindən, müəllimdən kimlər şad-xürrəm yaşayır. Uşaqlar görür ki, şou sənətçiləri harda çal-çağır var, səyahət və gəzintilər var, onlar da oradadır. Evləri də var, maşınları da , pulları da.
Yenisabah.az bir neçə müğənniyə “sizə qeyri-adi, təəccüb doğuran hədiyyələr verilibmi”,- deyə soruşduqda Nadir Qafarzadənin cavabına baxın: “Toydan əlavə, kimsə hansısa müğənniyə hədiyyə verirsə, sabah onun əvəzini çıxacaqlarını bilin. Misal üçün, mənə 5 yox, 10 manat verirlərsə, “iki gündən sonra hansısa yerdə saxladığım qadınla oturmuşam, gecə də saat 3-dür, dur gəl mənim üçün oxu”, – deyə zəng edəcəklər. Bu anda müğənninin də diliqısa olur. Getməsən, “bilirsən, nə var sən pulla aldığım deyilsən?!”- deyəcək.”

Bu adam cəmiyyətə hörmət etmir, açıqca deyir ki, hansısa yerdə saxladığım qadınla oturmuşam, özü də gecə saat 3-də. Belə nümunələr 10-larladır, 100-lərlədir. Onda məktəb də belə olmalıdır, yeniyetmə də, cəmiyyət də.
Qəze, sayt oxuyan, televiziyaya tamaşa edən yeniyetmə bu kütləvi informasiya vasitələri sovet idelogiyasında birmənalı olaraq tənqid və ifşa olunan adamları mehriban, rəğbətli bir insan kimi təqdim edəcəksə, 2-3 işbaz seşdiyi gözəlləri dünya gözəli elan edicəksə, bizim yazdıqlarıza, üzr istəyirəm, bir qoz. Uşaqlar erkən uşaqlıqdan özlərinə, bax ,bu cür kütləvi informasiya vasitələrinin manşetlərindən düşməyənləri hədəf seçir, hələ böyük həyata atılmadan başlarında, xəyallarında böyük həyat haqqında dumanlı fikirlər məskən salmış olur.
Şou televiziyalarının və şou mətbuatının baş qəhrəmanları örnək ola bilməyən həyatları ilə uşaqların aqressiv impulslarını aktivləşdirir, onları daha aqressiv edə bilir.
Nadir Qafarzadə gecə saat 3-də kitab oxumağa getməyib ki… Gecənin o vaxtı sərinləşdirici içki və meyvələr gündüzdə olduğundan ucuz deyil ki… Cavanşir Məmmədov kimi gərək meşokla pul qazanasan ki, gecə saat 3 -də yanında olan
Uşaqlar da televiziyada, kinolarda gördüyü əyləncəli lüks həyatı təqlid edərək, belə əyləncəli həyatın ehtirasına qapıla və cinayətkara çevrilə bilər.
Mütləq senzura lazımdır. Şou layihələri qapadılmalıdır. Heç bir kanal, mətbuat, informasiya vasitəsi gizlicə qulağına pıçıldanmadan belə maaririfçilik və ya məlumatlandırıcılıq edə bilməz.Yəqin ki, əminlikləri var.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.