Baş redaktordan

Yoldaş ölüm,
Hamı bilir sən çox evlər uçurmusan,
Milyonları bu dünyadan vaxtlı-vaxtsız köçürmüsən,
Qəhrəmanlar aparmısan bu aləmdə yoxdu tay…
Yer altında olanların, yer üstündən çoxdu sayı,
Sinələrdə çalın-çarpaz dağlar qoyub,
Anaları, bacıları ağlar qoyub,
Sən dahilər susdurmusan yüz millətin iftixarı…

 Cabir Novruz

Böyük şairimiz “ölüm” adlı  fiziki, mənəvi,  bioloji, psixoloji   halın yerdəki, ürəklərdəki izini    obrazlı olaraq  çox emosional şəkildə təsvir edə bilib.

Ölüm — “bu  qoca kaftar” hərəyə bir cürə dağ çəkib və  dağ çəkə-çəkə də gedir. Baxmır ki,  bu dünyadan  apardığı  bir uşaqdır, yeniyetmədir, nişanlıdır,  bir Aydan spnra övladı olacşaqdı…

Uşağa uşaq dağı çəkir, qocaya qoca  dağı… Sadəcə, aparır.

  İlkin  anlayışımız isə   budur ki, o, yerin üstündəki   həyatdan  sonrakı  həyatın  sükut, əbədilik yuxu halıdır.Vaxt-bivaxt insan oğlununu haqlayır.  Heç vaxt  yaşa da baxmır, bir  atanı, bir babanı necə aparır ,   körpə uşağı, yeniyetməni də elə  fərq qoymadan  həmin tövrlə aparır:

 gündüz saat bir  də aparır,    gecədən xeyli keçmiş aparır, səhərə yaxın aparır….

Nə imiş həyat:  insan oğlu  doğulur, böyüyür, təhsil alır, ailə qurur, yaşa dolur, bu  mərhələlərə baş elə qarşır ki, bir də görür ki, ay aman, bir vaxt mənim də 40 yaşım vardı, indi oğlum, qızım   bu yaşdadır. Onları oxutdun, evləndirdin, gəlin köçürdün,  artıq nəvələrin var.  Evləri, rahatlıqları var.  İşləri, süfrələrini ruzi ilə  təmin edəcək iş yerləri  var.Bir az  rahat ola bilərsən. İndi   nəvələrinə qarışıb indiyə kimi çəkdiyin qayğıların   əvəzini çıxmaq üçün  artıq   sərbəstsən, artıq   onlar sənin qayğını çəkəcəklər. Yaşamaq istəyirsən.Nəvələr   möhkəm-möhkəm səni  həyata  bağlayır.Di gəl ki, balalarını bir  günə çıxartdığın  vaxt, yaşamaq istədiyin bir  vaxt əcəl özünü yetirir.

Onsuz da,   gözümüzü   açandan bunları   görə-görə yaşa doluruq. Bilirik  ki, həyat əbədi deyil. Bir gen doğulan, bir gün də  köç  edir.  Bu dünyada hər nə var, onun əksi də var. Ağın qarası, gündüzün gecəsi, yaxşının  pisi, sevginin  nifrəti, dağın təpəsi, istinin  söyuğu…  və sonsuzadək həyat  əksliklərin mübarizəsi üzərində qurulub.  Olsun…Amma  torpağımızda  müharibə olmasın, intiharlar olmasın, oğul atanı, ata oğulu öldürməsin.Vaxtsız-vədəsiz  bir ölüm də  olmasın. Heç  dinc günlərimizdə olmasın, nəinki    müharibə şəraitində.

Uzun illər  torpaqlarımız işğal altında  qaldı. Noyabrın 10-da   düşmən kapitulyasiyaya  məhkum edilsə də,  hələ də  əraziləırimizdə    onların tör-töküntüləri qalmaqdadır. Ərazimizdən  çıxarılarkən  təcavüzkarlar , demək olar  ki, hər yeri minalayıblar. Ara-sıra bu minalara tuş gələn   hərbçilərimiz və dinc insanlar  həyatlarını itirməli olurlar.  Belə hal bu gün də davam edir.

Atəşkəs rehimi olsa  da,  erməmi  təcavüzkarlarə hər zaman qan tökməyə, yandırmağa, partlatmağa meyilli olubdur. 2017-ci ilin iyulun 4-də  baş verən  terror   yüzlərlə qəsddən biri idi:   Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülmüş, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanmışdı. Bu  2 yaşlı uşağın  günahı nə idi? Nənənin günahı nə idi:  bir  qadın kimi balalarının,  Zəhra nəvəsinin  cehizlik yorğanını sırıyacaqdı, xeyir-dua verəcəkdi…

  44 günlü müharibədə 3 minə yaxın igid oğlumuz şəhid oldu.

Təkcə   6 min ata-ana sinəsinə dağ şəkildi.Əmi, dayı, bibi, xala, baba-nənə neçə mindir Allah   bilir.  Bacı, qardaş, övladı olanın övladları  neçə mindir , Allah bilir.Neçə nişan üzüyü, cehizlik sandığı  ələmə büründü. Bunları necə  sarımaq, necə sağaltmaq  olar?

 İndi təqdim edəcəyimiz şəkillərdəki    uşaqların, ataların, gəlinlərin  üzünə baxın.  Şəkillər də danışarmış, danışdırarmış…

3-5 ilin  gəlinləri idi. Hələ nə yaşamışdılar ki.Hələ niyyətlərinin hansı birini  həyata keçirə bilmişdilər ki…

Bu balalar  baba-nələlərinin, xalqımızın xeyir-duası ilə, dövlətimizin dəstəyi ilə  böyüyəcək,  təhsil alacaq.     Amma    hər birinin   canında, cüssəsində ta həyatlarının sonuna kimi ata  sığalının həsrəti qalacaq. Bu balaların anaları da olsun ki, yasdan çıxıb  balalarının  böyüdülməsi üçün   qayğılarını, canıyananlıqlarını davam etdirəcəklər, bununla başlarını qarışdıracaqlar. Fəqət, qəlbdəki yara  sağalan deyil. Bu yaranın məlhəmini, əlacını tibb  elmi  heç vaxt  tapa bilməyəcək.  Başqa millətdə  bəlkə  də …  Azərbaycan mühitində Azərbaycan Qadını özü    belə əlacı  heç ağlına gətirməyəcək. Bu yazını  daha çox  bu rakusda fikirlərimi ifadə etmək üçün yazdım. Bütün şəhidlərimizə Allah rəhmət etsin.    Torpaq,  Vətən nədirsə, bu dəyərə sahib çıxanlar Sizi  heç vaxt unutmaz. Xalq   Sizi heç  vaxt unutmaz. Əgər unudacaqsa, əgər  5-10 ildən sonra şəhidimiz  tədbirdən-tədbirə, yubileydən-yubileyə xatırlanacaqsa,   bu torpağa basqılar gözləniləndir.  Şəhidini sevmək, Əsgərini sevmək  bütün etik dəyərləri ilə yanaşı, həm də bir inam deməkdir.  Göz üstə saxlanılan Şəhid, Əsgər   göz üstə saxlanılan Vətən anlamı verir.

 Ümumilikdə isə bu anlam etibarlı müdafiəni,   ərazi bütövlüyü  üçün təhlükə  yaranarsa, düşmənə qarşı  zəfərə inam yaratmaq deməkdir. Bu balalar mütləq atalarının hünər yolunu  davam etdirəcəklər.

  Nənəm laylasını oxşama saydı,

Kim idim o məni oxşamasaydı?

Oğul atasına oxşamasaydı,

Dünya başdan-başa heçdi deyərdim.

 Bu balaları onların  anaları –  şəhidlərimizin həyat  yoldaşları  böyüdəcək,  tərbiyə edəcək, mütləq… Şevgi əmanəti kimi, Şəhid əmanəti kimi….

Nargül adlı gəlinimiz  əvvəlcə  əvvəl qardaşı Eltonun, sonra da   həyat yoldaşı Adilin nəşini çiyinlərində daşıyıb.

Firuzə adlı digər  bir gəlinimiz  də ömür-gün yoldaşı Röyalın tabutunu   çiyinlərində daşıdı.  Belə qadınlar ancaq Azərbaycan  anasının qızları ola bilər. Bu gəlinlər    hamımız  hörmətlə baxdığımız bir  ailənin bir nəslin deyil, bütün  xalqın gəlinidir. Azərbaycan ərlərini  qürurlu edənlər  bu cür qadınlardır. Onda    göz önünə, xəyala gətirmək çətin deyil ki,  torpağımız uğrunda şəhid  olmuş  igir eloğlumuz necə ər  imiş. Belə ərlərin torpağına   heç kim sahib  çıxa bilməz. Bunun “baş məşq”ini də onlar  görk kimi qoyub getdilər.

 Biz  burada   bir neçə şəhidimizin, onların balalarının  şəkillərini verdik. Adlarını yazmadıq:  nə  özlərinin, nə də övladlarının.     Bunlar  hamısı  Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdır.  Hamısı bizimdir, amma kaş sözdə olmaya…   

Təqdim etdiyimid şəkillərdə hərbçilərin heç də hamısı    şəhid  deyil. Allah ömürlərini uzun etsin. Sadəcə, biz  qazilərimizin  övladlarını da şəhidlərimizin övladları ilə eyni ehtiramla  qəbul edirik.  Qazilərimiz də bizim üçün fəxarət yerimizdir.

Bütün şəhidlərimizin, qazilərimizin də ailələri və övladları Xalqımıza, bizə əmanətdir.  Onlar hər zaman dualarımızda olmalıdırlar.  Heç bir şəhid anası, şəhid atası tək qalmamalıdır.   Xüsusilə  məktəblər   bu münasibətlərin   müxtəlif formalarını tapmalıdır.   Şəhidlərin adına    məhəllələrdə, binaların girişində Xatirə lövhələri  var. bulaq var, kiçik yaşıllıq zolaqları var. Bunlar  belə diqqətdən kənarda qalmamalıdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı