Görkəmli şəxslərin həyatından

Sabir xəstə ikən pəhriz saxlayırdı. Necə olmuşdusa, bir gün pəhrizi pozub qarpız yemiş, qarnının ağrısı şiddətlənmiş. Şairi məzəmmət edən müəllim yoldaşlarına o, sakitcə demişdir:

Yemişü- yelpənəyi düz, yemərəm,

Tövbə olsun, daha qarpız yemərəm.

Qırxıq başın şəhabəti var çünki qarpıza;

Müəllim yoldaşları güldükdə, o təzədən iki misra da söyləmişdir:

Oldur ki, həp içi dolu fisqü-fəsaddır.

Sabir Tiflisdə xəstə yatarkən həkimlər ona qarnını araqla sürtməyi tapşırmışdılar. Bir dəfə şəfqət baçısı onun qarnına araq çəkərkən, şair özünəməxsis bir zarafatyanalıqla demişdir:

Xalq arağı qarnının içinə töküb keyf çəkir, mən bədbəxt isə qarnımın üstünə sürtüb əziyyət çəkirəm.

Sabir öz əsərlərini sağlığında divan şəklində görməyi çox arzulayırdı. O, öz müəllimi Seyid Əzim Şirvanini misal gətirirdi:

– Mən bir dəfə Hacı Seyid Əzimin görüşünə getdikdə gördüm ki, bütün yazdığı şeirləri qarşısına töküb onlarla məşğuldur. Hər zaman zarafat edib əylənən ağa o gün çox bikef və kədərli idi. Səbənbini soruşdum.

– Bir şair üçün ,dedi, bundan böyük bədbəxtlik olmaz ki, gözünü həyata yumarkən bütün ömrünün məhsulu olan əsərlərinin müqəddəratını bilməsin. Məni kim xatircəm edər ki, sabah öldükdən sonra bu əsərlərim təb və nəşr edilib adımı tarixdə yaşadacaqdır. Mən bunları künc-bucaqlarda itib tələf olmayacağından arxayın deyiləm.

Sabir müəlliminin sözlərini xatırladıqdan sonra özünə düşünür:

-Mən də indi eyni kədərlə kədərlənirəm. Tale məni müəllimimlə birləşdirib. Görünür mən də Hacı Seyid Əzim kimi kitabımı görmədən həsrət ilə öləcəyəm.

Şair də müəllimi kimi öz kitablarını görmədən, gözlırini həsrətlə və əbədi yummuşdur.

                                                     

1911-ci ildə Sabir Tiflisdə müalicə olunarkən Həmidə xanım Məmməduluzadə şairə haqqında bəhs edəcəyimiz kimi, hədsiz səmimi qayğı və maddi yardım göstərir. Onun bu insanpərvər xidmətlərini nəzərdə tutan Sabir minnətdarlıq hissilə bildirirdi:

Əgər əcəl əlində əyilməsəydi qəddim,

Həmidənin zəhmətin çiynimdə mən çəkərdim.

Əfsus ki, böyük şairin qəddi əcəlin əlində əyildi. Şair üzərində çərrahiyyə əməliyyatı etmək istəsələr də, o buna razı olmamış: “mənim mədəm pul kisəsi deyil ki, istəyəndə açasınız, istəyəndə örtəsiniz” demiş və Şamaxıya qayıtmış və bir müddət sonra gözlərini yummuşdur.

Amma fakt budur ki, Həmidə xanım Sabiri yad mahalda öz evində saxlayıb, qulluğunda durub. Eşq olsun… Məzarı nurla dolsun. Əsl-nəcabətinin dünyasını dəyişmişlərə min rəhmət, qalan yadıgarlra təşəkkür, təşəkkür… İnsanlığın rəzalət səviyyəsinə meyil etdiyi indiki zamanda belə şeylər oxumasaq, başımıza hava gələr. Yaxşılarımız var, mən elə düşünürəm ki, çox azdır və keyfiyyətcə o dövrdəki yaxşılıqlardan geri qalır.

Söz yox ki, bu əsilzadə Xanım Sabirə edirdi bu xeyirxahlığı və xalqı naminə edirdi, ərinin ideal qardaşı naminə edirdi. Baxma, o dövrdə gözlərindən, burnundan başqa yerləri naməhrəmə görünməsi qadağan edilən Azərbaycan qadınının yad kişinin xidmətində durması özü üçün də, əri üçün də başağrısı ola bilərdi. Həmidə xanım bütün bunları bilirdi və Allahın hüzurunda pak qəlbə malik olduğu üçün edirdi. Sabir kimi ölməz şairimizə Həmidə xanımın minnətdarlığını etmək şəxsən qismət olmadı. Amma yaxşılıq, xeyirxahlıq itmir. Kimə edilməsindən, kim etməsindən asılı olmayaraq belə nəcabətli insanlara hamımız borcluyuq, belə keyfiyyətlər həyat əlamətləridir və bu mənada da Həmidə xanım həyatımızın qorunmaı naminə edib bu xeyirxahlığı.

Böyük Sabirimiz üçün biz rəhmət oxuyacağıq hər zaman:

Allah Sizə rəhmət etsin!

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!