Oğrun yollara baxmaqdan

Nostalji

Oğrun yollara baxmaqdan
Yar gedən oldu, gəlmədi.
Dözə bilmirəm hicrana,
Bağrım qan oldu, gəlmədi, ah!

Nəqərat:
Gəlmədi maralım, intizarım,
Harda qalmısan?
İntizar gözümü
Yolda qoymusan.

Mənim yarım boyu bəstə,
Dərdindən olmuşam xəstə, ah!
Bağlamışam güldən dəstə,
Güllər də soldu, gəlmədin.

Novruz Feyzullayevin mahnılarını  mən 55 il öncə   ana babamın kəndində  dinləmişəm,   özü də  canlı  ifasında  dinləmişəm: balaca dayımın toyuna gəlmişdi.  Ansambllarını Əhsən Dadaşov müşayiət edirdi.   1967 –ci il idi deyəsən…Onda  Əhsən Dadaşov  da, Novruz Feyzullayev də “ən”lərdən idi.  Əhsən Dadaçovun 42-43, Novruz Feyzullayevin 35 yaşı varsı, dayımın 27, bəndənizin də 12.  Hesab edin ki, ətraf kəndlərdən axışıb gəlmişdilər.Səhərə qədər     heç  kim mağar məclisini tərk etmək istəmirdi.
Bu toy  sovetliyimizin, rayonumuzun  tarixində bir musiqi festifalı kimi  dəbdəbəli keçdi.
Qonşu rayonlardan qonaqlar vardı.  Onlardan biri sifariş vermişdi ki, Növruz Feyzullayev  “Yetim segahı” muğamını oxusun.Sifarişlər çox idi, olsun ki, unudulmuşdu, həmin qonaq küsüb toyu tərk etməyə durdu. Xahiş-minnətlə   saxladılar.Novruz  Feyzulayev  məxsusi bir “Yetim segah” oxumuşdu. Özü də o vaxtlar
indiki kimi akustika,  cürbəcürə texniki  dəstək vasitələri yox idi.   Novruz Feyzullayevin  həzin və yanıqlı səsi dalğa-dalğa  aylı gecədə pərdə-pərdə  ətrafa yayıldıqca evlərdə qalmış   olanlar da axışıb babamın həyətinə gəlirdilər.
İnsan  ömrüboyu xatirə yığa-yığa  gəlir. Amma daha  yığmaq dan keçib.Bizə o  həzinliklərin xiffətini çəkmək, təəssüfünü yaşamaq qalıb.
Bu xatirələrdə   dayımı da xatırladım. Dünyasını dəyişmiş  əzizlərimizi xatırladım.  55 il bundan əvvəlki   balaca Akifi xatırladım…   
 Amma  bir  təəssüfümü də   deyəcəyəm.
Əhsən Dadaşov Əməkdar artist idi. Novruz Feyzullayevin heç bir adı yox idi.Rövşən Behcətin də bir adı yox idi. Növruz Feyzullayev də Cənubi Azərbaycandan idi.  Vəfat edəndən sonra  Milli Qəhrəman  adı, eləcə də digər  orden və medallar  vermək olursa, bizim unudulmuş, vaxtında  layiqli haqqını ala bilməyənlərə  fəxri ad vermək olmazmı?
Buna baxmayaraq, Əhsən Dadaşov da, Novruz Feyzullayev də, Rövşən Behcət də, həmçinin sağlığında layiqli qiymətini almamış digər bütün incəsənət və mədəniyyət xadimlərimizin yeri hər  zaman ürəklərdədir..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı