Vətən sərhəddən başlayır

Şəhid (ərəb. شهيد -shahid, شُهَداء – şüheda’) müqəddəs ideal, din və ya əqidə uğrunda ölən şəxsdir. Onun şəhid olmaq əməlinə “şəhadət” deyilir. Bu idealın daşıyşcılarının amalı necə müqəddəs :
Ölürsəm Şəhid, qalırsam Qazi olurum….

Bu mənsəblər elə bir ucalıq ki, elə bir dəyər ki,oraya ucalmaq hər kəsin işi deyil. Bu, elə bir dəyər ki, bəlkə hansısa uğrunda can atılan nəyəsə, hansı vasitə iləsə nail olmaq olar. Amma Şəhidlik z irvəzinə ancaq qan verməklə nail olmaq olar.
Məktəb illərimizdə hər 9 May günündə veteranlarla görüş keçirirdilər.Yadımdadır, görüşlərin birində veteran müəllimlərdən biri cəbhə xatirələrini danışmışdı. Demişdi ki, bizim əsgərlər Avropanın ayrı-ayrı yaşayış məskənlərini faşizm əsarətindən xilas edə-edə irəliləyirdi. Kəndlərin birində 12-13 yaqşındakı bir uşaq sinəmdəki medallara baxıb, gözü hansını tutmuşdusa, onu məndən istədi. Dedim ki, bu medalların hər biri üçün 1 stəkan qan vermişəm, onu bağışlamaq olmaz.
Qanına sahib olmağı bacaranlar Vətəninə də sahib olmağı bacarır. Azərbaycan xalqı tarixboyu yadellilərə qarşı mübarizələrdə bunu sübut edib . Təkcə Vərən müharibəsində 3 minə yaxın qəhrəman oğul və qızlarımız sevgili Vətən üçün canlarından keçib: hamısı da gənc, çoxları da həyatdan heç vüsala qovuşmamış .
Şəhidlərimiz bunun fərqində idilər. Amma milyonlarla belə sevgi niyyətlərinin uöurlu duvaqqapma ilə başa çatması naminə şəhidlərimiz öş şirin canlarına da qıydılar, öz sevgilərinə də..Onlar həyatla vidalaşdılar ki, insanlıq yaşasın.Onlar ölümlərinə razı oldular ki, ölümlərə son qoyulsun…
Belə qudsal ömür yolu seçmiş bir gəncimiz də Rüstəm Zahid oğlu Atakişiyevdir – Qəbələ rayon, Tüntül kəndinin qəhrəman oğlu … Onsuz da gözəldir, ucaboy, gözlərində həyat qaynayan bir oğul… Gözəş şairimiz Əli Kərim demiş:
..Bir ogul böyütdü ki,gur catmaqaş,gensinə,
Bir ogul böyütdü ki,ogul deyirəm sənə.
Atlını atdan salıb küləklərlə ötüşür,
Baxışından qızların ürəyinə od düşür.
Amma Vətən sevgisi daha öncə imiş. Vətən azad olmadan şəxsi səadət necə önə keçə bilərdi ki. Bütün şəhidlərimiz də, qalibiyyətlə geri dönmüş bütün əsgər və zabitlərimiz də, fərqi yoxdur, istər I Qarabağ müharibəsi, istər 44 gün günlük Vətən müharibəsi, istərsə də son döyüşlərdə bu məsləkin nə qədər müqəddəs and-aman olduuna sədaqətlərini dönə-dönə nümayiş etdirdilər. Belə oğulları, qızları olan Vətəni yağmalamaq olarmı?
Rüstəm Atakişiyev 2000-ci il dekabrın 24-də Qəbələ rayonunun Tüntül kəndində ailədə anadan olub.
Rüstəm Atakişiyev 2019-cu ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Hərbi xidmətinin birinci aylarından hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş və onu yekdilliklə Xüsusi Təyinatlı Qüvvələrdə snapyer manqasına qəbul etmişlər.
Rüstəm 2020-ci il sentyabrın 27-dən Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmişə hünər nümunələri göstərib. Yaralansa da, döyüş meydanını, səngər yoldaşlarını tərk etməmişdir. Təkcə Füzuli döyüşləri zamanı düşmənin 10-dan çox yaraqlısını məhv edib.
Qəhrəman həmyerlimiz oktyabrın 21-də Şuşa rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Anadan olduğu kənddə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rüstəm Atakişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Cəsur döyüşçü” medalı ilə, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Oğul itkisi. nişanlı itkisi, qardaş, ata, əmi, dayı itkisi çox acıdır. Bunu ölçmək, hesaba almaq mümkün deyil. Bu acını yaşatanlara hansı təsllini verəsən.
Amma hər birimiz şəhid ailələri ilə, nların valideynləri ilə həmrəyliyimizi bildirməliyik. Bu həmrəylik ŞƏHİD adına, əsgər və zabitlərimiz adına böyük ehtiramdan, təslimiyyətdən keşr. Biz yaşadığımız gözəl günlər üçün onlara borcluyuq.Bunu heç kim unutmamalıdır.
İnternetdə bəzi rayonlarda şəhid və əsgər ailələrinə biganəlik nümunələri ilə rastlaşanda
çox təəssüf edirəm. Kəndin icra nümayəndəsi, bələdiyyəsi, məktəb direktoru belə ailələri unutmamalı, onlarla iş aparmaq üçün ayrıca bölmələri olmalıdır.İndi, maşallah, kəndlərimizdə imkanlı oğullarımız var, Allah var eləsin, onların diqqətinə ehtiyacımız var. Bir şəhid ailəsi, bir əsgər ailəsi problelə qarşılaşmamalıdır. Bu özü Vətənə, Qələbəyə xidmətdir.

Sentyabrın 13-də törədilən təxribat nəticəsində yenə 100-ə yaxın şəhidimiz və xeyli sayda yaralımız var. Bütün bunlar yerlərdə vətənpərvərlik tərbiyəsinə daha yeni yanaşma tələb edir. Gənclərimizin qədirşünaslıq duyğularını alovlandırmaq üçün təsirli formalar deçilməlidir və böyüməkdə olan nəsil bunu gerçək həyatda görə-görə yaşa dolmalıdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin.Xidmətdə olan əsgər və zabitlərimizi Allah qorusun, onlar sağ-salamat ailələrinə dönsünlər.
Xalqımız ruhdan düşməməlidir.Əksinə, dövlətçiliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın ətrfında daha sıx birləşişimizlıməli, Azərbaycanın müstəqilliyinin müqəddəs, əbədi olduğunu Rüstəm kimi oğulların nümunəsində davam etdirməliyik.
Yazmızın sonynda Sevimli şairimiz M.Arazın məşhur “Əsgər oğul ”şeirini bir daha oxucularımıza təqdim edirəm:
Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir,
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.
Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duyğusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş!
Gurşad olub göydən ələn – mən bilmirəm,
Qara bələn, buza bələn – mən bilmirəm,
Harda şirləş, harda filləş – mən bilmirəm,
Mən bilirəm: geriyə yol yoxdur, atam!
Öncül Oğul dönüb geri baxmır, atam!
Geridə biz qəbir yeri saxlamışıq,
Bəsdir daba sızlamışıq, ağlamışıq!
Geridə biz qəbir yeri saxlamışıq!
Özümüzə dar ağacı qurmaq üçün
Özümüz öz boyumuzu vurmaq üçün:
Qətl yeri saxlamışıq, qətl yeri!
Qəbir yeri saxlamışıq, qəbir yeri.
Bu torpağın hər qayası deyir bunu
Bu torpağınının yarası deyir bunu.
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Dönmə geri üfüqəcən…
Nə zaman ki, bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:
Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi:
Məşəl! Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl!.
Qeyd: Sənə – il mənasında



Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.