Fotoqalereya

Sözləri: Bəxtiyar Vahabzadə
Musiqisi: Şəmsi Kərimov
Tellərini dolayıb,
Boynuma, sal gecələr.
Mənim sirdaşımsınız,
Gecələr, ay gecələr…
Ürəyimdə səhərin,
Neçə həsrətin vardır.
İntizar anlarında,
Gecə uzun olurmuş…
– nəq –
Quş tək uçar xəyalım,
Hardan hara gecələr.
Mən həsəd aparıram,
Yatanlara gecələr….
2 ci bənd
Fikrim dağda, aranda,
Yuxu hara, mən hara
Xəyalım sancılıbdır,
Sayrışan ulduzlara…
Ürəyimdə səhərin,
Neçə həsrətin vardır.
İntizar anlarında,
Gecə uzun olurmuş…
– nəq –
Quş tək uçar xəyalım,
Hardan hara gecələr.
Mən həsəd aparıram,
Yatanlara gecələr….









