Vətən sərhəddən başlayır

Generalissimus (lat. generalissimus) — bir sıra ölkə ordularında ali hərbi rütbə. Bəzi ölkələrdə yüksək hökumət adamlarına və ya hökmranlıq edən ailə üzvlərindən bəzilərinə verilən fəxri ad kimi qəbul edilmişdir.

Bir qayda olaraq bu rütbə müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara verilir. Bəzən bu ad dövlət başçılarına və kral ailə üzvlərinə də verilib.
Tarixdə ilk generalissimus rütbəsini 1569-ci ildə Fransa kralı IX Karlın qardaşı —18 yaşlı gələcək kral Henrix Valua almışdır. Fransa tarixində 12, Avstriya tarixində 9, Almaniya tarixində 3, İtaliya tarixində 3, Çin tarixində 6, Rusiya tarixində 6, SSRİ tarixində 1 nəfər generalissimus rütbəsi daşımışdır.
Mənim hələ orta məktəbdə tarix müəllimlərindən eşitdiyimcə, bu ali hərbi rütbənin verilməsi üçün vacib şərtlərdən biri də budur ki, həmin şəxs ölkəsini Vətən müharibəsindən qalibiyyətlə çıxarmışolsun. Cənab Ali Baş Komandanəmız İlham Əliyev Vətən və Xalq qarşısında bu xidməti şərəflə yerinə yetirdi. Müharibədən xalqının qarşısına triumfla qayıtdı. Nə üşün bizim Ali Baş Komandan Generalissimusumuz olmasın….


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.