Mövqe

Son vaxtlar nikahpozulmalarının sayı artmışdır. 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 067 nikaha daxilolma və 12 892 boşanma halı qeydə alınıb.Boşanmalar daha çox yeni ailə quranlar araslnda baş verir.
Bunların boşanma səbəbləri müxtəlif olsalar da, son olaraq eyni əməllərdir. Məncə, ailənin dolanba bilməməsi evlənməyə səbəb olmamalıdır. Əgər ilk addımdan doğru başlamısansa, zaman səni heç vaxt “öz əli ilə öz evini yıxanlar cərgəsinə ” aparıb çıxarmayacaq.

Bizdə necədir? Mən qadınların əleyhinə deyiləm. Hələki 4 qız nəvəm var, hamısını özümdən çox sevirəm. Anam, bacılarım var. Əgər doğru olanı axtarırıqsa, ailələrin 40-50 il bundan əvvəlki etibarlılığını axtarırıqsa, yaponlara oxşamalıyıq. Qadın qısaldılmış saarlarda işləyə bilər.İşə getməsə, ev işlərindən, uşaqların əlindən heç həftədə 1 dəfə başına daraq çəkməz.Onda işdən qayğılı-qayğısız gələn kişini qapıda Fatmagül qarşılamalıdırmı?Evənməyə tələsməyin. İnternetdə tanış olub 3 gündən sonra görüşə çıxıb, 2 aydan sonra nikaha girməyin. Bu, həm oğlanlara aiddir, həm də qızlara. Bazarda vitrinlərdə parıldayan almaları görmüsünüzmü, süsusən, QızılƏhmədi almasını.Yun parça ilə elə sürtürlər ki, par-par parıldayır. Oğlan da, qız da görüşə gedəndə bu şəkildə özlərinə xərc çəkirlər. Rastlaşanda da 1-1-lənə hayıl-mayıl olurlar. Mən gənclərin tanış olmaq niyyətlərini normal qəbul edirəm.Onu da istərdim ki, belə ünsiyyət imkanları çox olsun.Gənclərimiz seçməyə, dişlərinə vurub yoxlamağa imkan tapa bilsinlər.

Sosial şəbəkələrin birində Ziya adlı gəncimizn ailə mövzusubnda bir statusunu oxudum. Həmin saytda ətraflı yazmaq olmur. Ona görə öz saytımda münasibət bildirmək qərarına gəldim.
Ziya deyir ki, aylıq 1500-2000 arası qazanmasam, evlənməycəm, heç bir qadını bədbəxt etməyə haqqım yoxdur! Bəziləri də deyir ki, ikiniz də işləyin. Bütün qənaətləri haqlı sayıram. Üzübəri gəldikcə ailə dəyərlərində aşınmalar baş verməkdədir. Pozulan nikahlar, xəyanət və intiharlar daha çox bu bəhanə ilə bağlayırlar.
Əsas məsələ, tapdığın paranın bir ömür dostu olmağa hazır olmasını düzgün müəyyən etməkdir. Birgə səylə, birgə mübarizə ilə özümnüz etibarlı ailənizi formalaşdırmış olacaqsınız.
Sosial şəbəkələrdə yazılanlar adamı dəhşətə gətirir. Əlbəttə, hamıya aid deyil. Amma əksəriyyət sevginin ancaq cismani yaxınlıq tərəfinu əsas qəbul edirlər. Günümüz üçün xarakterikdir ki, şox nikahlar var ki, elə 1-ci buna görə bağlanır. Bunların heç biri 3 layla, 5 oxşama bilmir.Bunların heç biri vaxt-bivaxt yuxudan hövlank qalxıb acımış yavrusunu yedizdirməyə hazır deyil. “Eh” edəcəklər.Eh edilib verilən südün körpəyə bir xeyri də olmur.Eləcə də belə ehlərlə bişirilən yeməklər proletarın canına yatmır.
İndiki zamana görə kişinin ailənin ehtiyacını ödəyə bilməməsi böyük etimadsızlıqlara səbəb ola bilir. Amma bu, dediklərimin müəyyən məqamda təkzibi kimi başa düşülməsin.Bu, mənim, kimin, kimin günahı deyil, dövrün özünün yaratdığı eybəcərlikdir. İnternetin, xarici filmlərin, Avropa əxlaqının təzahürləridir.nBu təzahürlər qalır bir tərəfdə, utancdır, rüsvayçılıqdır axı, deyirlər ki, uşaqlar ac qalır, xarakterimiz tutmur və sair. Xəyanət edədə də ehtiacdan etdiyini deyir. Ona görə də mən ailənin ehtiyacdan dağılmasını ciddi arqument hesab etmirəm.Ziyanın qənaətini ona görə doğru hesab edirəm ki, kişi ailədə gözükölgəli olmamalıdır. Kişinin, ərin, atanın üstün rolu ailədə mütləq qorunmalıdır.Yaponyada qadınlara kişidən çox pul verməzlər. Yaponiyada “kişi evin çörəkgətirənidir” haqqını çox dəstəkləyir. Onlara görə, qadının yeri evidir, vəzifəsi uşaqlarını böyütmək, layiqli vətəndaş yetişdirməkdir.
Sosial şəbəkələrdə bir çox qızların bəsit düşüncələri, bəzi oğlanların məntiqsiz fikirləri narahatedicidir. Ailə From adlı bir filosofun dediyi kimi, istirahət yeri deyil, iki sevən gəncin bir məqsəd uğrunda birgə mübarizə meydanı deməkdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.