Oyandığınızda özünüzü gözəl və təravətli hiss etmək istəyirsinizsə

Gözəllik özü də sərvətimizdir

Səhər oyandığınızda özünüzü gözəl və təravətli hiss etmək istəyirsinizsə, tövsiyələrimizi dinləyin.

-Yatmazdan əvvəl retinol və ya glikolik turşusu tərkibli bir kremi maska şəklində üzünüzə sürtün. Səhər qalxdığınızda ölü dərilərindən təmizlənən dəriniz işıl-işıl görünəcək.

-Dəriniz həssasdırsa, üzünüzü salisilil turşu tərkibli bir təmizləyici ilə silib, hyalüranik turşu ehtiva edən bir kremlə nəmləndirin.

– Saçınıza və dərinizə nəm verməsi üçün yataq otağınıza havanı nəmli saxlayan bir buxar aləti qoyun.

– Səhər oyandığınızda dırnaq diblərinizin manikürlü kimi görünməsi üçün yatmazdan əvvəl, dırnaq diblərinizə nəmləndirici krem sürtün.

– Saçlarınız uzundursa, iki tərəfdən hörərək yatın. Beləcə bir-birlərinə dolaşmazlar, həm də düzgün dalğalı olarlar. Parlaqlıq verən bir serumla son nöqtəni qoyun.

Həmişə gözəl olmanız arzusu ilə …

Müəllif: Bənövşə ətirlim

Leave a Reply