Gözəllik müsabiqəsi ,  yoxsa qadın  bədəninin vizual kodlarının  deşifrə olunması (I yazı)

Mövqe

Gözəllik müsabilərinin tarixi nə vaxtdan başlayır , onu keçirməkdə məqsəd nədir? Belə müsabiqələr gözəlliyi hansı keyfiyyətlərə görə müəyyən edilir? Bu və bu kimi bir çox digər suallara cavab tapmaq üçün  mövzu ilə bağlı  bir sıra mənbələrə göz gəzdirdim. Gəldiyim qənaət bu oldu ki, müəyyən ölkələrdə belə müsabiqələr əleyhinə etiraz edən müəyyən təşkilat və hüquq müdafiəçiləri olsa da, hətta bəzi ölkələrdə ona yasaq qoyulsa da, gözəllik müsabiqələri öz yoluna davam etməkdədir.

Gözəllik müsabiqələrinin ilkinliyi qədimlərə gedib çıxır. Homerin “İliada”sına görə, tarixdə tanınan ilk gözəllik yarışması eramızdan əvvəl 2000-ci ildə indi Kaz dağları kimi tanınan İda dağında keçirilib. Müsabiqənin iştirakçıları Eris, Hera, Afina və Afroditadır.

Eris  müsabiqənin  məzmununa yeni  çalarlar gətirir:   toya qızıl alma hədiyyə etmək istəyir. O, hədiyyənin   üstünə “Ən gözələ”sözlərini  yazır. Bu yazını görən  ilahələrin hər biri  almanın ona göndərildiyini iddia edir. Beləliklə, rəqabət tezliklə yarışa çevrilir.

Gözəllərin hər biri   Troya kralının oğlu Parisə (digər adı isə İskəndər) özünün  seçilmsinə səy göstərir, amma  Paris əlindəki almanı Afroditaya ( Veneraya/Zöhrəyə) verir. Afrodita tarixdə ilk gözəllik kraliçası olur. Müsabiqədən sonra Paris aşiq olduğu Heleni Afroditanın köməyi ilə qaçırır və Troya müharibəsinə səbəb olur.

Biz   “Ana və uşaq ” saytında gözəllik müsabiqələri haqqında  dəfələrlə irad bildirmişik. Eləcə də  sosial  şəbəkələrdə bu mövzuda  getmiş yazılar haqqında   çox  fikirlər səsləndirlib,  fəqət,  bu cür yazılar  , sadəcə, fikir olaraq qalır.

 

  Olimpiadaları,  bilik və sənət yarışmalarını bildik, bəs  gözəllik  yarışması hansı özəllikləri ilə  ehtiyac yaradıb? Gözəllik  anlayışı təkcə qadınlaramı məxsusdur?    Bəs bu müsabiqəyə qatılmayanlar kifirlərdir?

Yeni dünyanın  “Concours de Beaute” adı ilk gözəllik yarışması isə 1888-ci il sentyabrın 19-da 350 namizədlə Belçikada keçirilib: 18 yaşlı Berta Soucaret ilk gözəllik kraliçası olub.

İlk rəsmi və beynəlxalq müsabiqə 14 avqust 1908-ci ildə İngiltərənin Folkestone şəhərində, ilk “Dünya Gözəllik Kraliçası” müsabiqəsi isə 19 aprel 1951-ci ildə Londonda   keçirilmişdir.

“Miss Globe International”

Bu, dünyanın ən qədim və ən böyük gözəllik müsabiqəsi təşkilatıdır. İlk dəfə 1925-ci ildə İstanbulun Bəyoğlu səmtindəki “Mələk Kino” salonunda keçirilib.Həmin kinoteatrda aparıcı işləyən xanım Araksi Çətinyan müsabiqənin qalibi olub. Lakin mətbuat hadisəni qızışdıraraq mənfi şərhlər yazaraq Araksi Çətinyanın kinoda işləyən insan olduğuna görə ona üstünlük verildiyini iddia edib. Bundan sonra müsabiqəyə məhəl qoyulmadı. Müsabiqənin təşkilatçısı Halil Dəmiral ABŞ-a getdikdən sonra adını Çarli Si kimi qeydiyyatdan keçirib. İlk dəfə yay mövsümündə Boston yaxınlığındakı Winnipesauke bağında  avtomobil yarışları zamanı rəqs müsabiqəsi çərçivəsində keçirildi. Müsabiqə 1940-cı ildən sonra Hollivuda köçdü. 1949-cu ildə Charlie See vəfat edəndən bəri Li Sun yarışları idarə etdi. Əslən Malayziyadan olan Li Sun  isə 2007-ci ildə Kaliforniyada vəfat edib.

1970-ci ildən sonra beynəlxalq arenada da qeydə alınan  bu cür yarışmalar 1988-ci ildən   Türkiyədə də təşkil etməyə başladı.

1997-ci ildə gözəllik müsabiqəsi təşkilatı Türk “Casino Biznes”inin himayəsi altında dünyada bir çox möhtəşəm tədbirlər təşkil etdi.  Amma çox keçmədi ki,  hökumətin çıxardığı qanunla bağlandı və 2004-2009-cu illər üçün bağlanan müqavilə ilə Albaniyanın paytaxtı Tiranaya köçürüldü. 2010-cu ildən KKTC-yə gedən yarışma 3 illik müqavilə ilə bu ölkədə keçirilib. Yarış təşkilatı hələ də “RCA Global Entertainment Co” adı ilə işləyir. Cəmiyyətin prezidenti cənab Rasim Aydın həm də dünyada “Miss Globe International” və “Miss Globe National” müsabiqələrinin yeganə sahibidir. Bu mülkiyyət hüququ 157 ölkəni əhatə edir.

Miss Eurovision International”

Gözəllik yarışmaları etika baxımından ən mübahisəli mövzulardan biri olsa da, ölkə və sponsor şirkətlərin tanıtımları baxımından verdiyi fayda danılmaz bir hadisədir. Bunun ən yaxşı nümunəsi Venesuelanın təbii sərvətləri və siyasi mövqeyindən çox gözəllik yarışmaları ilə tanınmasıdır.

“Miss Eurovision” gözəllik yarışması 2008-ci ildə TPE-dən alınmış ticarət marka patenti ilə T. B. İşıqlıya məxsusdur və təsisçisi Ayxan İşıqlıdır. 100% türk brendidir və dünyada yeganə lisenziyaya malikdir.

Bütün dünyada olduğu kimi Türkiyədə də bir çox gözəllik yarışması təşkilatları keçirilir. Yarışların çoxluğu sektorda hərəkəti və rəqabəti artırmaq əvəzinə rəsmi qurumların və özəl sektorun dəstəyinin azalmasına səbəb oldu.

“Miss Eurovision” gözəllik müsabiqəsinin ən böyük məlumatı ictimai səsverməyə açıq olan şəffaf səsvermə sistemi “TVS” və “MISSEUROVISION” ağıllı telefon səsverməsidir.

“Miss Kainat”

“Miss Universe Organization” müsabiqəsinin ilk təşkilatçısı Çarli  Sidir. “Miss Universe Organization” 1950-ci ildə rəqabəti Qərb və Körfəz sənayelərinə verdi. Amerikalı Daşınmaz Əmlak İnkişafı Mütəxəssisi Donald J. Tramp 1996-cı ildə “Miss Universe”, “Miss USA”, “Miss, Teen USA” kimi üç müsabiqə təşkilatını satın aldı və onu NBC ilə əməkdaşlıq edərək idarə edir.

“Kainat gözəli”müsabiqəsi 1952-ci ildən keçirilir.

“Miss Grand International”

“Miss Grand International” hər il Taylandda yerləşən “Miss Grand” Beynəlxalq Təşkilatı tərəfindən keçirilən beynəlxalq gözəllik müsabiqəsidir. “Miss Universe”, “Miss World”, “Miss Supranational” və “Miss International” ilə birlikdə dünyanın ən yaxşı beş gözəllik müsabiqəsindən biri hesab olunur. Hər il təxminən 100 milyon insanın izlədiyi müsabiqədə dünyanın 170-dən çox ölkəsi iştirak edir.

“Miss International”

“Miss International”1960-cı ildən təşkil edilən və geniş iştiraka malik dörd böyük təşkilatdan biridir.

“Miss Earth”

“Miss Earth”  2001-ci ildə təşkil olunmağa başlayan yeni müsabiqə, dörd böyük təşkilatın ən yenisidir.

“Miss Avropa”

 Bu, 1928-ci ildən bəri keçirilən ən qədim gözəllik müsabiqələrindən biridir. Yalnız kontinental Avropa ölkələrinin nümayəndələri iştirak edə bilər. II. İkinci Dünya Müharibəsi zamanı doqquz il təşkil oluna bilmədi.

Türkiyədə  gözəllik müsabiqəsi

Türkiyədə ilk gözəllik yarışması 1926-cı ildə İpək Filmin rəhbərliyi ilə “Mələk Cinema”da  keçirilib və kinoteatrın aparıcısı Mademoiselle Araksi Çətinyanın qızı müsabiqənin qalibi olub. Lakin müsabiqə etibarsız idi.

İlk ciddi və rəsmi təşkilat Mustafa Kamal Atatürkün göstərişi ilə 1929-cu ildə “Cümhuriyyət” qəzeti tərəfindən təşkil edilmişdir. 25 fevral 1929-cu ildə edilən elanlarda 16-25 yaş arası hər hansı namuslu türk qızının iştirak edə biləcəyi və bar qızlarının müsabiqəyə buraxılmayacağı bildirilirdi. 2-3 sentyabr 1929-cu ildə keçirilən yarışmada 19 yaşlı Feriha Tevfik (Dağ) qalib gəldi.

3 iyul 1932-ci ildə keçirilən yarışmada Keriman Halis “Miss Türkiyə” seçildi, 31 iyul 1932-ci ildə Brüsseldə 28 ölkənin qatıldığı “Miss World” yarışmasında birinci seçildi. Keriman Haris 1934-cü ildə Soyad Qanunundan sonra Ece soyadını götürdü.

1970-ci illərdən sonra “Səs” və “life” jurnallarının nəzdində keçirilən müsabiqələr 1980-1990-cı illər arasında “Hürriyyət” qəzetinin kəpənək əlavəsi və “Günaydın” qəzetinin “Gizlənqaç” əlavəsi ilə qorunurdu. 1990-cı ildən müsabiqə “Star Tv” tərəfindən himayə olunur. Daha sonra “Kanal D”, “Show TV” və “Kanal 1”-də müsabiqə təşkilatlarında fəal mövqe tutub. Hazırda “Miss Globe Turkey” təşkilatının milli müsabiqəsi “Kanal D”; “Kral TV”  “Miss Türkiyə” təşkilatının milli müsabiqəsinə dəstək verir.

Türkiyədə iki ayrı təşkilat – “Miss Globe Turkey” və “Miss Turkey” gözəllik yarışmalarında tanınır və maraqla qarşılanır.

“Miss Globe” Türkiyə təşkilatı 1925-ci ildən qızların gözəllik yarışması tələblərini qəbul etməyə başlayıb. Həmin tarixə qədər “Miss Globe” təşkilatının beynəlxalq finalında iştirak edəcək “Miss Turkey”i “Miss Turkey” təşkilatı müəyyən edirdi, bu tarixdən sonra “Miss Globe” öz milli təşkilatı olan “Miss Turkey Organization” titulu və qalibi “Miss World”ü təsis etdi.

“Miss Turkey” müsabiqəsi Türkiyənin milli təmsilçisini müəyyən edən ikinci müsabiqəsi idi.

Azərbaycanda gözəllik müsabiqələri

Azərbaycanlı xanımların beynəlxalq gözəllik müsabiqələrində iştirakı isə keçən əsrin 20-ci illərindən başlayır. 

1912-ci ildə Tiflisdə keçirilən “Miss Qafqaz” gözəllik müsabiqəsinin qalibi adını Mir Əsgərxan Talışinskinin qızı Tuğra xanım Talışinskaya qazanmışdır, sonradan ona artıq ümumrusiya gözəllik yarışmasında “Miss Rusiya 1912” adı verilmişdir.

Sona xanım Mehmandarova

Sona Mehmandarova 1912-ci ildə Parisdə “Dünya gözəli” adını qazanmışdır, o, Lənkəran şəhər rəisi Nağı bəyin qızı və Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi.

Bu gənc əyalət qızı  Tiflisdə “Miss Qafqaz” müsabiqəsində qalibi  olmuşdur, daha sonra ümumrusiya yarışlarında möhtəşəm müvəffəqiyyət və “Miss Rusiya” titulunu qazanmışdır.

Nəhayət, Sona Mehmandarovanın ən böyük zəfərl “Dünya Gözəli” adlı Paris gözəllik yarışmasının zümrüd tacı və “Qran-pri”sini  aaldı. O, Bakıya yalnız yarım əsr sonra, 1966-cı ildə qayıtdı.

Müasir dövr

1996-ci il avqustun 15-də Bakıda Opera və Balet Teatrında ölkə müstəqillik əldə etdikdən sonra ilk dəfə Milli Gözəllik Müsabiqəsi keçirilmişdir, hansı ki, bu müsabiqə  ilk olaraq “Miss Bakı” adlanırdı.   Müsabiqədə Nərminə Zərbəliyeva   qalib gəlmişdir. “Vitse-Miss Bakı” ikinci gözəllik titulunu isə  Natella Kərimova əldə etmişdir.

Növbəti il 1997-didən başlayaraq müsabiqə “Miss Azərbaycan” adlandırldi   və tacı  Gülsara Rzayeva qazanmışdır. 

Azərbaycan  Beynəlxalq gözəllik müsabiqələrində 

2002-ci ildə Bakıda ilk dəfə “Miss Xəzər – 2002” adlı Xəzəryanı ölkələrin beynəlxalq gözəllik müsabiqəsi keçirilmiş və  qalib Azərbaycan təmsilçisi Lalə Mustafayeva olmuşdur.

2012-ci ilin sentyabrında Bakıda “Miss Civilization of The World 2012” beynəlxalq gözəllik müsabiqəsi keçirilmiş, yarışda dünyanın 24 ölkəsindən modellər 25 000 avro dəyərində brilyant tac  uğrunda mübarizə aparmışdır. Fəqət, qalib Monteneqro təmsilçisi Jovana Lekic olmuşdur.

Xaricdə

2003-cü ildə   Natəvan Hacıyeva ABŞ-da  “Balacaların dünyası” adlı uşaqlar arası gözəllik müsabiqəsinin qalibi olmuşdur. Natəvan bütün nominasiyalarda hər kəsi üstələyərək, iki kubok və yeddi medal qazanmışdır.

2009-cu ilin martında Azərbaycanın iki təmsilçisi Aygül Məmmədova və Bahar Şıxəliyeva Türkiyənin Antalya şəhərində keçirilən əlil qadınların Beynəlxalq gözəllik müsabiqəsində ilk dəfə iştirak etmişlər.

“Kainat gözəli”

Azərbaycan “Miss Kainat” yarışmalarında ilk dəfə 2013-cü ildə “Miss Azərbaycan 2012”  laureatı  Aysel Manafova ilə təmsil olunmuşdur.  

“Bahar gözəli” müsabiqəsi

“Bahar gözəli” müsabiqəsi Azərbaycanın bir çox rayonlarında və Bakı şəhərində Novruz bayramı ərəfəsində keçirilir. Müsabiqədə qalib gəlmək üçün qızlar gözəl şeir oxumağı, rəqs etməyi, bəlağətli danışağı, səliqə-sahman yaratmağı, güldan bəzəməyi bilməlidir. Qalib gələn gənc qız bayram tədbirlərində baharı simvolizə edən “Bahar gözəli” rolunu ifa edir.

“Balaca miss və mister Azərbaycan – 2007”

2007-ci il iyulun 13-də Bakıda “Karvan” şadlıq sarayında Azərbaycan Moda Assosiasiyasının təşkilatçılığı ilə   “Balaca miss və mister Azərbaycan-2007” müsabiqəsinin final mərhələsi keçirilmişdir. Qaliblər üç yaş dərəcələrində müəyyən olunmuşdur: böyük yaş kateqoriyası 13-dən 15 yaşa qədər – Sara Əliyeva, Elnur Abbasov; orta yaş kateqoriyası 9-dan 12 yaşa qədər – Şərqiyyə Dadaşova və Elşad Abbasov; kiçik yaş kateqoriyasında isə  4-dən 8 yaşa qədər – Günel Axundova, Rauf Hacıyev və Kamilla Niyazova. Hər üç yaş qrupundaki qaliblər ABŞ-da ənənəvi olaraq keçirilən “Balacaların dünyası” müsabiqəsinə qatılmışlar.

 Qeyd: Yazının bu hissəsi vikipediya məlumatları əsasında  təqdim olunmuşdur.

  Davamı var…