Mövqe

Hər il təxminən  milyonlarla insanın izlədiyi   müxtəlif  gözəllik müsabiqələrində dünyanın 170-dən çox ölkəsi iştirak edir. Göründüyü  kimi, getdikcə də coğrafiyası  genişlənməkdədir.

 Bu müsabiqələrin keçirildiyi ilk illərdə, təbii ki, istər  cəmiyyət tərəfindən, istərsə də müsabiqəyə cəlb ediləcək qadınlar tərəfindən yanaşma  indiki qədər  maraqlı olmamışdır.  Başlanğınclar  onsuz  da çətin olsa da, məsələnin özünün məzmunu da çətinlik doğurmuşdur. Cəmiyyət   qadının soyunub  öz bədənin nümayiş etdirməsini  heç cürə   mənalandıra  bilmirdi.  Podiuma çıxacaq qadınların  özləri də  bədənlərini açıq şəkildə yad gözlərin hərisliyinə  təslim etmək istəmirdilər. Ona görə  də müsabiqə iştirakçılar olmaq istəyənlər barmaq sayı qədər az idi. Belə olduqda təşkilatçılar müsabiqəyə daha çox qadın cəlb edə bilmək üçün mətbuat vasitəsilə qadınlara müraciətlər edib, onları şirnikləndirici sözlərlə  iştirakçl olmağa həvəsləndirmişlər.

Məsələn,  Türkiyədə 1931-ci ildə keçiriləcək müsabiqə üçün elanlar aylar əvvəldən qəzetlərdə  anonslar verilməyə başlayır.

“Cümhuriyyət” qəzetinin 8 dekabr 1930-cu il tarixli  

 Qızlara edilmiş  bu müraciət  həmin məramı tam ifadə edir:

“Gözəllər!

Sizə müraciət edirik. Müsabiqənin sonu yaxınlaşır. Parisdəki avropalı tibb bacılarınız arasında Türkiyəni, Çilidə isə bütün dünyaya  gözəlliklərinizi təmsil etmək şərəfini bəyənmirsiniz?… 20 min lirəyə nail ola biləcəyiniz belə səfərləri qəpik də xərcləmədən  nail olmaq fürsətini əldən niyə qaçırmalısınız ki? Alacağınız müxtəlif qiymətli hədiyyələri bir kənara qoyaq. Çilidə qalibə veriləcək yarım milyon frank mükafatı azmı  hesab edirsiniz?… Bu yarışmada iştirak etməmək hər bir gözəl türk qızı üçün özünə qarşı günah olardı. Gözəllər, bu günahı etməyin!”

 Hələ  həmin vaxtlarda olmuş gözəllik müsabiqələri bu qədər  

 açıq-saçıq və   cürbəcürə nominasiyalarda olmamışdır:  sinənin, ayaqların,   belin   fərqlilikləri…Üstəlik, podiumda çimərlik paltarı və ya  başqa  növ-növ transparan paltar geyinib çıxılmalıdır. Bunlar televizorda da  nümayiş etdirilir. Bu cür müsabiqələri, təbii ki,   böyük auditoriyalar izləyir, münsiflər heyəti, kütləvi informasiya əməkdaşları  izləyir.   Cürbəcürə pozalarda şəkillərini lentə alırlar. Səhnədə daha yaxından şəkli çəkirlər. Hətta,  ilk 3-lükdə olsa, “gözəllikləri” daha geniş formatda  manşetləri  bəzəyəcək.   Bu  təqdimatlarda kimsə  həmin  gözəllərə baxırsa, ombasına,   ayaqlarına  toxunur və  bütün bunlar dünyanın gözləri qarşısında baş verir. Lap ilk 3 yeri tutmasalar belə,  final mərhələsinə çıxmış qızlar hamısı  gözəl sayılır, mühafizəkar Azərbaycan oğlanı/ kişisi bu qızları həyat yoldaşı kimi seçəcəkmi?

Qadın bədəninin  vizual  cizgilərini  bu xalqın əxlaqında, etik görüşlərində “günah qalası” kimi   ucaldılan QADIN obrazını kimlər  bu hala gətirdi, niyə  gətirdilər? Dədə Qorqud  cəmiyyətində ulularımız qadınlarına  “Halalım” deyirmişlər. Kimlər haram qatdı Azərbaycan kişilərin halalına? Guya bu, bir incəsənətdir, qadın bədəninin plastikasının  nümayişidir, estetik fantaziya təqdimatıdır.Olurmu belə? Estetik baxımdan həzz almaqdırsa bunun adı,     kişilər  onu nədən “tər  mirvari kimi sədəfə  girmiş”  evlərindəki gövhərdə deyil, podiumlarda razrezi  belinin toqqa yerinə çatan “pərilərdə”  görmək istəyir? Bu pərilər yun parça ilə silinib parıldadılaraq vitrinə düzülmüş qırmızı almalar necə cəlbedici görünürsə,  podiumlarda da  onlar ənlik və kirşanları ilə elə  görünürlər. Açıq və  gizli dekoltelər, uzunsaçlar,  müxtəlif aksessuarlar, vücudun deşifrə olunmuş gizli  kodlarını əks etdirən  iç camaşırlarının  yaratdığı eyforiyada  salondakılar da,  ekrandan onları izləyənlər də  beləcə  cəmiyyətin gözləri qarşısında özgəninkiləşdirilirlər.

Təxəyyülünə əsaslanıb bir gözəlliyin, bir ibrətamiz  mənzərənin təsvirini,  istər yazılı, istərsə də  şifahi olsun, fərqi yoxdur,  ifadə edə bilməyən bir kəs doğrudanmı  bu müsabiqənin   estetik zövqünə diqqətli olan tamaşaçıdır, hətta simiclik etməyərək podiumun  ilk sırasında əyləşmək üçün  yerinə görə bir az  da bahalı  bilet almışdır.Burada mütləq bir  yumşaq porno mentalitetinin silueti  hiss  olunur.

    Mən heç də  iştirak edən qızlara  bədgüman  yanaşmıram. Demirəm ki, onlar podiuma məhz ona görə çıxıblar. Amma mətbuatda oxuduqlarıma əsasən, bilirəm ki, onlara müsabiqədən əvvəl də,sonralar da xoşagəlməz təkliflər gəlir. Təklifi rədd edən qızlar  elə  anındaca   müsabiqədən  kənarlaşdırılır.  Təkliflərlə razılaşan qızlar isə  məşhur modellər olurlar. Hansısa  digər niyyətlər də, yəqin ki, olub. Axı  belə müsabiqələrin əsas  məqsədi   burada iştirak edən “gözəllər”in yaratdığı stimullarla bazarlarda  üstünlük qazanmaq, bu üstünlüyü qorummaq, onu daha da genişləndirməkdir.  Ona görə də belə müsabiqələri təşkil edənlər, əsasən, kosmetika, trikotaj  və aksessuar sənayesi, həmçinin moda və televiziya istehsalçıları olur.Və bu subyektlər müsabiqədə iştirak edəcək xanımların gözəl, baxımlı  olması üçün çox  səxavətlilik göstərir, pul sərf edirlər:  onları  bir az da  cazibəli etdirirlər. İmkanları hesabına onları mətbuat və televiziyada onlardan süni model yaradırlar. Gözəllik müsabiqələrinin   xronikalarını izləsəniz,  bu  miss  və  misterləri  izləyənlərin arasından neçə model seçəcəksiniz ki,  əsl seçim  aparılmış olsa  idi, bunlar heç  müsabiqə iştirakçısı kimi seçim mərhələsinə buraxılmazdı.

 Yəni, bunu  gözəllik müsabiqəsi haqqında mətbuatdan  oxuduğum  şərtlərə əsasən deyirəm.  Bizim dünyadan vaxtsız köçmüş şairimiz Əli  Kərimin  bir şeirini  diqqətinizə çatdıracağam. Mənə qızın, qadının   gözəlliyi üçün bu şeirdəki  etalon kifayət:

Qız xəyala dalıbdır,

Sən deyən də gözəl deyildir…

Amma sifətini

Dərin fikirlər

Xoş duyğular

Elə mükəmməl

Elə gözəl

Işləyib ki…

Deyəsən, bu iş rəssamındır,

Ən odlu bir ilhamındır;

Cizgilər hamısı tamam.

 Aralarında bir boş nöqtə belə yox,

Hamısı taram:

Üzündə, alnında,

Gözlərində

Təbəssümün şəffaf rənggi var,

Kamillik ahəngi var.

Gözlərində intəhasızlıq qərq olub,

Baxışları dərin,-

Gün şası kimi uzun.

Hansı planetə qədərsə yol gedir;

Kökü ürəkdədir.

Qız baxır birbaşa ürəkdən

Gözləri ulduzla,

Günəşlə,

Musiqiylə, dünyayla dolu,

 Bu qıza rast gələcək hansı idrak oğlu?

Əlbət, beləsi var dünyada,

Mənim də arzumdur:

Belə qıza

Layiq olmaq üçün

Heç olmasa

bir  ulduz kəşf edib,

ona bu qızın

adın qoyaydı…

Yaxşı oğlan olaydı,

Yaxşı oğlan olaydı…

 Və bu yaxşı oğlumuz da  belə yaxşı qızı  podiumda deyil,  yaşadıqlarının, müşahidələrinin  nəticəsi olaraq  ətrafında seçməli,  kəşf etməli və anasına gəlin gətirməlidir. Anasına    müəyyən müddət  gəlinlik etməyən və sonra  da özlərinə məxsus  ev-eşikdə anasının, qayınanasının   qadınlığını, analığını davam etdirə bilməyən  gəlin gözəl deyil və gözəl ola  da  bilməz..

 İllər keçir, bu gözəl xanımlar dadlı zəngin həyat sürürlər, gözəl maşınlara minirlər, televiziyaya çıxırlar, ictimaiyyətin diqqətini çəkirlər, məşhur iş adamlarından biri ilə evlənirlər.

Bəs niyə və hansı haqla  mənəvi  tərəfi  hələ bir yana,   batininə  uyğun zahiri olan bu insanları kimdir  gözəl deyib görə mükafatlandıran? Bu insanları   etalonluğunun mayasına hələ haram qatılmamış hər hansı ölçü vasitəsi ilə ölçülsə,  əsl  gözəl, ağıllı, savadlı, əməksevər, evdar, ailəcanlı  qız və qadınlarımızn  fövqünə qaldıranlar  kimlərdir?

  Məsələn,müsabiqə olmuş qaliblərdən biri ilə   intenetdə  təəssüf doğuran bir   müsahibə oxudum. Çox gənc bir  gəncimiz ideologiyamızın, məktəblərimizin aşıladığı mənəvi dəyərlərin üstündən xətt çəkir.  Mətbuat özü  belə sağlam olmayan təfəkkürü paylaşırsa, belə düşünənlərə cəmiyyətə söz deməyə tribuna verirsə, daha ideolojimizə ayrılmağa, bu barədə çalışmağa dəyməz. Həmin  qalib xanım müsahibəsində deyir ki: “Açıq-saçıq kontentli materiallara görə mən öncə verilən qonorarın məbləğinə baxıram. Açıq geyimdə foto-video çəkilişinə bir qiymətə gedirəm, bağlı geyimdə başqa qiymətə.” Və sonra da  cəmiyyətə dərs keçir, ona irad tutanlar haqqında deyir ki, “Problem insanlardır. Onlar öz gözlərini tərbiyə etsələr, açıq-saçıqlığa deyil, gözəlliyə baxarlar. Hər şey ilk növbədə bizim özümüzdən asılıdır. Sənət, insanlıq, hörmət və baxış bucağı bizim özümüzdən aslıdır.”

    Məncə,  örtülü olan örtülü olmayandan daha gözəldir.   Qadın vizual kodlarını  rahatca yad baxışlara açıb qoymamalıdır.

Müsabiqə keçirirlərsə,  abır-həya kriteriyaları da  o müsabiqənin şərtlərindən olsun, o iştirakçılar 10 layla, 10 oxşama söyləsin, yemək bişirsinvə nümayiş etdirsin ki,  yeməyə nə qədər duz tökmək lazımdırbilirlərmi, süfrə aça bilirlərmi, qonaq  necə qarşılayırlar,    həyat yoldaşını işə necə yola salırlar, necə qarşılayırlar? Bu xalqın gözəllik  dəyərləri bunlardır.

İllərlə tarlalarda, tütün plantasiyalarında, üzümlüklərdə,  tərəvəz sahələrində, meyvə bağlarında, fermalarda və quşçuluq fabriklərində alın tərilə maddi nemətlər bolluğuna xidmət etmiş, cahan süfrəsini  belə nemətlərdən əskik olmağa qoymamış qadınlarımızın, qızlarımızın içindən niyə seçmirlər  o gözəlləri?  Seçmirlər öz işləri, bəs niyə  podium  gözəllərinin  super həyatlarını,  geyim-keçimini, avtomobillərini,  hər il dünyanın ən lacivərd  dalğalı dəniz sahillərindən  media səhifələrində   digər bütün  dəyərlərin fövqünə qaldırırlar?

 Niyə gözəl titulunu gecə-gündüz gözlərinin nurunu  töküb kitab oxumuş,  yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuş, arzuladıqları ixtisaslara yiyələnmiş qızlara deyil , sonra  fotomodellik edəcək qızlara verirlər ?  Üzümçü, sağıcı, kitabxanaçı  qız  heç belə titulların  umurunda da deyil. Amma bunların yanında  gözəl olmayanları da  manşetlərdə, ekranlarda gözə soxmasınlar da.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı