Mövqe


Elə bir insan olmaz ki, həyatı boyu atalar sözləri və məsəllərindən istifadə etməmiş olsun. Bu da çox təbiidir. Çünki ataların həyat təcrübələri, dünyagörüşləri çox olur. Allah da ailəni, insanlığı elə nizamlayıb ki, bir uşağı yaratmamış onların ata və babalarını mövcud edir. Onlar da övladları, nəvələri doğuluncaya qədər var yaşadıqlarından, müşahidə etdiklərindən doğru olanları seçiblər, nümunəvi olanları nəsi xəttinin davam etməsi, həm dərininə, həm də eninə şaxələnı bilməsi üçün öz varislərinə miras qoyublar . Belə miraslardan biri də atalar sözlərimizdir. Atalar sözü həyat uğrunda mübarizərimizdə dinc və firavan sabahlara davam edə bilmək üçün bələdçimiz olub, işığımız olub.Əgər biz onların miras qoyub getdikləri əxlaqi irsə qədirşünaslığımızı itirməsək, onların and-amanına dədaqətlə əməl edə bilsək, daha çox gedə bilərik, həm də rahat və məzmunlu.
Biz bu yazımızda heç də atalar sözlərimiz haqqında müəyyən nəzəri fikirlər söyləməyi məqsəd seçməmişik. Artıq atalar sözləri və məsəllərimiz haqqında saysız-hesabsız kitablar, elmi-tənqidi məqalələr yazılıb. Biz, sadəcə, ayrı-ayrı mətbuat səhifələrində, eləcə də sosial şəbəkələrdə talar sözlərimiz haqqında səsləndirilmiş bədgüman fikirlərə münasibət bildirmək istəyirik. Acınacaqlı burasıdır ki, atalar sözlərimiz haqqında bilən də danışır, bilməyən də və hər ikisi də eyni formada, hətta, bəzən lap kobud şəkildə. İnanmaq olmur ki, belə söz-söhbət intellektual bir çevrədə yaransın: çat şöhbətlərinə çox yaxındır. Yoxsa, kimsə atalar sözlərinin müəllifi olan ataları “biqeyrət”, “axmaq” adlandırmaz. Birmənalı olaraq , belə söz və ibarələr düzgün anlaşılmadığından yanlış da təfsir edilir. Məsələn, “Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma” kimi atalar sözü hamımıza məlumdur. Bu atalar sözünün üstünə naqis yarlığı qoyublar. Amma mən bu mətndə heç bir naqislik görmürəm. Bizim xalqın qanında, ruhunda elə müqəddəsliklər var ki, bizi hər zaman başıuca edir. Qonaqpərvərlik, qadına, uşağa qayğı, ağsaqqallara hörmət, humanizm belə müqəddəsliklərdəndir. Ağsaqqallıq bizim güvənc yerimizdi.Ağsaqqal adı qazanmaq, ağsaqqal mərtəbəsinə yüksəlmək həm də ən birinci nüfuz göstəricisi olub.El içində “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” demişlər.
Bu fikrin cövhərində Allahın qüdsiyyətinə, dinin buyurduqlarına bir təslimiyyət var. Dinimizdən də, sevgili Peyğəmbərimiz buyurduqlarından da biz valideyn haqqın hər zaman bir and-aman kimi qəbul etmişik. Haqqında bəhs etdiyimiz atalar sözü də özündə məhz bunu ehtiva edir. Allah bəndəsi olan hansı kəs Allahın olmadığı yer düşünə bilər? Harda Allahsız yer var ki?!
Allah hər yerdədir, biz Allahın olduğu hər yerdəyik.
Bu, bizim əzəli və əbədi təslimiyyətimizdir. İkinci şərt isə valideynləi tanımaq, sevmək, “Uf” demədən qulluqlarında durmaqdır.
Bu atalar sözü də həmin əxlaqı məişət söhbəti kimi deyil, dini əxlaq vacibi kimi normaya çevirməyə xidmət edir.
Allahsız yer yoxdur, ondan sonra isə tapındığımız ikinci müqəddəslik valideynlərimizin boyunlarımızda olan haqlarıdır. İrad tutulan atalalar sözümüz bizə valideynlərimizin, böyüklərimizin haqqını belə təlqin edir.
Bir rəvayətdə deyilir ki, cihada qoşulmaq istəyən bir gənc Peyğəmbərdən bunun üçün icazə istəyibmiş. Peyğəmbər də ondan soruşub ki, ata-anan sağdırlarmı? Sağdırlarsa, sənin onlara xidmətin daha üstündür.

Sosial şəbəkələrin birində “Ata yetirən qız ərlənər, ana yetirən oğul qızlanar” atalar sözü haqqında müzakirə açmışdılar. Atalar sözünün mənasını doğru-düzgün qəbul edə bilməyənlər ataları qınayırdılar ki, qızları ərə getməsi deyil, oxuyub təhsil alması, hansısa bir sənət sahibi olması daha vacibdir, nəinki ərlənməsi. Çoxları bu atalar sözündəki “ərlənər” sözünü “ərə gedər” kimi başa düşmüşdür. Onsuz da bir qız bir oğlanındır və yaxud hər oğul gəncimizin bir qız qisməti var. Bizli də, bizsiz bu, belə olub, belə də davam edəcək. Amma “ərlənər” sözündə ərlənmək kişilənər, kişi kimi olar anlamında işlənilmişdir, kişiyə getmək deyil. Xalq dilində hər gün ”kişi kimi qadındır” sözlərini eşitmirikmi?
Burada qızları yetkinləməmiş, qadln, ana olmağa hazır olmamış ərə verməkdən getmir. Kimsə burada guya qadını, qızı maddi, mənəvi, daha nə bilim hansı cəhətinə görəsə kişidən gücsüz, ikinci dərəcəli olması qənaətində də deyil. Azərbaycan kişisində mühafizəkarlığın olması normal qarşılanmalıdır. Azərbaycan kişisi bu yolu qadına şiddət göstərmək üçün deyil, onu zamanın, mühitin fitnə-felindən qorumaq üçün seçib.
Bizm nühitdə bəi davranış, geyim qaydaları var ki, bunlar hamısı Avropadan sirayət etdi. Sirayət edən qədər də missionerlər müxtəlif formada özləri buna zəmn və mühit yaratdılar. Bizim əxlaq üçün, mənəviyyatımız üçün xarakterik olmayan həyat tərzi gətiridilər. “ Axırıncı aşırım” filmindən məşhur sitat : “Evimi aldılar dinmədim, malımı aldılar dinmədim. Əşi, naxırımı otaranın biri gəlib mənimlə bərabər olsun? İndi də deyirlər torpağını ver. Sabah deyəcəklər papağını da ver, namusunu da. Mən belə hökuməti tanımıram vəssalam.”
Sonrası necə olacaq, Allah hifz etsin. Amma Qərb dünyası özü yaxşı olar ki, ailə, əxlaq təfəkkürünü bizim xalqdan əxz edib aparıb ö ölkələrində yaysınlar. Televiziyadan, kitablardan bilirik də o aləmdə Qadın obrazı kimdir. orda qadının sərhəsdiz sərbəstliyi ola bilər, amma bizdəki qədər ana sevgisi, qadın sevgisi ola bilməz. Əhdə, düz ilqara sədaqət də bizdəki qədər ola biməz. Azərbaycan kişisinin qadınına bəslədiyi hörmət-izzət heç bir yerdə yoxdur. Azərbaycan qadını, əlbəttə, buna layiqdir. Azərbaycan kişisini də ərlər, kişilər içində məğrur edən bizim qadınlarımızdır. Biz belə öyrənmişik, belə bilirik, belə də varislərimizə ötürəcəyik.
Ailə o vaxt xoşbəxt və güclü olur ki, birlik var. Qadın ərinə dəstəkdir, ər də qadınına. Mən nümunə çəkdiyim atalar sözü o ailələrə xitabən deyilib ki, ailədaxili tərbiyə məsələləri yanlış nizamlanır. Ailədə atanın, ərin üstün rolu mütləq qəbul edilməlidir. Ata özündə ciddilik, dözümlülük, cavabdehlik kimi əxlaqi keyfiyyətləri daşıyır.Bu ailənin qızı da qız övladı olaraq malik olduğu qadınlıq keyfiyyətlərinə atası, qardaşları qarşısında cavabdeh olaraq sədaqətli qalır.
Doğru anlaşılmayan atallar sözlərimizin bir qısmi qadınlarımıza və qızlarımızla bağlıdır, məsələn: “Anasına bax, qızını al”, “Qızını döyməyən,dizini döyər”, “Analı qız özü böyüyər, anasız qızın sözü” və sair bu kimi atalar sözlərini misal göstərə bilərik. Görünür, belə fikirlər söyləyənlər atalar sözlərimizin məzmun və ieyalarını süzgün qavraya bilməyən çəxslərdir. Biz burada qməhkəmə iclaşı keçirmirik ki. Həmin qızlar, qadınlar düşmən deyillər ki. Hamısı sənin, mənim, bizim doğmaların əzizləridir. Burada eyham ola bilər, amma aşağılamaq , kişini qadınların fövqünə qaldırmaq ağıla da gəlməməlidir. 1-ci atalar sözünün məzmunu budur ki, oğluna ömür yoldaşı, özünə gəlin axtaran analar qızları mükəmməl tanıya bilməzlər axı. Ola bilər ki, heç görməsinlər də. Çünki dədə-babaların vaxtında qız uşaqlarının çöldə-bayırda görünməsi yaxşı qəbul edilməzdi. Amma tərəflərin valideynləri bir-birlərini tanıyardılar. Gəlin həstətində olan valideynlərin məntiqi də belə olardı ki, ana necədirsə, qızı da elə olacaq və yaxud qızını ərə verəcək ailə də düşünərdi ki, atası necədirsə, oğlu d elə arvad saxlayacaq.
“Qızını döyməyən,dizini döyər” atalar sözümüz də yuxarıdakı fikirlərimizlə eyni ahəgdədir. Mən nə özümüzdə, nə qohum-qardaşda, nə getdiyim yerlərdə valideynlərin qızlarını döydüyünü heç vaxt görməmişəm. Burada “döymək” sözü fiziki anlamda deyil, sözlə, müəyyən qadağalarla təsir etmək kimi başa düşülməlidir. Əgər analar kiçik yaşlarından qızlarının tərbiyəsi ilə məşğul olmasalar, gələcəkdə baş verə biləcək mənfi hallara görə, dizlərinə döyəcəkləri şəksizdir.

“Analı qız özü böyüyər, anasız qızın sözü” atalar sözümüz isə anaların övladlarının, xüsusən, qız övladların taleyindəki rolunu dəyərləndirməyə xidmət edir. Analar qızlarının bütün qayğılarını çiyinlərində, yuxusuz gecələrində daşıyır: “qa” deyəndə çörəklərini, “qu” deyəndə sularını çatdırar. Qızcığazlar da belə xoş günlərin qoynunda bir də görərlər ki, böyüyüb boya-başa çatıblaar. İraq-iraq anasız böyüyən və yaxud laqeyd anaların himayəsində böyüyən qızların əzab-əziyyətləri bir yana, onlar lap aydan arı, sudan duru olsalar da, barələrində yüz cürə dedi-qodu yayılar. Nümunə göstərdiyimiz atalar sözündə də bütün uşaqlara bir and –aman, xeyir-dua özünü göstərməkdədir: bütün uşaqlarımz nə qədər ki var, həmişə Günəş olsun, həmişə anaları da olsun. Bu, hamımızın arzusu deyilmi? Atanın da, ananın da övlad barəsində arzuları birdir. Amma bu arzuya aparan yolu ata daha doğru seçir. Qoy analarımız övladlarına qayğı göstərməyində olsun, amma onların şəxsiyyət kimi formalaşmasına nümunə ata obrazı olsun.
Hesab edirəm ki, atalar sözlərimiz də qadınlarımızın rolunu, haqqını heç vaxt aşağılamayıb, əksinə, aiənin, ərin ucala bildiyi yüksəkliyi hər zaman qadınlamızın zəhməti ilə bağlayıb . Bİz bütün hallarda hər fikrin işıqlı tərəflərinə meyil etməliyik.

Davamı var…