Etnoqrafiya

Həyatda hər şey gözlənilənin əksinə ola bilər. Bu, tamam başqa yanaşmadır. Lap ola bilər ki, insan özü yanılsın, lap səhv etsin… Bunlar həyatın dialektikasıdır. işıq iki naqilin uclarındakı fərqli gərginliklərin vəhdətindən yaranır. Hər ikisi eyni olsa qısaqapanma baş verir. Həyatda da belədir.
Yaxşı olan fərqliliklərin birləşməsindən yaranır..yəni həyat özü bir mexanizmdir, canlı orqanizmdir. Özü təbii olaraq nizamlanır. Biz adi və doğru olan yanaşmadan danışırıq. Mən bir kitab oxumuşam.Gərək ki, Çexoslovakiyada belə bir müşahidə aparıblar: internetdə elə sayt var imiş ki, hər kəs ora daxil olub özünün bütün xüsusiyyətləri, quruluşu, boyu, çəkisi, maraqları, acığı və xoşu gələn şeyləri qeyd edirmişlər. internet özü hər kəsə özünə tam uyğun olan cütlük tapırmış və onlar evlənirlərmiş. Sonra bir müddətdən sonra təhlil ediblər, görüblər ki, həmin ailələrin əksəriyyəti dağılıb. Bu, həqiqətdir. Bu şeiri eşitməmiş olmazsınız
:
Bir rəngdə olsaydı güllər-çiçəklər
İnsanın gözləri yorulmazdımı?
Bir eşqlə ötsəydi bütün ürəklər
İnsana bir ürək bəs olmazdımı?

Bütün bunlar göstərir ki, xoşbəxtlik heç də hər şeyin hazır və yüksək formada olmasında deyil. Xoşbəxtlik heç də sevib-sevildiyinə qovuşmaq deyil. Xoşbəxtlik qovuşduqdan sonra birgə səylərlə öz səadətini qura bilməkdədir. Qaldı ki, qızın arxasınca atılan daşın mənasına. Bu, keçmişdə daha çox olub, olsun ki, indi heç yoxdur.Fəqət, mən istəyirəm olsun. İndi çörəklə yeməkxanada dodaqlarını silirlər, çəngəli təmizləyirlər və s. Amma dədə-babalar yerdə bir tikə çörək görəndə onu öpüb təmiz bir yerə qoyublar. Biz nə qədər dədə-babaların dünyasından uzalaşırıq. özümüzdən də uzaqlaşırıq. Burada xalqımızın vəfa-sədaqət haqqında and-amanı, əhdi əks olunub. Qız ailəsinə, ərinə sədaqətli olacaq, sona kimi də o ocağın halalı olacaq. Onun oradan ancaq meyiti çıxa bilər.Bu, o demək deyil ki, səni döyüb öldürsünlər, təhqir etsinlər, sən də bu müsibəti dözərək yaşa ki, sənin burdan ancaq meyitin çıxa bilər. Belə hallar anomaliyadır, söhbət bundan getmir. burada fikir, təsəvvür, düşüncə müsbətdir, həm də yüksəkdir.
Qız ata evindən gəlin köçərkən arxasnca daş atmaq o demək deyil ki,, valideyn övladının ölümünə razıdır və yaxud ona deir ki, səni döyüb-incitsələr belə dözməlisən? Onda belə çıxır ki, ərə gedən qız ailə həyatı üçün hazır deyilmiş və yaxud əvvəlcədən ata-ana bilirlərmiş ki, qızlarının bir evin gəlin olması çox çətin olacaq, bunlar özləri elə qızlarını başlarından edirlər və deyirlər ki, bura sənin bir də ölün gələ bilər. Bir ailə tanıyıram, evliliklərinin ilk 3 ilində həmişə davalı yaşayırdılar və gəlin də yanından yel əsən kimi qaçıb atası evinə gedirdi. Bir dəfə ata-anası qızlarını götürüb gəldilər , birlikdə bir də söhbət etdilər və qulaqlarımla eşitmişəm, atası dedi ki, ölsən də burada öləcəksən, qalsan da bura da qalacaqsan. Onunla da söhbət bitdi və üstündən 30 ildən artıq vaxt keçir… Bu, mifik bir xalq təsəvvürüdür. Bir keçmiş filmə baxmışam. Müsəlman tarihindən bəhs edir. Bir qbiləyə digər qəbilə hücum edir. bunlar səkranın ortasında qarşılaşmalıdırlar. Hücuma məruz qalan tərəfin döyüşçüləri dizlərini qatlayaraq iplə bərk-bərk sarıyırdılar, geri döndü yoxdu deyə, qaçdı yoxdu deyə.Öləcəyik, amma bir addım geri çəkilməyəcəyik əhdidir bu. Mən hətta yaşlılardan eşitmişəm ki, gəlin ər evinə gələn gün deyirmiş ki, bu qapıdan dik gəldim, köndələn çıxacağam.
Amma indi elə gəlinlər də var ki, bir dənə acığına gələn nəsə bir şey oldu, dərhal boşanmaq, sərbəst olmaq qərarı verir. Heç atasının üstünə qayıtmır.İndi baş saxlamağa nə var ki..Məni doğru başa düşün… Gözəl olanlarımız bizimdir və öyünürük. Fəqət, gözəl olmayanlarımız da yox deyildir. Ailə institutumuz getdikcə əhəmiyyətini itirir. Vəfa, sədaqət getdikcə öləziyir…Yabançı təsirlər yaman ayaq açdı mənəviyyatımıza. Bunu, adətən analar edir, daş atır, qıfıl bağlayır, qızı gedən günü açır və s… Su da atıblar ki, aydınlıq olsun, evdən çıxanda tonqal başına da dolandırıblar ki, getdiyi yerə nur, bərəkət aparsın. Və dedidiyim kimi, daşda atıblar ki, getdiyi yerdə daş kimi olsun, yəni qalsın, geri qayıtmasın. Folklor nümunələrinin bir mahiyyəti də budur ki, hər kəs onu əsas məzmundan uzaqlaşmadan yaradıcı şəkildə dəyişir.Ona görə də şifahi xalq ədəbiyyatına kollektiv yaradıcılıq məhsulu deyirlər.
Suallar çoxdur. Nadir hal olur ki, ər-arvad heç dava-şalaşlı olmurlar, sona kimi mehriban yaşayırlar. Həm də həmin qız qonşu kəndə gəlin köçüb və əcəli çatıb rəhmətə gedib. Heç onu gətirib doğulduğu kəndin qəbristanlığında dəfn edirlər? Bu, ancaq vəsiyyətinə əsasən ola bilir. Odur ki, məsələnin mahiyyətini doğru anlamaq, doğru incələmək lazımdır. Bu, analarımızın bir inamı, sınaması, andı idi. Əgər siz ulularımızın inaclar haqqında təsəvvürlərinə fikir versəniz, dağ, daş, mağara kultu ilə bağlı çoxlu nümunəyə rast gələrsiniz. “Bir qalanın sirri ” filmində Göygöz kosanın Mətanəti, Həkim babanı daşa döndərməsi həmin inaclarla bağlı məsələdir.

Pis övlad haqqında deyərlər ki, sən doğulunca, yerinə bir qara daş doğulaydı və yaxud kimisə məzəmmət edəndə deyərlər: “Qara daş səndən 100 dəfə yaxşıdır”. Hətta, belə təsəvvürlər də var ki, guya qara daşlar artıb çoxala bilirlər. Olsun ki, əski təsəvvürlərdə anaların inanclarında bu çalar da var.
Xalq adət-ənələrində bu cür inaclar indi də yaşayır. Bəzi rayonlarımızda nifrətə layiq bir adamın arxasınca da daş atma inancı qalmaqdadır. İnsanlar da belə təsəvvür varmış ki, hər bir adamın öz daşı var ( qarğış edəndə deyirlər ki, daşım başına düşsün və s), daşlar ruhu yaşada bilir. Odur ki, nifrətə layiq adamın da, ölünün də dalınca daş daş atırlar ki, ruhu geri qayıtmasın.
Bütün bunlar düşünməyə əsas verir ki, ixtiyar qocaların, ağbirçəklərin dünya, yaranış, həyat haqqındakı inancları elə-belə yaranmayıb və onların hər birinin dərin mənası vardır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.