Mövqe

“İlan vuran yatmış, ac  qalan  yata bilməmiş”. Bu, bir el qənaətidir. İxtiyar qocalarımız, ağbirçək  nənələrimiz  demək istəyir ki,  çörək həyatımız üçün bu qədər zəruri qidadır. ilan vuran, baxmayaraq ki,  ciddi xəsarət alıb,   o da yata bilər, sakitləşə bilər, amma  ac uşaq  qarnı doymayınca yatmaz.

Bu barədə nə qədər deyilsə də, yazılsa da,   nənə-babalarımızın  qənaətlərinə  əhəmiyyət vermirik. Hər gün həyatda çörəyə qarşı edilən nankorluğun şahidi oluruq.

Bir qədər  mərkəzdən aralı rayonlarda  elə bir həyət, məhəllə tapammazsan ki, hər   binanın qarşısında məişət tullantıları üçün ayrılmış ərazidə   nəinki çörək qırıntıları, hətta bütöv çörəklərə  rast gəlməyəsən.

 Çörək bütün  nemətlərin ən dəyərlisi, di gəl  şüuru, dərrakəsi olan həmcinsimiz onu zibilliyə atır. Təqdim etdiyim şəkillərin  son 7-si bizim məhəllədə qarşılaşdığım mənzərələrdir, özü də hər gün. Deməli, uşaqlı-böyüklü hamımız çörəyə qarşı  hörmətsiz münasibət bəsləyirik.  Deməli, məktəblərimizdə uşaqlara çörəklə bağlı öyrədilənlər  bir dərs məlumatından başqa bir şey deyilmiş. Belə olmasaydı, məktəbli uşaq çörəyi atmaq üçün  zibilliyə gətirməzdi.

Televiziya, kütləvi informasiya vasitələri heç bir mahiyyət kəsb etməyən  şou mövzularından yox, çörək dəyərlərindən, çörəyə qarşı naşükürlük edənlərdən yazsınlar.

Dünyada əbədi sərvət yoxdur, hər nemət tükənə bilər. Amma  qoruya bilsək, ehtiram bəsləyə bilsək, həmişə istifadə edə bilərik. 

Bu qədər deyilir, yazılır, amma    çörəyə qarşı nankorluq edənlər heç nəticə çıxarmırlar. Bu vəziyyətə  hansısa bir  ciddi qanun, nəzarət mexanizmi yaradılmalıdırmı? Əlbəttə ki, yox.   Ən  təsirli  mexanizm hər kəsin ürəyindən keçir. Hər kəs, özü, uşaqları çörək atmasa belə,  belə hallara qarşı barışmaz olmalıdır. Sevimli şairimizim “Çörək” şeiri elə yazmaq istədikllərimizin ən səmimi ifadəsidir:

Çörək

Çörək dükanlarının qapısında gəzənlər,

Çörək dolu rəflərə baxıb ağız büzənlər,

“İstisini ver”- deyə, satıcını üzənlər,

Gecə bişən çörəyi səhər nankor süzənlər,

Ağından, qarasndan…hər cüründən bezənlər”

Qədərsiz olsa çörək,

Qədirsiz olur demək?!

Ey evində çörəyi….çörəkçin dyananla,

“Təzə çörək gəlmədi?” söyləyib, deyinənlər,

Təkəkərlər üstündə təknəyə boylananlar,

Gözlədiyi çörəyi…görməyib hey salanlar,

Dükan dolub-daşınca, dükandan seyrələnlər!

Unutmayın bir şeyi:

Çörək sevmir gileyi.

Sizdən öyrənir uşaq, sizdən götürür, əlbət,

Yaşlılar, yaddaşlılar! Sizə vacib bu söhbət,

Yadınızdan çıxıbmı çəkdiyiniz zəlalət,

Onda bir tikə çörək süfrələrdə səadət,

İndi tullantı olur süfrələrdə bərəkət.

Aşıb-daşsa da çörək,

Ona ehtiram gərək.

Yurdun çörəyi boldur, hədər deyildir ancaq,

Qanımızla sulanıb çörək verən bu torpaq.

Blokada dastanı yaranmayıbdır nahaq…

O vaxtdn sinələr də hələ də var düyün-dağ,

Nə aclıq, nə harınlıq bilməsin oğul-uşaq:

Nə israf olsun çörək,

Nə bizə qıtlıq gərək…

Bir sünbülün dənini min quşdan qorumuşuq,

Küləkdən qorumuşuq, yağışdan qorumuşuq,

Səksəkəylə bəd gözdən, baxışdan qorumuşuq,

Od ələyən günəşdən, sərt qışdan qorumuşuq,

Lap anadan, bacıdan, qardaşdan qorumuşuq,

Bugünkü günlər üçün,

Bugünkü günlər üçün.

Ana haqq-sayını gözünün nurunda gəz,

Çörəyi də anatək müqəddəs sayırıq biz,

Ana ilə çörəyi ödəməz heç bir əvəz…

Ana ilə çörəyə ağ olan ruzi görməz,

Ana ilə çörəyə dünyada pis deyilməz.

Ana – namus, dəyanət,

Çörək – xeyir, bərəkət,

Çörək qüvvət, mətanətət.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı