Görkəmli şəxslərin həyatından

Deyilənə görə,  Ülvi Rəcəb tərəf müqabili olduğu aktrisa Xalq artisti Barat Şəkinskayanı sevib.

Hətta bu barədə Ülvi Rəcəbin qardaşı olğu “Uzaq sahillərdə” filmində “Mixaylo” obrazı ilə məşhurlaşan Nodar Şaşıqoğlunun da xatirələri olub. Belə ki, hər dəfə Bakıya gəlişində Barat xanımla görüşə can atan Nodar bəy bir dəfə özünü saxlaya bilməyib, Barat xanıma onu  sevdiyini  etiraf edib. Barat Şəkinskaya isə gülümsəyərək deyib: “Nodar, eyni sözləri əmin Ülvi də mənə deyib”.

Ülvi Rəcəb Bakıya gələndən sonra dövrünün ən məşhur aktrisalarından biri olan Mərziyyə Davudova ilə tanış olur. Aktrisa həmin ərəfədə həyat yoldaşı Abbas Mirzə Şərifzadədən yenicə boşanmışdı. Ülvi ilə aktrisa qısa zamanda bir-birlərinə bağlanıb ailə qururlar. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir.Barat Şəkinskaya Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi ilə birgə Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Teatr klubunun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anası Ağca xanımın bütün etirazlarına baxmayaraq Barat rejissora qoşulub qaçır. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. Amma ailə həyatının ömrü cəmi iki il çəkir.

Səbəb də bu olur ki, bir gün Barat xanım qucağında körpə Solmazla yay teatrına gələrkən ərini skamyada bir qadınla görür.

Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. Bu nikahdan isə onların Rövşanə adlı bir qızı doğulur. Onun doğulması isə qəribə olur. “Romeo və Cülyetta” faciəsinin ilk tamaşası 11 yanvar 1937-ci ildə göstərilib. Həmin ərəfədə Barat xanım hamilə olur. Tamaşa zamanı Cülyettanın anası sinyora Kapuletti (Qəmər Topuriya) ağlaya-ağlaya yerə uzanmış Cülyettanı qucaqlayır. Barat xanım güclə ona pıçıldayır ki, möhkəm sancılanmışam, elə et tamaşaçılar sifətimi görməsinlər. Qəmər xanım rolda ağlaya-ağlaya plaşını çıxarıb onun üstünə salır. Yanında fənər tutanlardan birinə yavaşca deyir ki, səhnədən çıx, oradakılara de, təcili maşın hazırlasınlar, Baratın halı pisdir, xəstəxanaya aparmaq lazımdır. Hərənin bir tərəfə qaçışdığı, hay-küy qopduğu epizodda fənər tutan aktyorun səhnədən çıxması təbii hal kimi qəbul olunur. Tamaşa qurtarır. Gurultulu alqışlar qopur. Barat xanım yıxılmasın deyə Ülvi Rəcəb və Qəmər xanım hərəsi onun bir qolundan yapışır. Nəhayət, pərdə axırıncı dəfə bağlanır. Barat xanımı xəstəxanaya aparırlar.

Aktrisanın üçüncü evliliyi isə teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu Elçin Məmmədov dünyaya gəlir. Rəssam və kino aktyoru olan Elçin “Dədə Qorqud” filmində Qaraca Çoban, “7 oğul istərəm” filmində Mirpaşa rolları ilə məşhurlaşır. Barat xanım Mehdi Məmmədovun yolları isə ərinin xəyanəti üzündən ayrılır. Mehdi Məmmədov aktrisa Şəfiqə Məmmədova ilə ailə qursa da, bu Barat xanımın sonuncu evliliyi olur.

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı