Görkəmli şəxslərin həyatından

Süleyman Sani Axundov
Süleyman Aani Axundov Qori seminafriyasında oxuduğu vaxt qrafiklə növbətçiolur. Onu çörək almaqüçün bazara göndərirlər. Növbətçi müəllimə anlaşılmazlıqdan səhv məlumat verilir. Belə çıxır ki, Süleyman çörəyi ucuz qiymətə alıb, məktəbdə isə baha qiymətə aldığını deyib. Süleyman bir neçə dəfə növbətçi müəllimə belə olmadığını desə də, ona inanmırlar. Belə olanda Süleyman intihar etmək yolunuseçir və özünü tapança ilə vurur. Bundan sonra məsələaydınlaşır və görürlər ki, Süleyman tam günahsız imiş.
Səməd Vurğun
Səməd Vurğun məktəbdə oxuduğu illərdə çox hazırcavab və həm də nadinc olmuşdur. Bir gün o, qızların biri ilə dalaşır. Qız da məktəb müdirinə şikayət edir. Müdir Əhmədağa Mustafayevi danlayanda, o da qıza qoşulub ağlamağa başlayır. Səməd gözüucu uşaqlara diqqət yetirir. Bu vaxt hamı onlara baxırdı. Səməd bu zaman deyir:
– Ayə, uşaqlar, biz ağlaşırıq, siz də gülüşün.
***
Bir dəfə məktəbdə şəkil çəkdirirlər. Səməd boyca balaca olduğundan onu önə keçirirlər. Səmədin ayaqqabısı cırıq olduğundan müəllim deyir ki, sən ayağını dala çək, görünbməsin.
Səməd müəlliməelə cavab verir:
Müəllim, cırıq ayaqqabı ilə şəkil çəkdirmək nöqsan isə təzsini verin.
***
Bir dəfə dil dərsi zamanı Səməd müəllimə qulaq asmayıb nəsə yazırmış. Bu müəlimin də Səməddən xoşu gəlmirdi. Onu uşaqların içində pərt etmək üçün deyir ki, Vəkilov Səməd,qalx ayağa. Bu cümlədəki təyin və tamamlığı göstər. Səməd ayağa qalxır, amma söhbətin nədən getdiyini bilmirdi. Müəllim sualı yenidən təkrar edəndə, Səməd cümləyə nəzər yetirərkın görür ki, cümlədə nə təyin var, nə də tamamlıq.
Səməd bir qədər fikirləşib deyir:
Başımda fırlanır yenə dumanlıq,
Burda nə təyin var, nə də tamamlıq.

Anton Pavloviç Çexov
Anton Pavloviç Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalıb: 3-cü sinifdə coğrafiya və cəbrdən iki alıb. 5-ci sinifdə isə yunan dilindən iki aldığı üçün sinifdə qalıb. Amma, bu gün A.P. Çexov dünya ədəbiyyatı klassiklərindən biridir.
Uinston Çörçill
İngiltərənin sabiq baş naziri Uinston Çörçill güclü yaddaşa sahib olub. Buna baxmayaraq, o, məktəbdə çox pis oxuyub. Sadəcə, özünə maraqlı olan fənləri oxuyurdu. Valideynləri isə övladlarının təhsilsiz olacağından qorxurdular.
Çörçil isə 1953-cü ildə ədəbiyyat üzrə tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və çox gözəl natiqlik qabiliyyətinə görə Nobel mükafatı alıb.
Vladimir Mayakovski
Məşhur rus şairi Vladimir Mayakovski 4-cü sinfə qədər əlaçı olub. Amma 5-ci sinifdən sonra məktəbi atıb. Səbəb isə ailəsinin kasıb olması üzündın təhsil xərclərini ödəyə bilməməsi olub.
Tomas Edison
Nəşhur ixtiraçı Tomas Edison məktəbə hazırlıq təhsili ilə anası məşğul olub. Amma, deyəsən, yaxşı məşğul ola bilməyib. Məktəbdə bir neçə ay oxuduqdan sonra müəllimləri valideynlərini çağıraraq demişlər ki, övladınızın heç bir qabiliyyəti yoxdur və onu oxutmağın faydası yoxdur. Amma illər sonra Tomas ixtiraları ilə bütün dünyanı şoka saldı.
A. S. Puşkin
Aleksandr Sergeyeviç Puşkin rus dilini, fransız dilini və tarixi yaxşı bilirdi. Cəbrdən isə heç bir anlayışı yox idi. Ona görə də litseyi iki ilə oxumalı olub.
Onore de Balzak
Onore de Balzak anasının sevmədiyi övladı olub. Madam Balzak varlı qocaya ərə gedib. İlk övladı bir aydan sonra vəfat edib. Bu səbəbdən ikinci övladı Onoreyə qarşı soyuq idi və süd anasına vermişdi. Məktəbdə çox pis oxuduğu üçün valideynləri onu bazar günləri evə aparmırdılar. Tənbəl və səfeh Onore tez-tez cəzalandırarmış. Gələcəyin məşhur yazıçısı olacaq bu uşaq dərslərini pilləkənin altında oturub oxuyurmuş.
Lev Tolstoy
Lev Tolstoyun iki yaşı olanda anası, 7 il sonra isə atası rəhmətə gedib. Nəticədə, balaca Lev müxtəlif qohumlarının yanında böyüməli olub. Təhsilini də 16 yaşına qədər evdə alıb.

Bill Qeyts
Dünyabnın n varlı adamı hesab olunan Bill Qeyts də məktəbdə pis oxuyub. O, məktəb proqramının bir hissəsinin maraqsız və lazımsız olduğunu düşünüb. Valideynləri daim onun istedadını müxtəlif üsullarla üzə çıxarmağa çalışıblar.
Albert Eynşteyn
Albert Eynşteyn məktəb illərində səfeh şagird sayılırdı. Müəllimləri , hətta, onun məktəbi bitirə biləcəyinə belə inanmırdılar. Fizika onun ən çox çətinlik çəkdiyi fənn idi.
O, eyni zamanda humanitar fənləri də sevmirdi.
Albertin təhsili ilə əmisi məşğul olub və onun çəkdiyi zəhmət hədər getməyib: Eynşteyn dünyanıb məşhur simalarından biri olub.
İsaak Nyuton
İsaak Nyutonu sinif yoldaşı döyür. O, rəqibinə biliklə cavab vermək qərarına gəlir. Tezliklə o, sinifin ən yaxşı şagirdi olur. Sonradan isə fizikanın fundamental qanunlarını kəşf edir.
Bethoven

Görkəmli bəstəkar Bethoven riyaziyyatı çox zəif bilir, yazıları həmişə səhvlə dolu olurdu. Amma onun bəstələri qiymətsizdir.
Napoleon
Napoleon Bonapart sadəcə riyaziyyatı sevirdi. Başqa fənləri xoşlamırdı.
Qeyd: Məlumatlar internet mənbələrfindən götürülmüşdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.