Sadəcə, faktlar

Maraqlı məlumatlar

* 70-dən çox ölkədə eyni cinsdən olan iki insan arasında münasibət qadağandır və bu ölkələrdən 9-da buna görə ölüm cəzası kəsilir.

*Dünya əhalisinin beşdə biri gündə 1 dollardan az pulla yaşayır.

*Rusiyada hər il 12 mindən çox qadın məişət zorakılığı nəticəsində ölür.

* 1 il ərzində 13,2 milyon amerikalı plastik əməliyyat etdirib.

 *Hər saatda bir nəfər torpağa basdırılmış minalara görə ölür və ya əlil olur.

* Hindistanda 44 milyon  işçi uşaq var.

* 7 milyon amerikalı qadın və 1 milyon kişi qidalanma pozğunluğundan əziyyət çəkir.

* 15 yaşlı britaniyalıların yarısı narkotik istifadəçisidir, dörddə biri isə siqaret çəkir.

*Neft ehtiyatları 2040-cı ildə tükənə bilər.

*Siqaret çəkənlərin 82%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.

*Dünya əhalisinin 70%-i heç vaxt zəng tonunu eşitməyib.

* Silahlı münaqişələrin dörddə biri təbii sərvətləri ələ keçirmək üçün aparılır.

*Afrikada 30 milyon insan QİÇS xəstəsidir.

*Hər il 10 dil ölür.

*İntihar nəticəsində ölənlərin sayı hərbi münaqişələrdə ölənlərdən çoxdur.

*ABŞ-da hər həftə 88 şagird sinifə silah gətirir.

                                   *****

Maraqlı gerçəklər

İbtidai icma quruluşunda insanların 99 faizi ovçuluq və  qida  məhsulları toplamaqla məşğul olmuşlar.

*****

 Müasir  insanlar qədim  insanlardan 50 faiz ağır və 10 sm daha uca olmuşdur.

*****

5000 illik insanlıq tarixində məhv edilən yeganə xəstəlik 1980-ci ildə məhv edildiyi elan edilən çiçək xəstəliyidir.

*****

Xristofor Kolumb Amerikanı kəşf edəndə qitənin 90 milyon əhalisi var idi. Bu, o dövrdə dünya əhalisinin üçdə birinə bərabər idi.

*****

Leif Erikson ABŞ-a ayaq açan ilk avropalı sayılır. Demək olar ki, Kristofer Kolumbdan 500 il əvvəl.

*****

Müasir insanlıq tarixininən dinc dövrünü yaşayırıq:

*****

Birinci Dünya Müharibəsi dünyanın altıncı ən qanlı müharibəsidir.

*****

Napoleon heç də deyildiyi kimi qısa deyildi, o, ümumi nüsbətdə  fransız kişilərinin yarısından daha uzun idi.

*****

536-cı ildə dünya miqyasında bir il davam edən qum fırtınası olmuşdur. Günəş radiasiyasının qeyri-kafi olması səbəbindən genişmiqyaslı  qıtlıq və xəstəliklər yaşanmışdır.

*****

Bəşər tarixi boyu 100 milyard insanın öldüyü təxmin edilir.

*****

1883-cü ildə Sumatra və Malayziya arasındakı Karakatau adasında vulkan püskürməsi bəşər tarixində qeydə alınan ən təhlükəli püskürmə hadisəsidir: 4800 kilometr məsafəyə yayılmışdır.

*****

Adolf Hitler tarixdə  siqaret əleyhinə kampaniyaya  sərəncam vermiş ilk şəxs idi.

*****

İrqlərarası evlilik ABŞ-da 1967-ci ilə qədər qadağan edildi.

*****

Piramidaları qullara deyil, muzdla işləyən işçilərə tikdiriblər.

*****

Papa II  Papa  olmamışdan əvvəl  “İki aşiqin hekayəsi” adlı erotik kitab yazmışdır.

*****

İlk avtomobil qəzası 1891-ci ildə ABŞ-ın Ohayo ştatında baş verib.

*****

Qədim Yunan demokratiyası, təxminən, 185 il davam etmişdir.

*****

Qədim Romadakı orta ömür 35 il idi. Uşaqların, təxminən yarısı, 10 yaşından əvvəl ölürdü.

*****

1212-ci ildə 30.000 uşaq Qüdsü geri almaq üçün Səlib yürüşünə qatıldı və əksəriyyəti səyahət zamanı öldürüldü və ya qul olaraq satıldı.

*****

Azteklər hər il 250.000 insanı tanrılara qurban verirdilər. Bu say onların ümumi əhalisinin 1 faizinə bərabərdir.

 Mənbə: Vikipediya

Leave a Reply