Baş redaktordan

“1.Şəhid Yusif Budaqov Hərbi maşında yanaraq Şəhid olub. Evin tək övladıdır.

Adına heç bir səhifə yoxdur və heç bir səhifə də paylaşmır.

2. Şəhid Cəfərov Balaş evin tək övladıdır. Heç bir səhifə paylaşmır. Xahis edirəm, səhidlərimizi bacardığınız qədər paylaşın ki tanısınlar”  .

 Bu məlumata  feysbuk səhifəsində rast gəldim. Onu da  deyim ki, zaman-zaman  bu səpkili yazılara  sosial şəbəkələrdə rast gəlmək olur.   Təbii ki, Şəhidlər  müqəddəsdirlər.  Onlar bizim qan yaddaşımızdır. Onların Vətən sevgisi sonrakı nəsillər üçün  əsl örnəkdir. Sevimli şairimiz neçə gözəl  ifadə edib şəhid   haqqını:

Sən bu yurda söykəlisən, bu yurd sənə,

Keşiyində dursan belə neçə sənə,

Ayaq üstə yatsan belə neçə sənə:

Sən bu yurda söykəlisən, bu yurd sənə!

Son atəş də, son zərbə də səninkidir,

Oğul əsgər, əsgər oğul – mərd igiddir,

Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.

Mən bilmirəm, hardan boy al, hara dırman,

Mən bilmirəm, göyə ucal, yerə quylan,

Babaların məzarını qoru, qardaş!

Ataların vüqarını qoru, qardaş!

Körpələrin yuxusunu qoru, qardaş!

“Vətən ölməz” duyğusunu qoru, qardaş!

“Hünər ölməz” nidasını qoru, qardaş!

Od yurdunun odasını qoru, qardaş!

Gurşad olub göydən ələn – mən bilmirəm,

Qara bələn, buza bələn – mən bilmirəm,

Harda şirləş, harda filləş – mən bilmirəm,

Mən bilirəm: geriyə yol yoxdur, atam!

Öncül Oğul dönüb geri baxmır, atam!

Geridə biz qəbir yeri saxlamışıq,

Bəsdir daba sızlamışıq, ağlamışıq!

Geridə biz qəbir yeri saxlamışıq!

Özümüzə dar ağacı qurmaq üçün

Özümüz öz boyumuzu vurmaq üçün:

Qətl yeri saxlamışıq, qətl yeri!

Qəbir yeri saxlamışıq, qəbir yeri.

Bu torpağın hər qayası deyir bunu

Bu torpağınının yarası deyir bunu.

Bu torpağın son nəfəri olsan belə,

Son dirisi, son əsgəri olsan belə,

Geri dönmə, son qələbə xəttinəcən,

Son qələbə həddinəcən, səddinəcən.

Dönmə geri üfüqəcən…

Nə zaman ki, bu yer, bu yurd

Yağıları süpürəcək, üfürəcək,

Hər əsgərin, hər nəfərin

Nəfəsi od püskürəcək.

Onda dönüb görəcəksən:

Nakamların qəbri: Məşəl!

Qaliblərin qəlbi:

Məşəl! Məşəl! Məşəl!

Şah dağından qəlbi məşəl!..

Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə  çıxışı zamanı demişdir ki,   Qələbəni biz şəhidlərimizin  qanı bahasına qazanmışıq: ” Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah Sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimizi üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olması, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.”

 Ölkəmizin  başçısı  eləcə də bu mövzuda bütün görüşlərində,müsahibə və nitqlərində şəhidlərimizə    şəhidlərimizin    böyük Zəfərimizdəki rolunu və yerini yüksək  dəyərləndirmişdir.  Şəhidl ailələrinə, qazilərə dövlətimiz  tərəfindən böyük qayğı  göstərilməkdədir. Bədxah qonşularımız, təcavüzkar  Ermənistan və onun havadarlarının məkirli siyasətləri ilə  torpaqlarımız 30 ildən artıq işğal altında qaldı. Minlərlə insanımız  həlak oldu,  itkin düşdü, girov götürüldü.İndi Azərbaycanda elə bir  kənd , qəsəbə, şəhər yoxdu ki, onun sinəsində Şəhidlər Xiyabanı olmamış olmasın.     Elə bir ailə yoxdur ki,  bu və ya digər   formada Şəhid acısı yaşamamış olsun.  Şəhidlər bütün xalqın övladlarıdır.  Artıq onlar bir ailənin, bir ata-ananın ğvladı olmaqla  yanaşı, həm də  bütün Azərbaycanın əzizləridir. Onların arasında heç bir ayrı-seçkilik ola bilməz və mən şəxsən,  heç vaxt belə hal müşahidə etmədim. İnanmıram da ki,  kimsə də   Azərbaycanın  bir  obasından olan  şəhidimizi  digər  obasından olan   şəhidi  ilə fərqli qəbul etsin. Məhəlləmizdə 5  yerdə şəhidlərimizin şərəfinə  Xatirə lövhəsi var.  Hər səhər idmana  çıxanda mütləq bu abidənin önündə şəhidlərimizə dua edirəm. Xidmətdə olan bütün əsgər və zabitlərimizi, xidmətdən tərxis olunmuş qazilərimizə Allahdan cansağlığı diləyirəm. Tək  məhəlləmizdən şəhid  olmuş  hərbçilərə deyil, bütün şəhidlərimizə,  hazırda hidmətdə olan bütün əsgər və zabitlərimizə  ehtiramımdır bu, elə cə də hamı bu cür mövqedədir.

Mən bir sayt  rəhbəri olaraq   saytımızın  “Tarixdə bu gün”  rubrikasında hər gün    qəhrəman oğullarımı haqqında  məlumat  paylaşıram.  Heç bir fərq də qoymuram bu 1-ci Qarabağ müharibısinin şəhididir, ya 2-ci  Qarabağ müharibəsinin.   Bəlkə də 1-ci Qarabağ müharibəsi qərəmanlarına daha  diqqət ayırıram. Şəhidlər haqqında  internetdə məlumatlar çox səthidir, yanlışlıqlar var.  Əksər şəhidlərimiz haqqında isə demək yoxdur. Onda  sayt və informasiya agentlikləri bütün şəhidləri  necə yad edə bilər? Lapdinclik dövrünün  məşhurlaerı var: alimdir, qəhrəmandır və sair.  Haqqqında  nəsə yazmaq istəyirsən, internetdə heç bir məlumat yox, şəkli yox.  Bəs həmin şəxslərin yaxınları  heç bunun fərqindədirmi? Belə olanda  biz də  ehtirama layiq olan nə qədər  insanlarımız  cəmiyyətə təqdim edə bilmirik.

 İndi isə yazımızın əvvəlində adlarını çəkdiyimiz Yusif   Budaqov  və Balaş Cəfərov haqqında.

Yusif  Ramiq oğlu Budaqov 1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olub. Ailənin yeganə övladı idi. 2003-2014-ci illərdə Bakı şəhərindəki 132  nömrəli  orta məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə hərbi xidmətdə olub, daha sonra dizayn üzrə kollec təhsili alıb.Atası dünyadan erkən köçdüyündən Yusif Bakı şəhərindəki klinikada işə düzələrək, baş texnik vəzifəsində çalışıb. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Yusif Budaqov Fizuli və Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində həlak olmuşdur. Şəhidimizin nəşi oktyabrın 30-da yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyü uğunda ölüm-dirim mübarizsində göstərdiyi şücaət və qəhrəmaqnlıqlara görə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra “Vətən uğrunda”,  

25.12.2020-ci il tarixli Sərəncamına əsasən  “Xocavəndin azad olunmasına görə”,  

24.06.2021-ci il tarixli Sərəncamına əsasən  isə   “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

2023-cü ilin mayında Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Qədim Qala” küçəsinin adı dəyişdirilərək şəhid Yusif Budaqovun adı verilib.

Balaş Namiq oğlu Cəfərov  18 iyul 2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuşdur.

Balaş Cəfərov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduğu vaxt  —   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirərkən  qəhrəmancasına həlak olmuşdur. Uzun müddət nəşi  tapılmamışdır. Balaş Cəfərovun nəşi 23 dekabr 2020-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsgəri borcunu şərflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra “Vətən uğrunda” , 05.11.2021-ci il tarixli Sərəncamına əsasən isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı