Sevgi gözəl bəladır

Gözümüzü dünyaya açanda görməsək də, bilməsək də, büsbütün məhəbbət əhatəsində olduq. Evdə ata tələsdi sevgi çiçəyini qoxlayıb sinəsinə çəkməyə, doğum evində də ana tələsdi ki, özünü tələm-tələsik evə çatdırsın, təlatümlü sevincini açıb töksün proletarın evinə, həyətinə-haray-həşirə qonşular, qohum-qardaşlar gəlsin…

Qırxı çıxınca, dişi çıxınca, yemək yeyə bilincə, yatınca, durunca nələr çəkmədi mələk analar.Onda analar buna hazır idi. Bu nələr bezdirici deyildi. Adi axarında olsa idi, sakit olmayacaqdı ana. Gərək yuxusuz gecə keçirə, gərək yayın istisində belə bətnindəki körpəsini soyuqdan, günvurmadan qoruya.Gərək nəfsinə hökm edə ki, təzə meyvə görməsin, istəməsin. Birdən yeyər, yavrusunu bağırsaqları sözünə baxmaz… Hər nə lazımdı, necə lazımdır edərdi ki, proletara içdiyi anda, əhdə əməl edəydi, həm də artıqlaması ilə.

…Sonra bilmirəm, necə oldusa, sevgilər ildən-ilə keçdikcə məzmun və mahiyyətini itirdi. Biri gözünə xoş gələni seçdi, biri varlısını sevdi ki, bir günə çıxsın. Biri nənəm yaşında birinə aşiq oldu ki, çox keçməz dünyasını dəyişər: daşınan-daşınmaz əmlakı mənə qalar.

Ər evinə “tik girib, köndələn çıxan” sevgi müqəddəslərinin yerinə “yeni nəsil sevgililər” gəldi: Ər bir dəfə acıqlandımı, 2-3 ay yeməyi necə oldu bişirdi, pal-paltarını düz əməlli-başlı yuyub-ütüləmədi.

…Körpəsi dünyaya gələndən sonra əziyyətin-qayğılrın görüb bezdi, usandı körpəsindən də, proletardan da, onun bu hala düşməsinə səbəb olan sevgisindən də. Dedi ki, məhəbbət uşaq doğmaqdır bəyəm, evdə oturub qalmaqdı axşama kimi? Mən bacarmıram bu tifil səhərə qədər ağlayır və s. Bunlar get-gedə situasiyanı hazırladı və günlərin birində də ər gəlib gördü ki, lələ köçüb, yurdu qalıb. “Mehriban düşmən” bir barmaq da kağız yazıb qoyub ki, daha mən sənin ananla eyni evdə yaşaya bilmirəm. Daha mən “o ağ şey nədir, hər gün süfrəyə ancaq onu gətirirsiniz, mən daha onu yeməkdən öyüyürəm”. Mamamgildən gələndə gətirdiyim paltarları geyirəm.. o yox, bu yox. Mən gedirəm..Amma “o ağ şey sizi qırajax…” Və sair, və ilaxır  bəhanələr….

Bir az yumor ovqatı qatsam da, pozulan tifaqlar, bax, belə boş-boş şeylərin üstündə oldu….Nəticəsi də bu oldu ki, ulu babalrdan qalma sevgi, əhdə vəfa yağlı əppək oldu qeybə çəkildi.İndi adı guya sevgi olsa da, məni bağışlayın səhv edirəmsə, əksər sevgilərdə əsl sevgi mahiyyətindən çox uzaqlaşdı, cismanilik ön plana keçdi. Yəni kimsə özünə övrət almalıdır, bunun üçün keçmiş dədə-baba adət-ənənələrinin bəzilərinə şərti olaraq əməl edir, tələm-tələsik elçi gedir, ad edir və tələm-tələsik də gətirir evinə.

Şahanə sevgilər çox azdır… Düşünmək lazımdır…

Seymur bəy və Könül xanımın toyu haqqında sosial şəbəkələrdən yəqin ki, xəbəriniz var.  Onlar bir-birlərini sevərək ailə həyatı qurub.

Sumqayıtda İkinci Qarabağ müharibəsi zamanı bir qolunu itirmiş qazi Mirağa Mirzəzadənin toy məclisi də  qibtəediləcək bir sevgi nümunəsidir.

Vətən müharibəsi qazisi Mobil Əhmədzadə  toyuna    çəliklə gəlmişdi. Könül dostunun qolundan bir əli də çəliklə girmişdi.

Çox duyğulandım.

Nə olsun ki, onların  hərəkət imkanları bir qədər məhduddur: fiziki məhdudiyyətləri var.   Nə yaxşı ki, Könül xanım kimi  şahanə sevgi yuvası qurmağı bacaran qızlarımız varşşş

Bu sevgi şahanə bir sevgi oldu mənim üçün. Eşq olsun  bu xanımlara. Onları böyüdüb ərsəyə gətirən valideynlərə. Hədsiz sərvət hədsiz üstünlük yarada bilər, əgər sevgi olmayacaqsa, nəyə lazım bu zəngin, dəbdəbəli həyat. Yay aylarında əksər vaxtlarda yarım kilo- 5-6 pomidoru 4-5 yumurta ilə bişirib bir az sevgi, bir az təbəssüm qatıb elə dadlı yemək olar ki, elə xoşbəxt yaşamaq olar ki…Təki sevgilərinizi adiləşməyə qoymayasınız…

İnsanlar dünyanı, sevgini belə düşünməlidirlər.

Məmməd İsmayıl demiş: Qoymayın dünyanı adiləşməyə…

Elə ürəklər də zirvələr kimi

Qalsın o əvvəlki parlaqlığında.

Böyük məhəbbətin çəkin yükünü,

Araya tikanlı sözlər girməsin.

İşıqlı arzular solmasın deyə

Evlənən gününün səhəri günü –

Qoymayın dünyanı adiləşməyə.

“İşıqda kölgə var, kölgədə – işıq”,

Dağ düzdən ucadır, sevinc – kədərdən.

Ay günün nuruyla tapar yaraşıq,

Şəfəqlə ayrılar axşam səhərdən.

İki sevən qəlbin yaxınlığından

Sevinc sıxlığından, işıqlığından

Qəm macal tapmasın yada düşməyə,-

Qoymayın dünyanı adiləşməyə…..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı