Siz hələ anaveushaq.wordpress.com saytına üzv deyilsiniz?!

Baş redaktordan

Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur. Viktor Mari Hüqo

Əziz Oxucular! Hörmətli atalar və analar, babalar və nənələr! Saytımızn adından da göründüyü kimi, onun ayditoriyası Sizsiniz, sizin övladlarınız və nəvlərinizdir. Bizim saytımız şou saytı deyil. Biz sırf maarifçilik fəaliyyəti ilə xidmətinizdəyik. İctimai-siyasi mövzulara da müəyyən qədər toxunuruq. Amma bu, tam demokratik və hüquqi dəyərlərə əsaslanır. Çinki insan cəmiyyətdə yaşayıb onun problemlərindən kənarda qala bilməz. O, gördüklərinə münasibət bildirməli, cəmiyyətin diqqətinə çatdırmalıdır. Dövlətimizin başçısı, cənab İlham Əlivevin tövsiyə tapşırıqları da budur ki, istər sadə vətəndaşlar, istərsə də kütləvi informasiya vasitələri fəal həayt mövqeyinə malik olmalıdır. Biz də bu mövqedə Sizə xidmət edirik və bundan çox qürurluyuq. Əgər bizim indiyə qədər yazdılarımızi oxusanız, göəcəksiniz ki, doğrudan da, belədir.

Əziz valideynlər saytımızla əlaqələriniz bizim prioritetdir. Bizə yazın, qayğı və problemlərinizi bizimlə bölüşün. Biz sizin hər bir yazınıza böyük hörmətləyanaşacağıq. Övladlarızı haqqında bizə yazın, onların uğurlarından bizim də xəbərimiz olsun, biz də cəmiyyətə paylaşaq. Onların doğum günlərini və şəkillərini bizə göndərin. Biz böyük ehtiramla ad günlərində onları ürəyinizcə təbrik edəcəyik. Saytımızda təbriklər az deyil. Biz küçədə, parklarda, ictimai tədbirlərdə sizin uşaqlarla rastlaşırıq. Saytımızn rekvizitlərini paylaşıb balacaların ad günlərini və şəkillərini göndərməyi xahiş edirik. Yenə xahiş edirik.Kim bizim saytı oxuyursa, bizim bu çağırışımıza qoşulsun. Biz yalınız Sizinlə birlikdə güclüyük.