Göygölü bu gözəlliklə, bu həzinliklə əzizləyə-əzizləyə vəsf edən olmadı … Rövşən Behcətin əziz xatirəsinə ( I yazı)

Baş redaktordan

Əhməd CavadGöygöl

Dumanlı dağların yaşıl qoynunda

Bulmuş gözəllikdə kamalı Göygöl!

Yaşıl kərdənbəndi gözəl boynunda

Əks etmiş dağların camalı Göygöl!

Yayılmış şöhrətin Şərqə, Şimala,

Şairlər heyrandır səndəki hala.

Dumanlı dağlara gələn suala

Bir cavab almamış soralı Göygöl!

Bulunmaz dünyada bənzərin bəlkə,

Zavvarın olmuşdur bir böyük ölkə.

Olaydı könlümdə bir yaşıl kölgə,

Düşəydi sinənə yaralı, Göygöl!

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır yıldıza, aya.

Oldun sən onlara mehriban daya,

fələk büsatını quralı, Göygöl!

Kəsin eyşi-nüşi, gələnlər susun,

Dumandan yorğanı, döşəyi – yosun.

Bir yorğun pəri var, bir az uyusun,

Uyusun dağların maralı Göygöl!

Zümrüd gözlərini görsünlər deyə,

Şamlar boy atmışdır, uzanmış göyə.

Keçmişdir onlara qəzəbin niyə,

Düşmüşlərdir səndən aralı, Göygöl?!

Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar.

Öpər yanağından qurbanlar otlar,

Ayrılıq könlünün qıralı, Göygöl!

Bir sözün varmırdır əsən yellərə,

Sifariş etməyə uzaq ellərə?..

Yayılmış şöhrətin bütün dillərə,

Olursa, qoy olsun haralı, Göygöl!

Göy göl1925

Tofiq Bayram – Göygöl

Elllər gözəlisən, ellər sərvəti,

Hüsnünün Kəpəzində qaşı sənin Göygöl.

Göllər gözəlisən, ellər sərvəti,

Hüsnünün Kəpəzində qaşı sənin Göygöl.

Sənə könül verib, anam Məhsəti,

Süzülüb, sıyrılan göz yaşı Göygöl.

Göygöl, Göygöl,

Göygöl Göygöl göllər tacı.

Sən də coşan eşqin səsi,

Qəlbim, canım, nəfəsim Göygöl.

Üzündə şəfəq var, gözündə vüqar,

Ay dolar qoynuna, günəş yuyular Göygöl.

Tellərini darıyar bəzəkli çinar,

Maral göl, Maral göl qəlbinin sirdaşı Göygöl.

Göygöl, Göygöl,

Göygöl Göygöl göllər tacı.

Sən də coşan eşqin səsi,

Qəlbim, canım, nəfəsim Göygöl.

Üzündə Şəfəq var, gözündə vüqar,

Ay dolar qoynuna, günəş yuyular Göygöl.