Müzakirə

Xoşbəxt olmağın yolları çoxdur. Razılaşarsınız ki, bu çoxların içində əlahəzrət Məhəbbət birincidir. Sevgi bütün xoşbəxtliklərin açarıdır.
Məhəbbət, məhəbbət, yaxşı ki, varsan,
Əlində sevincə dönür qəm sənin.
Məni hara çəksən, hara aparsan,
İnan ki, ardınca gələrəm sənin.
*****
Gələrəm ardınca heç düşünmədən,
Gələrəm kor kimi gözüyumulu.
Bilirəm, səninlə zülmətdə də mən
Taparam işığı, taparam yolu!
Ə.Kürçaylı

Amma məhəbbətin özünün də şərtləri var ki, gərək bu şərtlərə doğru-dürüst əməl edəsən. Məsələn, uyğun yaşlar birlikdə xoşbəxt olmaq şansını daha da artırır.
ABŞ-da üç mindən çox yeni evli və boşanmış çütlüklər üzərində aparılan müşahidələr zamanı məlum olmuşdur ki, aralarında 1 yaş yuxarı fərq olan cütlüklərin eyni yaşdakı cütlüklərə nisbətən boşanmaya qərar verməsi yüzdə 3 dəfə daha çox baş verir.
Aralarında 5 yaş fərq olanların boşanmaya uyğunluğu yüzdə 18 ikən, aralarındakı yaş fərqi 10 olanlarda bu nisbət yüzdə 39-a qalxmışdır. Və yaş fərqi 20 və 30-a qalxdıqda isə boşanma nisbətləri daha böyük olmuşdur.
Əlbəttə, bu statistikaların yüzdə- yüz düz olduğunu hər evlilik üçün də aid etmək doğru olmazdı. Amma evliliyin xoşbəxtliyi də, etibarlılığı da yaş amilindən əhəmiyyətli dərəcədə təsirlənə bilir.
Adətən, cütlüklər arasında böyük yaş fərqi məşhurlarda müşahidə edilir. Amma mən hesab edirəm ki, burada ən ciddi amil daha çox maddi durumdur : bəziləri rahat yaşamaq istəyir, bəziləri də miras niyyəti ilə babası yaşında birisi ilə izdivaca girirlər. Məşhura ərə gedib qürurlanmaq, əgər buna qürurlanmaq demək olarsa, olsa-olsa, belə evliliklərin dörddə biri qədərdir . Çünki ola bilməz ki, çoxlarının həsəd apardığı gözəl bir qız boylu-buxunlu, ağıllı, təhsili oğlanı qoyub, özündən 41 yaş böyük bir kişiyə (“üzlər görmüş”)- qocaya getsin. Kifayət qədər təminatlı olan, onu cavandan 5 qat çox istəyən və “qocaya gedən quyruq” yeyər el məsəlini də bilən gözəl bir qız özündən 10-20 və daha çox yaşlıya getməz… Vallah getməz. Amma gözə bir qız 5-3 ilə öləcəyini proqnoz erdiyi babası yaşında birisi ilə nikaha girər. Ola bilsin ki, bunlar arasında xoşbəxt cütlüklər də var, fəqət, mən öz subyektiv fikrimi söyləyəcəyəm: taylı tayın tapmasa, pis keçər axır günü.
Axı hər şeyin bir sərhədi də var.

Belə də azadlıq olurmu : biz azad insanlarıq, eşq azaddır, kimisə ürəyinin ziddinə getməyə məcbur etmək olmaz. Yaş amili kiminsə qarşısında əngəl ola bilməz. Böylə azadlıqmı olur, sevginin formulası budurmu? Doğrudanmı “yaş fərqi bəhanə, eşq şahanə”dir?
Kişinin özündən yaşca kiçik bir qadınla ailə qurması təbii bir seçimdir və bunu ənənə halına gətirən ulu babalarımız tərəflır arasında sevgi ilə yanaşı, fizioloji, sosioloji vaciblikləri də nəzrə alıblar. Yəni, kişilər daha çox özlərindən kiçik qadınlarla evlənərkən əslində bu amilə üstünlük verirlər. Bizim xalq üçün əxlaq-namus hər zaman diqqətdə olan 1-ci şərt olub. Nə yaxşı ki, bizim xalqda belə evlənmə xarakterik deyl, kütləviləşməyib. Bir neçə belə hal varsa da, bu hallar ənənəyə, həyat tərzinə çevrilməyib.
Lap tutaq ki, yaşlı adamlar sərvətinin, imkanının hesabına özlərdən dəfələrlə kiçik qız aldılar. Belə evliliyin məramı safdırmı, onlar davamlı olacaqmı? Məncə, yox. Çünki bu evlilik onu qəbul edənlərin yaşına, dünyagörüşlərinə, fiziki uyğunluqlarına görə tam fərqlidir, onlar ya cinsi münasibətləri tənzimləyə bilməyəcək, hər zaman problem yaşanacaq. 3-5 il, 10 il sonra yaşlı ər düdünyasını dəyişəndən sonra onun cavan qadın başına qara bağlayıb evdə oturacaqmı, inanan daşa dönsün, öz payına. Çoxlarında ailənin digər üzvləri onu evdən çıxaracaqlar: atalarının sağlığında bunu edə bilməsələr də, o olmayandan sonra bu addımı atacaqları şəksizdir.
Məsələn, saytların birində oxumuşam ki, Türkiyədə 71 yaşlı Xalis Topraq özündən 54 yaş kiçik Nazlıcan Tağızadə ilə evlənib. 71 yaş hara, 17 yaş hara..?! Sonra kütləvi informasiya vasitələrində bu uyğunsuz cütlüklərin məhkəmə çəkişmələri, miras davaları haqqında yazılar dediklərimzin məntiqi davamıdır.
Dünyalarca məşhur sənətkar Qayaxan da özündən 27 yaş kiçik İpək Ağça ilə ailə qurmuşdu, aralarında 27 yaş fərq vardı. Allah rəhmət etsin. Oxuduqlarıma əsasən, istəkli olublar, mehriban olublar. Biz xoşbəxt, sədaqətli evliliklərin hamısına uzun birlikdəliklər arzulayırıq. Fəqət, demək istədiklərimiz budur ki, çiddi yaş fərqləri, əksər hallarda, həmin cütlük üçün də, sevgi-əxlaq ölçüləri üçün də , cəmiyyətin özü üçün də mənfi irs qoyub gedir.

Çoxları irad tuta bilər ki, “yaş fərqi bəhanə, eşq şahanədir”. Əgər sevən cütlüklər arasında mükəmməl bir sevgi bağı varsa, yaş fərqinin heç bir əhəmiyyəti ola bilməz. Təki belə olsun, təki bütün eşqlər şahanə olsun… Əlbəttə, bütün xoşbəxtliklərin başında, lap əvvəldə qeyd etdiyimiz kimi, sevgi dayanır. Bu, həmən sevgidirsə, təbii, heç bir sevgi cütlükləri arasında problem olmayacaq. Amma həyat hər zaman göstərir ki, ciddi yaş fərqləri ailə münasibətlərində tərəflər arasında çox ciddi ixtilaflara səbəb olur.
Axı insanın özü də məntiqlə hərəkət etməlidir. Ərgən oğlan da quzu ətindən kabab yeyə bilər, 70 yaşlı qoca da. Bunu kimsə söz edə bilməz, amma bayaq qeyd etdiyimiz kimi, 71 yaşlı kişi özündən 57 yaş kiçiyini sevirsə, bunu sevgi olaraq qəbul etmk olmaz. “Eşq şahanədir” sipəri də heç bir qınağa tab gətirə bilməz. Amma qarşılıqlı olaraq sevib-sevilən gənclərimiz üçün, uyğun sevgilər üçün eşq hər zaman şahanə olub və onyn ülviliyini qoruubsaxlaya bilsək, hər zaman da belə olacaq. 71 yaşında bir baba ilk sevdiyi ilə mehriban, hörmətli bu yaşa gəlib çatıblarsa , bu eşq də şahanədir və şahanə də davam edir. Hər hansı bir səbəbdən 2-ci, 3-cü evliliyidirsə, müəyyən mənada, qəbul etmək olar, tənha yaşamaq olmaz, amma onlar arasında şahanə eşq ola bilməz.
Bəs siz necə fikirləşirsiniz?


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.