İntellekt


Kor bir kişi adlı-sanlı bir imarətgahın yaxınlığında papağını qarşısına qoyub dilənirmiş. Yanında da qalın karton kağızın üstündə : “Mən koram. Yardıma ehtiyacım var, mənə kömək edin”, -sözləri yazılmış bir lövhə vardı. Bu vaxt onun yanından ötən bir kor kişinin qarşısındakı papağın içinə baxır və görür ki, papaqda çox az miqdarda pul var. Həmin şəxs cibindən pul kisəsini çıxarır və oda nə qədərsə papağın içinə pul qoyur. Daha sonra kor kişi görmür deyə , onun qarşısındakı lövhəni götürüb, həmin yazının əvəzinə başqa bir cümlə əlavə edir. Yolçu gedəndən çox keçmir ki, bu kişinin yanından ötənlər indi daha çox pul atılar. Sən demə, bütün bunlar lövhədə yazılan yazı ilə bağlıdır. Sizcə, O lövhəyə necə yazıla bilərdi ki, o kişi nə yazmışdı ki, onu oxuyanların kişiyə daha rəhmləri gəlmişdi?

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.