Qadın, ana, ailə dəyərləri

Ailə insanlar arasında fərqli cinslər arasında sosial münasibətlərin yeni bir formasıdır. Bu birlik insan cəmiyyətinin davam etdirilməsi məqsədi ilə yaranmış  və zaman-zaman  ictimai-iqtisadi inkişafın  nəticəsində  insanların dünyagörüşlərində yaranan keyfiyyət dəyişiklikləri ilə  əlaqədar olaraq yeni məzmun və məsuliyyət kəsb etmişdir.   Şifahi xalq ədəbiyyatı nümunələrində  bununla bağlı maraqlı izlər var. Məsələn, əri vəfat edən qadının  ərinin vəfatından sonra yeni ailə qurması  hökm deyilmişsə də, yasaq da deyilmiş. Hətta, ər dünyasını dəyişərkən vəsiyyətlərində bu məqama da diqqət çəkirmiş ki, ərə gedə bilərsən: həm uşaqlar atasız böyüməsin, həm də ailə  güvəncsiz qalmasın.   

 Amma   bir neçə əsr sonra məsələyə tam fərqli baxış formalaşmışdır.

  Sevən sevgilisini yaxşı mənada  qısqanır. Bu qısqanclıq vəfa, etibar, sədaqət  əhdi  kimi mənalanır . Maraqlı olan bir də budur ki, nə vaxtsa “Gözün kimi tutarsa, könlün kimi seçərsə,  gedərsən” deyən də  Azərbaycan əridir, indi:

Əzizim, baxdı yarım,

Baxtımın  taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı,  yarım?

Əzizinəm,  yad əli,

Ya divanə, ya dəli.

Məhşərim o gün qopar,

Yara dəysə, yad əli.

 Gözüm,  göz görə səni,

Kabab, köz görə səni.

İstəməm öz gözümdən,

 Ayrı göz görə səni.

Su gəlir pər gələnə,

Zülfün baş tər gələnə.

Üzün bir ay parçası,

Göstərmə hər gələnə.

Əzizim, sini-sini,

Doldur ver sini-sini,

 Mənə öz yarım gərək,

Neynirəm özgəsini?!,- deyən də.

Mən  uğursuz sevgilərin, dağılan ailələrin   səbəbkarı kimi,   qadınları qınaq mərkəzinə gətirməkdən  tam uzağam.   Amma digər   mövcud  obyektiv səbəblərlə yanaşı, subyektiv  səbəbi də  danmamalıyıq. Bu da ailə quran tərəflərin özünün sevgiyə, qadına, ərə münasibəti məsələsidir.

Sevgi münasibətlərində olan dönüklüklə ailə münasibətlərindəki dönüklük  məzmun və mahiyyət   baxımından müəyyən qədər fərqli olsalar da, aralarında subyektiv  paralellik var.  İnsanlar sevgilərini, sevdiklərini  çox asan dəyişə bilirlər, çox asanlıqla unudurlar.

 Ailə münasibətlərində fərqi yoxdur kim  xəyanət edib. Bir qadın ərinə xəyanət edibsə,   bu xəyanətin digər tərəfi olan kişi də öz qadınına xəyanət edib. Başqa yöndən baxsaq, bir qadın digər bir həmcinsinin həyatını zəhərə döndərib, bir  kişi digər bir kişi həmcinsinin.   Əməl də eynidir, məsuliyyət də.

Ona görə də, fikrimcə,  get-gedə artmağa doğru meyilli olan bu sosial  bəlaya qarşı mübarizədə   bir hind filmindən eşitdiyim  ”mən cinayətkara qarşı yox, cinayətə qarşı mübarizə aparıram” yanaşması daha doğru olardı. 

Maarifləndirmə işlərinə çox ehtiyac var. Amma formal yox. Hansısa tədbir  kampaniya xarakterində olmamalıdır.  Özəl telekanalların və mətbuatın ideya-məzmun keyfiyyətləri mütləq nizamlanmalıdır. 

 Telekanallarda  şou mahiyyətində ailə verilişləri yayımlanır. Kimə lazımdır belə layihələr? O verilişə dəvət olunanlar, yön-yöndəm göstərənlər    yaxşı olar ki, nümunəvi ailə həyatı olan  şəxslərdən seçilsin, yəni onların ağzından eşidilənlər müdrik sözü, ağbirçək tövsiyəsi ola bilsin.  Heç olmazsa,  20 ildən yuxarı ailəlik təcrübəsi olsun.

    Verilişlərə ailə psixoloqları, tanınmış hüquqşünaslar, mədəniyyət xadimləri və yazıçılar  dəvət olunsun.  30, 40, 50 il    bir damın altında yaşmış  nümunəvi  ata və analar dəvət olunsun.

 Mətbuatda  yazıların təqdimatında  müəyyən prinsiplər olur, kim hardan eybəcər bir hadisəni tapıb onu tirajlamasın. Daha pisi odur ki, bir çox saytlarda səhifənin sonunda əcaib şəkilər,  təşviq və təhrikedici  yazılar verilir. Bir tərəfdən əxlaqi mövzuda fikir bildir,  sonra da  yazının sonunda  belə şəkillər   yerləşdir. Onda sənin yazdıqların  oxucularına hansı  faydalı təsiri  göstərə bilər?

 Son illər  gənc ailələr arasında   etimadsızlıq və laqeydlik  halları   artmaqdadır. Bu da, təəssüf ki, sonda   xəyanət  və yaxud  intihar  hadisələri ilə  nəticələnir.  Səbəblər müxtəlifdir. Gənclər   hələ kifayət qədər kamilləşməmiş sevməyə  başlayırlar. Bir-birlərini  əməlli-başlı  öyrənməmiş, kəşf etməmiş  nikaha girilər.  Üstündən çox keçməmiş  aralarında  laqeydlik, soyuq  münasibətlər  başlayır. Bir-birlərinə güzəştə getmək istəmirlər.   Heç biri də məsuliyyət hiss etmir. Ərdə,  qadın da  fikirləşir ki,  burada qorxulu nə var ki. İstədiyim kimi yaşayaram, sərbəst olaram. Heç şübhəsiz ki, gənclərdə  belə düşüncələrin  yaranmasında sosial şəbəkələr də öz   pozucu rolunu oynayır. İnternet insanların bir tərəfdən    məlumat toplamasına , zənginləşməsinə kömək edir. Digər təərfdən, üzümüzə gülə-gülə evimizi yıxır.

 Fikir vermisinizsə,  evdə analar  uşaq   sakit olsun deyə    ya  telefon, ya planşet verir. Yemək  yesin deyə,  telefon vəd edir. Üzümüzəgülə-gülə  özümüzün evini   məhvərindən uzaqlaşdırdığı kimi, övladlarımızı, nəvələrmizi də  hədəfləyib. Cürbəcürə funksiyaları ilə özünə cəzb etməkdədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən kütləvi informasiya vasitələrinə verilmiş bir açıqlamada   internet amilinin də ciddi səbərlər sırasında olduğunu  qeyd edilmişdir: “…Sosial şəbəkələrə aludəlik fərdlər arasında anlaşılmazlığa gətirib çıxarır. İnsanlar bir çox hallarda vaxtlarının çox hissəsini internetdə keçirdikləri üçün bəzən ailədə söz-söhbətə səbəb olur…

…Qəbula gələn boşanmışlardan, yaxud ailəsində problem yaşayanlardan, demək olar ki,  əksəriyyəti Facebook-da tanış olduğunu deyir. Axı sosial şəbəkədə 2-3 dəfə danışmaqla insanın xarakterinə, xasiyyətinə bələd olmaq mümkün deyil. Çox vaxt valideynlər də bu məsələyə biganə yanaşır. Fikirləşirlər ki, ailədə olan uşaqlardan heç olmasa biri ərə getsin və onların yükü azalsın. Sən övladı böyütməmisən ki, çox asanlıqla onu başından edəsən…”

  İnternetdə intenet vasitəsi ilə tanış olub, sonra atılan qızlarla bağlı bir neçə yazıları mən də oxumuşam.

İstəməzdim  bütün günahları  sosial şəbəkələrin üstünə ataq, qızların üstünə ataq . Ümumiyyətlə, gənclərin ünsiyyət qura bilməsi, tanış olmaları üçün müxtəlif  sosial bağlar, mühit mütləq lazımdır. Belə mühit məktəb, iş yerləri, nəqliyyat,  müəyyən  ədəbi-mədəni tədbirlər, internet və sairlər  ola bilər. Amma , əsasən, qızların fəhmi, ətraflarında baş verənləri, qarşılaşdıqlarını  dəyərləndirə bilməsi, doğru seçimi  ideal olmalıdır.  Qızlar adını, özünü qorumağı bacarmalıdırlar. Yoxsa, tanış olandan iki gün sonra oğlanın guya qızı anası ilə tanış etməsi üçün evinə aparması hansı məntiqlədir? Qızlar yüz ölçüb bir biçməlidir. Onda hansısa  qaraniyyətli oğlan da payını götürüb yerində  oturar.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı