Mövqe

Musiqi insanı əvvəl özüylə sonra da digər insanlar və kainat ilə bütünləşdirən ən təsirli vasitə və ya ən qısa yoldur …..
Kəlam
Musiqi bizə xoş və əyləncəli vaxt keçirmək vasitəsi kimi görünsə də, əsl əhəmiyyəti insanı yaşatmaq, onu daim canlı tutmaq özəlliklərinə malik olmasıdır.
İnayat xan,
Musiqi dilini öyrənilməsi digər dillərin mənimsədilməsinə bənzər, buna yalnız uşaqlıqdan başlayaraq öyrənənlər ona sahib ola bilərlər.
Rubinşteyn
Bunun bir səbəbi də dövlətin yaratdığı telekommunikasiya imkanlarının, mətbuat, televiziya məkanışda balansın gözlənilməməməsi, şuo verilişlərinin gecə-gündüz bayağı musiqiləri, bayağı sənətçiləri təbliğ etməsindədir. Bəstəkar İtifaqının biganəliyindədir. Musiqi tənqidçilərinin tənqid hədəflərinin zəif olmasındadır. Televiziyalardca, radiolarda guya Bədii Şuralar yaradıldı. Amma heç nə dəyişmir, əksinə, şou mənəvi cəbhəmizin bütün istiqamətlərində atlarını dördnala çapmaqdadır.
Bayağı musiqilər macəra həyatına səsləyən zəng çağırışlarıdır.
Bayağı musiqilər (diringələr) eyş-işrətə, bayağı həyata marağı artırır. Belə mahnılar, onları ifa edənlər toyxanalardan efirlərə köçməkdədir.
Üzeyir Mehdizadənin “Yaxşı olar” adlı mahnısı 50,5 milyon baxış sayı toplayıb. Mahnının yaratdığı hissin 50 milyon yarımdan artıq izləyici cəlb etməsi Üzeyirin uğurudursa, cəmiyyətin gələcək qayğıları da musiqi cavabdehlərini indidən düşündürdürməlidir.
Cəmiyyətə söz demək, əyarlıq etmək böyük missiyadır. Bu missiyanı peşəkarlar aparmalıdır.
Televiziya məkanımızda “Bura Bakıdır”, “Qulp”, “El içində”, “Solo” , “Ovqat” , “Səhər sovqatı” , “Aktyorlar və rollar”, “Ekran. Kino. Yeniliklər” kimi tamaşaşıların intizarla gözlədiyi verilişlər də olub və indi də var. Adı böyük və hörmətlə çəkilən qadın jurnalistimiz Flora xanımın “Yadigarlar” verilişi, professor İlham Rəhimlinin apardığı verilişlər bütün ailələrin arzu etdiyi, qapı açdığı verilişdir. “Yadigarlar”verilişlərin adı, hər verilişin həsr edildiyi şəxsiyyətlər , verilişə dəvət edilən ziyalılar , müəllifin və onların dili hər kəsin ürəyincədir.

Bizim dünya mədəniyyətləri arasında öyünüləcək sazımız, muğamlarımız , milli rəqslərimiz var. Bizim dünya musiqi mədəniyyətinə nadir sənət nümunələri bəxş etmiş Üzeyir Hacıbəyov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslim Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi musiqi xadimlərimiz var. Azərbaycan musiqisi bizim genetik yaddaşımız, milli varlığımızın tərcümanıdır. Gənc nəsli bu musiqi ruhunda tərbiyələndirməli, öz milli -mənəvi sərvətlərinə sahib çıxmağı öyrətməliyik. Bunu isə təkcə mətbuatın səyləri ilə deyil, hamılıqla etmək lazımdır. Vahid hədəf olmalıdır. Hansı tribunada belə qüsurlü nümunə səsləndirilirsə, həmin andan belə tribuna susdurulmalıdır.
Bir vacib məsələ də musiqi sahəsində fəxri adların necə gəldi verilməsibilə bağlıdır. Bir vaxt Əməkdar artisti Baloğlan Əşrəfovun bir sıra kütləvi informasiya vasitələrində fəxri adlarla bağlı yazısı (Bax: https://yenixeber.org/medeniyyet/107770-baloglan-esrefov-yeni-medeniyyet-nazirinden-danisdi.html#.X_3wUTQ6L0A) tirajlanmışdı. Əslində, bu, yeni mövzu deyildir: ara-sıra mətbuat səhifələrində müxtəlif peşə, sənət sahiblərinin fəxri adlar almaq üçün müxtəlif formada ifadə etdikləri fikirlər yer almaqdadır, son dövrlərdə isə bir qədər daha da diqqəti cəlb edən şəkildə hiss edilməkdədir. Toy sahəsində çalışanlar fəxri ad alırlar, elə vəziyyət yaranıb ki, bir neçə il işləyənlər ad davası edirlər, küsürlər. Çünki etalonu zədələyiblər. Kənardan baxan da deyir ki, Əliyə, Vəliyə fəxri ad verirlər, mən niyə iddialı olmayım?
“General olmağı arzulamyan əsgər yaxşı əsgər deyildir”. Rus hərb tarixinin məşhurlarından biri – Aleksandr Suvorov deyib bunu. Bu mənada hər kəs öz fəaliyyət sahəsində özünü kəşf etmək, sonra da cəmiyyətə təqdim etmək istəyir. Burada pis də heç nə yoxdur.
Amma gərək çalışdığın sahədə fəaliyyətin, açdığın yol , qoyduğun iz istək və iddiana uyğun olsun. Ədəbiyyat, sənət və idman sahələri bir qədər spesifik sahələr olsalar da, ümumidəyər eynidir: Yazıçının da, bəstəkarın da, rəssamın da, memarın da, idmançının da, müəllimin də, həkimin də, inşaatçının da, kənd təsərrüfatı işçisinin də, sürücünün də, fəhlənin də, keşik çəkən əsgər və zabitin də, parta arxasında əyləşən məktəblinin də əməyi ictimai faydalı olmalıdır.Torpağa, xalqa, cəmiyyətə fayda gətirməlidir. Xalq da, dövlət də əsl qədirşünas olmalı, alimini, fəhləsini, müğənnisini, həkimini, əsgərini və zabitini vaxtında dəyərləndirməlidir. Həm də halallıqla, ədalətlə və şəffaf olmaqla. Bəxtiyar Vahabzadə haqlı olaraq demişdir:
Dağılar qaydalar, pozular nizam,
Verməsən hər kəsin öz qiymətini.
Gövhər də üzülüb çatlayar tamam,
Sərrafdan almasa düz qiymətini.
Fəqət, bu adlar həqiqi olmalıdır.
Əgər Xalq artisti adı fəxri adı verilmişsə, 6 üzlü zəri hansı formada havaya atsaq, ovcumuzda tutub açanda hansı üzü düşsə, orada “Xalq artisti” yazılmış olmalıdır.
“Xalq artisti”, “Xalq yazıçısı”, “Xalq şairi” adı o deməkdir ki, sən bu işin ən sərraflarından biri olmaqla bərabər, şəxsi nümunənlə də cəmiyyətə təqdir olunmağa layiqsən.
Ona görə də bu adlar öz sahələrində sənətin ən yüksək zirvəsinə yüksələn və eyni zamanda xalqın da rəğbətlə qarşıladığı yaradıcı adamlara verilməlidir. Kimə gəldi bu adların verilməsi yolverilməzdir.
Anatollu Qəniyevin, Qulu Əgərovun, Rövşən Behçətin, Mais Salmanovun, Akif İslamzadənin, Hüseynağa Hadıyevin heç biri bu və ya digər fəxri adı olmayıb. Amma i xalq onlara dərin rəğbət bəsləyir.

47 il sənətə xidmət edən Sabir Mirzəyev kimi bir muğam ifaçısına yalnız 64 yaşında – 2007-ci ildə Əməkdar artist adı verilmişdi: 4 il sonra isə bu mahir ifaçı dünyasını dəyişdi. Sabir müəllim əsl Xalq artisti idi.
Süleyman Abdullayevin 81 yaşı var idi. 1960-1964-cü illərdə ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmiş və 1964-cü ildən də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır. Bu bənzərsiz muğam ustası da yalnız 47 il sonra – 2011-ci ildə Əməkdar arist adına layiq görülüb. Nə üçün Xalq artisti adı verilmir? Elə Xalq artistləri var ki, Süleyman müəllimn sənətkarlığı onlarla müqayisədə zirvədir.
Yaqub Məmmədov gözəl muğam ifaçısı idi, ona Xalq artisti adını yalnız 60 yaşında vermişdilər.
Niyə, nə üçün belə olmalıdır?
Baloğlan müəllim iradlarında haqlıdır.
Bəli, sənətkarlıq məziyyətləri aldıqları fəxri ada uyğun olmayanlar bir deyil, iki deyil, 3 deyil…
Yeni Nazir insanların da rəyi ilə məlumatlı olmalıdır. Cəsarətli olmalıdıır, dişli olmalıdır.
Son dövrlər bir neçə başqa sənət adamı da bu mövzuda umu-küsüsünü dilə gətirmişdi.
Belə davam edərsə, Tolik də Əməkdar İncəsənət Xadimi adını ala bilər, Zaur Kamal da.Tolikin, Zaurun, Üzeyirin, Nuri Sərinlədicinin, Talıb Talenin auditoriyası böyükdürsə, hansı bir toy müğənnisinin salonu dolub boşalırsa, bunu peşəkarlıq kimi qəbul etmək heç də doğru deyil. Bugünkü auditoriyaların keyfiyyət tərkibi onsuz da düşündürücüdür.
Sosial mediada bir maraqlı şəkil paylaşılmışdı, yumorlu və düşündürücü: kitabxana qarşısında adam gözə dəymir, amma falçı xidmətinə böyük növbə var. Ölçünü itirmişik, halallığı itirmişik.
Ona görə də Şadlıq evlərinin aparıcı müğənniləri də fəxri ad almaq iştəhasına düşür. 2-3 dəfə rayonlara yolu düşəndə əsgərlər qarşısına çıxanlar da…
Süleyman Abdullayev Xalq artisti deyil, Səməd Səmədov Xalq artistidir və s .
Deyəcəklər ki, Xalq artistilərimizin əksəriyyəti el məclislərində iştirak ediblər və indi də edirlər. Onlar toya getməsəydilər də, Xalq artisti adına layiq idilər.
Ola bilsin ki, bəzi müğənnilərin ifa üslubu yaxşıdır, bu üslubun kifayət qədər də pərəstişkarları da var, deyək ki, müəyyən qədər də peşə fəaliyyətləri var. Amma Xalq artisti adına hələ layiq olmaya bilər.
Bunlara müəyyən fərqləndirici təltif və mükafatlar verilsin.Məsələn, “İlin ifaçısı”, ” Qızıl səs”, “Şövkət Ələkbərova adına mükafat” laureatı və s.
Və yaxud “Əməkdə fərqlənməyə görə” medalının 3 dərəcəsi. Bunları alan və digər şəxsi keyfiyyətləri də bu nailiyyətləri ilə üst-üstə düşən şəxslərə fəxri adları buyurun verin , halaldır, gecikdirməyin, ən yüksək fəxri adlara layiq görün. Yoxsa eləsi “Xalq artisti”, “Xalq yazıçısı”, “Xalq rəssamı” və sair ən yüksək adlara təqdim oluna bilər ki, gerçəkdə cəmiyyət bunları qınayır. Olsun da deyirlər ki, Həsən bəy Zərdabi də Fəxri Xiyaban da uyuyacaq, bunlar da?
Sosial müzakirələrdə tanınmış sənət adamları da bu narahatçılığı dilə gətirirlər.

Xalq artisti, aktyor-rejissor Əbdül Mahmudovun bu fikri ilə həmrəyəm ki, sənət adamlarına “Xalq artisti” adı 50-60 yaşdan aşağı kimsəyə verilməli deyil. Xalq artisti təklif edir : “Şoumenlərə “Əməkdar artist” adı vermək olmaz, onlar üçün “əməkdar şoumen” adı təsis olunmalıdır. Çünki onlar xanəndə deyil ki, fəxri ad alalar. Bir də görürsən ki, Xan Şuşinskinin, Rübabə Muradovanın, Həqiqət Rzayevanın da aldığı ada layiq görülənlər lüt soyunub çıxırlar efirə. Azərbaycan xalqına bu yaraşmaz. Fəxri ad vermək üçün seçkilər təyin olunsun və demokratik şəkildə düzgün adamlara, xalq tərəfindən seçilən insanlara ad verilsin”.
Son