Uşaq oyunları: Qax, gözəl, pendir?

Sərbəst səhifə

Əvvəlcədən yaşıl, qırmızı və ağrəngli üç əşya hazırlanır. Bunlar ovuc içinə yerləşə biləcək çiçək, yarpaq, yaxud müvafiq nəsə ola bilir. Yaşıl-gah , qırmızı-gözəl, ağ-pendir timsalında qəbul edilir.

Birinci dövrəni başlamaq üçün

Əkdim noxud,

Bitdi söyüd.

Yarpağıdır

Şa-ba-lıd,- sanaması oxunaraq başçı seçilir. O, üç əşyadan birini ovcunda gizlədərək iştirakçılardan bir-bir soruşur:

-Qah, gözəl, pendir?

Hərə öz fəhminə uyğun olaraq üç əşyadan birinin adını deyir.

Sorğu başa çatandan sonra başçı ovcunu açıb göstərir. Düzgün cavab verənlər kənara çəkilir; səhv cavab verənlər üçün təzə dövrə. Sona qalmış  bir nəfər düzgün cavab vermədi, o uduzur və gözlərini yumur. Qalanlar qaçıb gizlənirlər. Uduzan ayaq səslərini dinləyərək uşaqların yerini tapmasın deyə,  başçı onlar yerləşənədək təkrar-təkrar deyir:

– Qara qazan, yerini bə..rk tu…t!

Hamı gizlənəndən sonra başçı icazə verir, uduzan gözünü açır. Ondan adbaad uşaqıarın yerini soruşur. Əgər o, hamını tapdısa cəzadan azad olur, tapmadısa, həmin uşaqlar qalib sayılır və hər biri ayrılıqda aşağıdakı mükalimə yolu ilə başçıdan cəzanın növünü soruşur.

Qalib gələn:

– Əzzəli başdan.

Başçı:

– Qalib gələn:

– Başı neçədən?

Başçı cəzalanın yaşına, fərdi xüsusiyyətinə uyğun cəza təyin

edir. Məsələn, burnunun ucuna, başına çırtma vurmaq. Elə belə də

deyir:

– Başına beş çırtmadan.

Yaxud:

– Burnuna bir çırtmadan, əlini sıxmaqdan və s.

Uşağın yaşı və fiziki imkanları nəzərə alınaraq “cəza” humanist yönlü də ola bilər. Məsələn:

– Başını sığallamaqdan.

Beləliklə, oyun istənilən dövrədə davam edə bilir.