Gülnazlar  Sərvərlərdən yan keçib Məşədi  İbadlara arvad olsaydılar, xoşbəxt olacaqdılarmı və yaxud  bu mövzuda gedən mübahisələrə ziyalı münasibəti (II yazı)

Mövqe

  Belə nümunələr çoxdur. “Bir gəncin manifesti” romanındakı  Sona  xanımla necə  qürurlu olmaya bilərik ki, cehizlik xalçasısını  əcnəbi missionerə  satmaqdan  imtina etmiş, sonra büküb qoltuğuna vurmuş və  “İtə ataram, yada satmaram”-, deyərək   evinə dönmüşdü.

 Fərizə qızımızı kim  xatırlamır: 20 Yanvar şəhidimiz    İlham Allahverdiyevin   könül sirdaşı.  Məlum hadisələr zamanı İlham  gülləbarana  htuşgəlmiş və həyatını  itirmişdi.Fərizə həyatı İlhamsız yaşamaq istəməyərək intihar yolunu seçdi.  Nə qədər təəssüf etsək də,  atdığı addımla yaddaşlarda bir vəfa, sədaqət  xatirəsi buraxdı.

 Birinci Qarabağ  müharibəsi dövründə  erməni əlinə keçməmək üçün özünü qayalardan atan  nə qədər qızlarımz  olmuşdu. Bütün  bunları düşmənlərimiz də   bilirdi, amma  üzümüzə deməyə kişilikləri çatmasa da, içlərində  bu xalqın əxlaqi-mənəvi dəyərlərinə, Qadınına, qızına  heyrət ediblər, indi də edirlər.  Bunlar elə dəyərlərdir ki, onlara sahib olan  xalqı yenmək olmaz. Yadınızdadırmı,  “Salur Qazanın evinin yağmalanması”  boyunda düşmənlər   Qazan xanın yurd-yuvasını, mal-qarasını, arvad-uşağını, anasını əsir edib  aparmışdı. Qazan onları xilas etməyə gedəndə deyir ki,  nə qədər sərvətimi aparmısınız, sizin olsun, amma anamı qaytarın, vuruşmadan, qan tökmədən, geri dönək.

Mənə belə gəlir ki,  bu xalqa qənim kəsilənlər  getdikcə  dərk ediblər ki,  bu xalqı məlub etmək üçün  birinci onun   mənəviyyatı yox etmək lazımdır.  Buna görə də 100 cürə vasitələrlə  dəyərlərimizi heçə endirməyə planlar quruldu. Missionerlər pulu su kimi səpələdilər. Şirnikləşdirib  yolundan azdırdılar oğlanlarımızı  da, qızlarlarımızı  da.  Buna niyə  acığımız tutmalıdır ki. 2 il öncə  özlərini feminist adlandıran  qadınların  yürüşü zamanı  başları üzərinə qaldırdıqları “məmələrə azadlıq, seçkiyə ədalət” , “vagina mənimdi özüm bilərəm” şüarlar    bizim qadınlıq dəyərlərinə utanc deyildimi?

 Feminizm bu demək deyil axı. Bizdə qadın-kişi ayrı-seçkiliyindən söhbət  gedə bilməz axı. Qadınlar dövlətin bütün  ali idarəetmə orqanlarında təmsil olunurlar. Sadəcə, bu ad altında  qarşıdurma yaratmaq istəyirlər.  5-10 bayatı bilmir, Allahın bir bozbaşına  nə qədər duz tökmək bilmir,  biabırçı şəkildə  eybəcər “azadlıq” şüarları ilə küçələrə  çıxarılır

 Bir vaxt  qadınlarımız   savadlansın deyib çalışdıq.  Qadlnlar nə yaxşı savadlandılar,  hansısa bir müəssisədə çalışıb  müasirləşdilər. Amma  bəziləri informasiya bolluğunda təsirlərə düşdülər, elə bildilər ki, seriallardakı gözəlçələr  hər ilini bir dəniz sahilində keçirib ordan  siluetlərini yaymaq  bəxtəvərliyinə malikdirlər. Biz niyə  belə  bəxtəvər ola bilməyək?

Belə bəxtəvər olmaq yaxşıdır, yoxsa  adı,  şərəfi üstündə  bir ailəyə gəlin  köçüb  QADIN olmaq.   Dünyaya   körpə gətirib “ANA”  çağrılmaq.

 Ata-babalardan, ağbirçək nənələrdən  bizə  miras qalmış  əxlaqi  dəyərlərimiz üçün  narahatçılıq keçirən hər kəs təbii ki,  belə düşünür. Bu xalqın adından danışmaq haqqı olan  qələm adamları da,  sənətkarlar da,   dünyagörmüş qocalar, ağbirçək  nənələr qadınlarımız , kişilərimiz  haqqında  giley-güzar edəndə, irad tutanda   kimsə qəzəblənməməlidir . Söz demək haqql olan insanlar onları deyil, onlara  cürbəcürə yollarla sirayət etdirilmiş  utancları  hədəfə gətirir, bu yolla  onlardakı nöqsan və qəbahətləri islah etmək istəyirlər.

 Televiziyada 40-50 il bundan əvvəlki  orta və məktəblərmizlə  bağlı   süjetlrə baxın.Geyim fərqini  görəcəksiniz. Nənələrimizdən birinin  geyimindən indinin  3 -4  qızına libas  biçmək olardı.  Hərdən  sosial şəbəkələrdə aqressiv şəkildə belə yazanlara irad tuturlar ki,  hər kəsin  şəxsi  işidir, necə geyinir,  hara gedir, niyə gedir…  Deməli,   Avropa istədiyinə nail olub, mənəviyyatımıza virus sirayət etdirə bilib. İndi nə qızlarımız  nənələrimizə oxşayır, nə oğlanlarımız  babalarımıza, bunlar da  hamıya aid deyil.  Təəssüf ki, belə hallar kütləviləşməyə doğru gedir. Siz görmürsünüz  bizim şou televizyaları, şou mətbuatı    Qərbin   hər  cür eybəcər ənənələrini necə bəh-bəhlə tirajlayırlar: 10 dəqiqəyə  bu  zərərli paylaşımları Azərbaycanın ən ucqar nahiyyəsinə belə,  çatdırırlar.  Siz görmürsünüz   bu ideoloji tribnalarda  Qadın obrazını nə hala salırlar?

Baxın, Azərbaycan  qadını   bu gün nə deyir, necə deyir:

 Amma  biz yenə bunlara yad gözü ilə baxmırıq. Hər biri bu xalqın övldıdır. Onların arasında  müəyyən sahələr üzrə  sayılıb seçilən gənclərimiz də  var.  Cəmiyyət onlara  boy  verir və ümid edir ki,  onlaq mütləq püxtəıəəcəklər.

İnternetdə nə qədər desəniz, bucür  acı, təəssüf doğuran   yazılar,  görüntülər var.  Bura Hollandiya deyil.

 Hollandiyada qədimlərdən  ərləri olmayan və yaxud ərləri evdə olmayan  qadınlar  pəncərələrinə balaca qırmızı işıq saçan lampa quyurmuşlar ki, bu da şərti işarə imiş.

Dünyanın “sex industry” kimi fəaliyyət göstərən  əksər   şəhərində bu  rabitə işarəsi indi  də  var.

  Bizim ölkəmizdə son onilliklərə qədər heç vaxt  sevgi münasibətləri, ailə dəyərləri belə olmayıb axı. Baba müəllimlə eyni yaşdayıq.  Biz o vaxtlar çox nadir hallarda  bir qadının 2-ci  kişiyə getdiyini eşidərdik. O da sahibsiz olardı, o qədər  fağır olardı ki, bir qədər də savadsız,  başını  soxmağa bir yer axtarardı. Amma indi   nə qədər desəniz   bunun  əksi olan nümunələr var. Qadın  bir bəhanə axtarır ki,    xırda-para  qarşıdurma olsun, o da bunu əlində dəstəvuz edib   ayrılsın, sərhədsiz  sərbəstlik əldə etsin.

  O dövrdə ərin nə ixtiyarı vardı ki,  namus  səbəbi olmasa, arvadını boşasın.  Bu ailənin  ağsaqqalları, ağbirçəkləri vardı, onlar dünyasında qoymazdlar ki, övladlarının ailəsi dağılsın.   Cəmiyyətin  də böyük qınağı olardı. İndi hamı “ac başım ağrımaz  başım” deyib,   el qınağından  nəinki 50-60 metr  uzaq durur, hətta deyir ki, heç nə  görməmişəm, heç nə eşitməmişəm.

 Evliliklər var ki, sadəcə,   tərəflərdən biri kimisə hədəfləyib  nikaha girir, 1 ildən sonra da elə usdufca  boşayır ki,  nə  boşayanının ,  nə də boşanılanın  bir tükü  belə  tərpənmir.  İndiki  bəzi gənclər  evliliyi   balaca uşaqlarının   dəqiqəbaşı düzəldib pozduqları evcik maketləri sanır. 

Dövlət Statistika Komitəsinin  mətbuata   verdiyi məlumata əsasən,  2023-cü ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən   49549 nikah və 19761 boşanma halı qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artmışdı. Az qala  evlənənıərin sayı ilə   boşananların sayı   bərabərləşmək üzrədir. Bu rəqəmlırdə  hələ tam deyil: qeydiyyata düşməyənlər  var,     camaatın qızını toy edib  gətirib  ata evinə qoyub xaeicə səpələnənlər var ki. Bunlar da cəmiyyət üçün  problemli ailələrdir. Əsas   narahatedici  hal da budur ki, boşanmalar   getdikcə cavanlaşır.   Digər  narahatedici  məqam isə yeniyetmə və gənclər arasında nikahdakənar   münasibətlərə marağın artmasıdır.   Bu isə arzuolunmayan hamiləlikdir, son nətcədə artan abort hallarıdır.

2023-Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1000 nəfərdən çox olub. Onlardan 15-17 yaşarası 135 nəfər, 18-19 yaşarası isə 1000 nəfərdir.

Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar – 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü doğuş 0.4 faiz nəticəsində baş verir.

Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaşarası 135 nəfərin abort olunmasıdır….

 …məktəbli qızlar arasında abort hallarının mövcudluğu isə erkən nikahlara yol açır.

Erkən nikah isə erkən ölüm riskidir (Mənbə: https://axar.az/news/toplum/776769.html ) .

Aşağıda  bu problemlərin  Azərbaycanda 15 il  ərzində     dinamikasını göstərən  statistik məlumatlar verilmişdir:

 Bunlar hamısı  hər birimizi  narahat edir. Kim nə deyirsə,  kim nə yazırsa, dediklərində və yaxud yazdıqlarında   günahkar axtarmır.  Yaxud da  heç kim  daha çox qadınları güdaza vermək istəmir.  Birdəfəlik yadda saxlanılmalıdır ki,   qadın, ailə, namus   məzmunlu hər bir hadisənin arxasında bir qadın, bir kişi durur. Yenə Baba müəllimin   ideya  qardaşı, həmyerlisi Musa Yaqub demişkən “Bir günah onundur, bir günah bunun”.

     Arzuolunmayan hamiləliklər, eləcə də  erkən nikahlar haqqında yazdıqlarımızın  Baba  mülimin fikirlərinə birbaşa aidiyyəti  yoxdursa da, mənim fkrimcə,  olmamış da deyil. Çünki   namusunu  yeniyetmə  ikən, gənc ikən qoruya bilməyənlər,  ya hansı səbəbdənsə, çamurluğa sürüklənmiş  gənc qızlarımızın Məşədi İbadlara  meyil etmələrindən başqa  çıxış yolları olmur.  Gizli və ya gizliyə oxşar üsullarla  (yəni dni kəbinlə)  belə anomaliyalar var. Bunlara son qoymaq üçün  maarifçilik  fəaıiyyətləri  gücləndirilməlidir,  amma  ideoloji  təbliğat   daim və sistemli aparılmalıdır, pərakəndə halda yox.  Mətbuatda  bir məzmunlu yazı gedir, əxlaqi dəyərlər aşılanır.  Bir də görürsən ondan bir probel aşağıda  həmin yazının mahiyyətini yox edən   şəkil və yaxud süjet paylaşılır. Ya da  həmin  maarifləndirci  yazının   içinə reklam materialı  soxurlar.   Olmaz belə. İdeoloji fəaliyyət  elə hüdudlanmalıdır ki, rabitə pozulmasın, davam etdikcə daha   da mükəmməlləşsin.

Təhsildən, maarifləndirməkdən söz düşmüşkən, son onilliklərdə məktəb və təhsil müəssisələrimizin  fiziki siması dəyişib, bu qədər  məktəb və bağçalar tikilib,   həmin müəssisələr  avadanlıq və texnologiyalarla  təmin edilib. Amma  məktəblərimizin mənəvi siması  bu dinamika ilə ayaqlaşa bilmir. Bu gün məktəblərimiz  sovet hökümətindən miras qalmış ənənələri heç olmazsa, dondurub saxlaya bilməyib. Əksinə, gündən –günə pisləşir.   “Xəzər “ rayonunda   bir şagird qız  digər şagird  qızı təhqir edir. Məktəbin direktoru deyir ki,  təhqir olunmuş qız  9-cu sinifdən məktəbdən çıxıb.

Hadisə də məktəbdənkənar baş verib. Bu cür etik baxışlarla hansı  təlim-tərbiyədən danışmaq olar. Hər hansı  bir  şagird məktəbi bitirəndən  sonra da onun bütün  sonrakı həyatı, cəmiyyətdəki  mövqeyi ilk öncə ailədən, məktəbdən  əxz etdiyi tərbiyənin ifadəsidir. Şagird ilk olaraq  bağçada, məktəbdə sosiallaşır.   Bu şəkildə gizlədilən, üstü malalanan,   hansı  vasitələrləsə barışıq yaradılıb arxivə ötürülən  hər  təhlükəli  əməl orada  getdikcə  eybəcərləşir,  viruslaşır və geç –tez  daha  başqa  ağır formada üzə çıxır.

İndi informasiya əsridir.   Yetişməkdə olan  nəsil   daha çox mətbuat,   televiziya  vasitəsilə mənfi meyillərə sürəklənir. Təkcə Baba müəllimin deyil,   digər bütün ziyalı və ağsaqqalların qınağına tuş gələn   mənfi təzahürlər məhz  belə formalaşıb qarşımıza çıxır.  Ona görə də ideoloji qayğılarımıza mütləq    diqqət verməliyik, özü də ayaq üstə.  Maraq üçün   mətbu səhifələrdə daha çox  yazıları tirajlanan müəlliflərə, onların yazılarının sərlövhəlrinə fikir verin.Adamın əti tökülür. Eləcə  də   bunlar kimi də ekranlara dəvət edilən ekspert,  qələm sahibi, mədəniyyət adamları var.  Ziyalı gərək danışdığı  və yaxud  yazdığı  sözün məsuliyyətini dərk etsin.

 Bir vaxtlar insanlarımız  ziyalı sözünə  çox ehtiyac hiss  edərdilər. Bu ziyalı  alim, yazıçı, bəstəkar,  bir şöhrətli vəzifənin sahibi olardısa, insanların heyranlığı, təslimiyyəti  də qat-qar  dərindən olardı. İndi isə əksinədir. İnsanlar indi  ziyalı, savadlı adamların sözündən daha çox  ağsaqqal, ağbirçək, həyat təcrübəsi zəngin olan  adamların sözlərinə tapınırlar.  Çünki başları artıq daşdan-daşa dəyib.  Dahi Nizami necə demişdir:

 Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu danışan möhtəşəm olar.

Son