Fransız yazıçısı Şarl Perro nə yazıb, izmirli Markiz onu necə bəyan edib, Qrimm qardaşları necə tərcümə edib, bilmirəm, bir onu bilirəm ki, ağbirçək nənə övladına həyat dərsliyi verib: tanımadığın adamla nə kommunikasiya?”

İbrət

“Qırmızıpapaq”  hekayəsinin   orijinal mətn Yunanıstanda o dövrlərin əyləncəsi olan meyxanalarda səhnədə fetiş hekayələri danışması ilə məşhur olan izmirli Markiz adlı şəxs danışıb.

 Bu hekayənin müxtəlif versiyaları  meydana çıxmışdır.   Məzmunda nə qədər müxtəliflik olsa da, hamısında da, əsasən gənc  bir qızın sadəlövhlüyü ucbatından hiyləgər, kifir və  murdar adamlar tərəfindən cinsi zorakılığa məruz  qalmasından  bəhs edilir.

Nağılın ilk nəşr olunan mətni isə 1697-ci ildə fransız yazıçısı Şarl Perro tərəfindən yazılmışdır.

Hekayənin hazırkı versiyası 19-cu əsrə aiddir. O, həmçinin Qrimm qardaşları tərəfindən yazılmışdır. Yeganə fərq hekayənin sonudur. Ovçu canavarın qarnını yarıb qızını və nənəsini xilas etdikdən sonra hadisə sevinclə bitir. Əhvalatın qısa məzmunu belədir:

“ Lap keçmişdə ucqa bir kənddə hamının sevdiyi  bir  qız vardı. Başına  qırmızı papaq  qoyduğu üçün hamı ona  “Qırmızıpapaq” deyirdi.   Bu papağı da ona nənəsi hədiyyə etmişdi.  Nənəsi onu çox sevirmiş, o da nənəsini.  Amma nənəsi meşədə tənha bir  komada yaşayırdı.

Bir gün Qırmızıpapağın nənəsi bərk xəstələnir.  Ögey  anası qıza deyir ki, bu şüşə şərab və tortu nənənə apar, onun xəstəliyinə şəfa verəcək. Anası yola düşməyə hazırlaşan Qırmızıpapağa  bir beçə də tapşırmalarını edir:  “Çox yavaş getmə, əks halda, şərab və tort qızacaq,  yeyilməyəcək, içilməyəcək hala düşəcək. Sürətlə getmə, yoxsa əlindən salıb  sındırarsan.  Həmçinin nənənin otağına girən kimi ilk olaraq sabahın xeyir deməyi unutma”.

Ögey ananın  məsləhətini dinləyəndən  sonra Qırmızıpapaq yola düşdü.  Buradan nənənin komasına yarım saata çatmaq olurdu.   Balaca Qırmızı papaq  amasının  verdiklərini səbətə  qoyub yola düşür. Meşədə  bir canavarla qarşılaşdı. Daha əvvəl canavar görməmiş qız bunun təhlükəli heyvan olduğunu bilmədiyi üçün heç   qorxmur, gizlınmir. Canavar Qırmızıpapağa “Sabahınız xeyir!” deyəndə,  qız da mehribancasına “Sağ olun!” dedi. Canavar ondan soruşur ki, səhərin bu vaxtı hara gedirsən? Qırmızıpaq  xəstə nənəsinə yemək-içmək apardığını dedi. Canavar qızın nənəsinə harada yaşadığını soruşanda,  qız tam dəqiq ünvanı dedi: “Bu istiqamətdə 15 dəqiqə gedəndə 3 palıd ağacı, o ağacların yanından keçəndə isə nənəmin evini görəcəksiniz. İtburnu kollarının düz yanındadır”.

Canavar fikirləşdi ki, mən onun nənəsini yeyə bilərəm, amma əsl qız cavan və təzə olduğu üçün dadı daha yaxşı olacaq, hər ikisini yemək üçün bir yol tapmalıyam. Odur ki, hiyləyə əl atır, üzünü qıza tutub dedi: “Sən bu meşədə gözəl çiçəklərə   nəğmə oxuyan quşlara fikir ver, məktəbə getməyə  çox da  tələsmə, bir müddət meşənin  zövqünü duy, ləzzətini çək.”

Qırmızı papaq ətrafa baxıb günəşin meşədəki əksini, çiçəkləri, quşları, bitkiləri görəndə sanki həyatında ilk dəfə kəşf etmiş kimi təbiətə aşiq oldu. “Bir az burda qalıb nənəm üçün gül yığsam, yəqin ki, elə də vaxt  aparmaz. Nənəmin evindən də  çox da uzaqda deyiləm.”  Qırmızıpapaq  başlayır əyilib çiçəkləri iyləməyə, xoşuna gələnləri nənəsi üçün dərməyə.   Canavar  isə  bu  dəqiqələrdə artıq  nənənin yaşadığı komaya çatıb qapını döyməyə başlayır.  Nənə qapını döyənin kim olduğunu soruşduqda  canavar səsini  Qırmızıpapağın səsinə  oxşadaraq deyir:“Sənə anamın  göndərdiyi şərab və tortu gətirmişəm.” Nənə də gələnin nəvəsi olduğuna  inanaraq deyir ki, gördüyün ipi aşağı çək, qapı açılacaq. Canavar  o saat qapını  açıb,  bir  həmlə ilə  Qırmızıpapağın nənəsini yeyir, sonra onun  paltarını geyinib çarpayıya uzanır.

Qırmızı papaq da  birdən  meşəyə niyə gəldiyini ydına salıb komaya tərəf qaçmağa başlayır.  Qız nənənin evinə çatanda qapının açıq olduğunu görüb, “sabahınız xeyir” deyərək bir az tərəddüdlə də olsa içəri girir.

İçəridə heç gözləmədiyi şəkildə nənəsini yatan çarpayıya tərəf  dönüb: “Nənə, gözlərin nə qədər böyükdür?” dedi. Nənə dedi ki, səni daha yaxşı görmək üçün. Qız “Qulaqların nə qədər böyükdür?”-, deyə soruşduqda, “Səni daha yaxşı eşitmək üçün”,- dedi. “Əllərin nə qədər böyükdür?”,- deyəndə, “Səni daha yaxşı qavramaq üçün” dedi. Lap sonda  “ağzın niyə çox böyükdür”,- deyəndə, “səni daha yaxşı udmaq üçün” dedi və bir atılmaqla  onu da uddu.

Canavar nənənin yatağında rahatca və qarnıtox vəziyyətdə yuxuya getdi. Amma   bərkdən xoruldayırdı. Bu zaman ovdan qayıdan ovçular nənənin qapısının açıldığını, yeri-göyü lərzəyə gətirən xoruldama səsini eşidib “Qoca nənənin belə bərk xoruldaması normal deyil”,- deyib evə daxil olublar. Ovçulardan biri içəridə canavarı görüb deyir: “Çoxdandır səni axtarırdım, nəhayət , əlimə düşdün”. Canavarı öldürmək istəyərkən heyvanın qarnının şişdiyini görüb, fikrini dəyişir. O, əvvəlcə yatmlş canavarın qarnını yarmağa    başlayır. Canavarın qarnından əvvəlcə Qırmızı papaq, sonra isə nənəsi çıxır. Canavar isə ölmək bilmirdi. Qırmızı papaq tez çölə çıxıb çoxlu daş yığdı və canavarın qarnını bu daşlarla doldurdu. Qurd yuxudan oyandı və mədəsi daşla dolu olduğu üçün nəfəs ala bilməyib  ölür .

Canavarın qarnından diri çıxan nənə Qırmızıpapaqlının gətirdiyi şərabı içib, tortu yeyib tam sağalır.  Nənə-nəvə bir-birlərini çoxlu-çoxlu öpürlər.

Balaca Qırmızı papaq nənəsinə söz verir ki, bir daha meşədə tanımadığı adamla danışmayacaq və meşədə boş-boş gəzməyəcək.

 Ovçu isə canavarın dərisini soydu və satmaq üçün özü ilə apardı.

Qeyd: Yazı tərcümə ilə təqdim olunur.