Azərbaycan Əsgəri, Novruz bayramın mübarək

Təbriklər

2020-ci ldən üzü bu yana  bir ayrı baharı qarşılayır bu torpaq.  Səmənidən, Xarıbülbüldən utanmırıq  daha. Murdar ayaqların daha tapdalamadığı torpağı xəcalətdən sən xilas etdin,  Azərbaycan Əsgəri.  Bir vaxt Qarabağ atlarının   şahə qalxdığı  Cıdır düzündə Paşinyan yallı gedəndə ürəyimizdən  qara qanlar axırdı.

Nəhayət, 30 illik həsrətdən sonra  sən səssiz-küysüz Şuşaya daxil oldun , heç bir ağır texnika işlətmədən küçə döyüşlərində , üz-üzə, təkbətək  döyüşdə   düşməninin  qəniminə çevrildin.  Qaçıb canını qurtaranları çətin ki olsun, qalanaların canına  isə  aman vermədin.   Murdar ayaqları ilə  bu müqəddəs torpağa     öz ayaqları ilə soxulmuş işğalçının cəmdəyi  geriyə  ya xərəkdə, ya  da  meyit üçün nəzərdə tutulmuş xüsusi kisələrdə daşındı.   Elə belə də olmalıdır. Bu torpaq dünyanın ən qonaqpərvər bir guşəsidir.  Hamının dərdinə şərik olarıq… Süfrələri ruzisiz olanda çörəyimizi vermişik, su içməyə camlarına qədər vermişik.  Amma bu xalq   hünərdə olduğu qədər  ləyaqətdə də   öndədir . Xəyanəti bağışlamaz. Namusuna, şərəfinə  qıyqaçı baxanların gözünü ovar  Azərbaycan əsgəri…

Ekranlardan seyr etdik  zəfər yolunuzu.   Bizimlə bərabər dünya izlədi sənin xilaskarlıq  yürüşünü,  Zəfər salnaməni.  Müzəffər sərkərdənizlə dünya  ölkələrinə Siz  zəfər elminin,  zəfər strategiyasının İlham Əliyev  nümunəsini sübut etduniz.

  Düşmən son nəfərinə qədər it qovulan  qovuldu.     Ali Baş Komadan  cənab İlham Əliyev  Öz müzəffər ordusu ilə  Qarabağı   işğaldan    xilas etdi. İki əsrdən  çox  torpağımıza , qanımıza hərisləmiş erməni mifinə son qoyuldu. Dünya özü  heyrət etdi Cənab Ali Baş Komandanımızın qalib gəlmək strategiyasına.  Və həmin gün  cənab İlham Əliyev Vətənə raport  verdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Qarabağ  Azərbaycandır!

    Elə  Xilasın səhəri günündən  azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə başlanıldı. Bir-birinin ardınca nəhəng obyektlərin, yaşayış massivlərinin  təməlqoyma   mərasimləri keçirildi.   Və bu  mərasimlər  indi də davam etməkdədir.  Dədə Qorqud da necə demişdilər:  Torpağı əkmirsənsə,  qorumağa dəyməz,  qorumursansa, əkməyə dəyməz. Biz torpaqlarımızı həm  xilas edib quruculuq işlərinə başlamışıq,    bu quruculuq, bağ-baəat, tarla işlərilə bərabər,  həm də  torpaqlarımızın etibarlı müdafiəsi   təmin olunur.  Sənin müzəffər sərkərdən  yerli televiziya kanallarına müsahibəsində dilə gətirdiyi   bu fikirlə Ermənistana və onu qızışdırablara  mesaj verdi

: “Əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.

  Ona  görə də  Zəfər tariximizdən sonrakı hər Novruz, hər digər  şənlik böyük  sevinclə, coşğunluqla qeyd olunur. Kimsə səksəkədə deyil, kimsə Ermənistandakı kimi  yaşayış yerini dəyişdirmək üçün  yollar axtarmır. Bizm torpaqlar  Azərbaycanındır, burada bizim ulular yaşayıb və  yaşayacaq. Sizin sipər olduğunuz  Vətrəni bird aha kimsə yağmalaya bilməz. Yadınızdadırsa, televiziyadan, internetdən izləmisinizsə,  30 il  əvvəl işğal faciəmizin ilk hadisələrindən biri idi:  saqqallı  köpəklər Laçına çox yaxın məsafədən  səsgüçləndircilərlə hırıldaya-hırııdaya yerli əhaliyə    hədə-qorxu gəlirdilər. 

Azərbaycan Əsgəri! Bu işğal illərində  erməni vəhşilər  bu xalqın dinc əhalisinə   hansı  rəzalətlər edib, hansı alçaqlıqlara əl atıb,  bunların   heç də hamısını bilmirik. Bunların çoxu   həyatlarına son verilənlərlə  torpağa gedib. Çoxunu bacımız, qardaşımız  xəcalətdən dilə gətirə   bilmir və bilməyəcək də. Sən bunlardan keçə bilmədin, keçmədin də: qardaşlarının, qız və gəlinlərimizin  qisasını aldın  yağılardan.

Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng tikintilər həyata keçirilir. Həmvətənlərimiz öz doğma yurdlarına dönürlər. Siz ki varsınız, bir də o müsibətlər təkrar oluna bilməz.

Onları öz ocaqlarına  sən qaytardın. Sənin Müzəffər Sərkərdən qaytardı. Yoxdu da elə bir cihaz təcavüzdən azad olmuş torpaqlarımızın,o yerlərin havasının nəşəsini ölçmək,  çəkiyə almaq mümkün olsun.  Bu yerdə torpaq da sevinir, hava da… Xarı bülbül də, Cıdır  Düzü də, İsa  bulağı da, İsti su da,  Bəsitçay da, çinar meşəsi də…Yuvalarından perik düşmüş quşlar da,  o illərinuşaqlarının qoyub tərk etdikləri oyun yerləri də….

Bütün bunlar üçün Sizə minnətdarıq, Azərbaycan Əsgəri, cənab Ali Baş Komandan!  Bu gün o torpaqlarda  hər evdə göyərdilmiş səmənilər  kəlbəcərli qardaş-bacılarımızın,  Laçından, Ağdamdan, Füzulidən, Qubadldan, Şuşadan, Zəngilandan  oln qardaş-bacılarımızın  ümidlərinin, arzularının səmənisidir, ümid səməniləridir bu  Novruz səməniləri.     Bu torpaq tezliklə  öz ahənginə qayıdacaq,  inşallah…Bu torpaqlarda  toy çadırları qurulacaq, dünyaya körpə gələcək…

Bu ümidi, əminliyi torpağımıza bəxş etmək idealları uğrunda  Birinci  Qarabağ müharibəsindən Zəfər  tariximizə qədər   neçə-neçə oğlun-qızın şəhid oldu. Onların heç birini unutmuruq, unutmayacağıq da.  Onların şöhrət dastanları hələ bundan sonra yazılacaq.  Allah hər birinə rəhmət etsin.Ruhları qarşıısnda  baş əyirik…   Siz onların ideal qardaşlarısınız. Qardaşlarınızın  ideallarını şərəflə həyata keçirmisiniz.   Siz  Vətənin alınmaz, keçilməz qalalarısınız…Bu gün bütün  evlərimizdə böyük bayram coşqusu yaşanır. Bu anlarda Laçının, Kəlbəcərin  qarlı, şaxtalı aşırımlarında, gədiklərində keşikdəsiniz. Bizi qoruyursunuz, torpaqlarımızı qoruyursunuz… Amma hər biriniz burda hər bir evdəsiniz, hər birimizin dualarındasınız.Allah əmanətində.Birinizin başından bir tük belə, əskik olmasın. Soyuq, külək sizə təsietməsin. Sağ-salamathər biriniz doğmalarınıza qayıdasınız…

 

Sevimli şairimiz Məmməd Arazın sizə müraciətlə yazdığı şeir necə səmimidir:

Sən bu yurda söykəlisən, bu yurd sənə,

Keşiyində dursan belə neçə sənə,

Ayaq üstə yatsan belə neçə sənə:

Sən bu yurda söykəlisən, bu yurd sənə!

*****

Son atəş də, son zərbə də səninkidir,

Oğul əsgər, əsgər oğul – mərd igiddir,

Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.

*****

Mən bilmirəm, hardan boy al, hara dırman,

Mən bilmirəm, göyə ucal, yerə quylan,

Babaların məzarını qoru, qardaş!

Ataların vüqarını qoru, qardaş!

*****

Körpələrin yuxusunu qoru, qardaş!

“Vətən ölməz” duyğusunu qoru, qardaş!

“Hünər ölməz” nidasını qoru, qardaş!

Od yurdunun odasını qoru, qardaş!

*****

Gurşad olub göydən ələn – mən bilmirəm,

Qara bələn, buza bələn – mən bilmirəm,

Harda şirləş, harda filləş – mən bilmirəm,

Mən bilirəm: geriyə yol yoxdur, atam!

*****

Öncül Oğul dönüb geri baxmır, atam!

Geridə biz qəbir yeri saxlamışıq,

Bəsdir daba sızlamışıq, ağlamışıq!

Geridə biz qəbir yeri saxlamışıq!

*****

Özümüzə dar ağacı qurmaq üçün

Özümüz öz boyumuzu vurmaq üçün:

Qətl yeri saxlamışıq, qətl yeri!

Qəbir yeri saxlamışıq, qəbir yeri.

*****

Bu torpağın hər qayası deyir bunu

Bu torpağınının yarası deyir bunu.

Bu torpağın son nəfəri olsan belə,

Son dirisi, son əsgəri olsan belə,

*****

Geri dönmə, son qələbə xəttinəcən,

Son qələbə həddinəcən, səddinəcən.

Dönmə geri üfüqəcən…

Nə zaman ki, bu yer, bu yurd

Yağıları süpürəcək, üfürəcək,

Hər əsgərin, hər nəfərin

Nəfəsi od püskürəcək.

Onda dönüb görəcəksən:

Nakamların qəbri: Məşəl!

Qaliblərin qəlbi:

Məşəl! Məşəl! Məşəl!

Şah dağından qəlbi məşəl!..

Novruz bayramınız mübarək!