Mövqe

Sanki müasir insanın əsas məqsədi – əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət, özünü məhv etməkdir.
J.B.Lamark










Bu və aşağıdakı çiçəklər haqqında söhbət gedən ərazilərdən dərilib və lentə alınıb. Yazı əvvəlcə həmin çiçəklərin nitqləndrilməsi ilə başlayır və sonra bizim münasibətimiz əks ounur
Nəbatat bağında bitməmişik biz. Hansı təbiətsevərin bağçasında qulluq göstərilmiş bəxtəvərlərdən də deyilik .
Xeyirxah niyyətlərlə insan ayağı dəyməmiş, insan sığalı görməmiş dalda-bucaqlarda, divar, daş dibində, keçid pillələrində yaşamaq qisməti tapmış gül-çiçəklərdənik.
İndi vətənimizin çiçək açan vaxtıdr. İşğaldan azad olmuş torpaqlarımız necə bəxtəvərdirlər indi. Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlınn, Şuşanın, Ağdamın, füzulinin uzun illər əsarətdə yaşamış “dərdli, məlallı” dağlarında, qaya və yamaclarında, çöl və çöl-meşə zaonalarında baş qaldıran bağ səhləbi, bəlğəmotu, bənövşə, boymadərən, böyürtkən,cincilim, çobanyastığı, dağlaləsi, dağnanəsi, dəvədabanı, əvəlik, gicitkən, gülxətmi, xanımotu, xədicəgülü, itburnu, kəklikotu, qaragilə, qarağat, qarasarmaşıq, qaratikan, qaraçöhrə, qırxbuğum (yolotu) ,mərcanotu (nəmgül), nərgizgülü, novruzçiçəyi, pərpərən, pion (buynuzbaş), pişikotu, pişiknanəsi, pıtraq, püstə,üskükotu, üçbarmaq, üzərlik, zəncirotu, zirinc, zirə kimi yüzlərlə Vətən bitkisi “parıltılı şehlə dolu” ləçəklərini öz qövmü üçün açır, daha hər gür murder sifətlərəhatəsində olmayacaq, murder barmaqlar toxunmayacaq onlara.
Qəlb şairimiz Məmməd Araz nəşvü-nüma tapdığımız ana torpağımızı vəsf edərkən çox məhrəm bir metafora işlətmiş, Azərbaycanı qayalarda bitən bir çiçək” kimi ülviləşdirmişdir.

Əslində, bu bədii təsvirlə Vətəni obrazlaşdırmış, qədirşünaslıq duyğularımıza qapı açmışdır. Kol dibindən baş qaldırmış Bənövşə də, Lalə də, Nərgiz də bizə Vətən andırır. Xəfər sevinclərimizin Zəfər bayrağşna çevrildi Xarıbülbülümüz. Adicə bir çiçəyi, kolu sevməyən torpğı da sevməz. Dədəmiz Qorqudun and-amanını da heç vaxt unutmayaq gərək:
“Torpağı əkmirsənsə, qorumağa, qorumursansa əkməyə dəyməz”.
Amma deyəsən, unuduruq axı biz bu and-amanı. Bakıda nə qədər yaşılllıq zolaları, yeni parkıar salınsa da, cürbəcürə ağaclar əkilsə də, bu Vətın obrazlarına münasibət devindirici deyil. Bəzi hallarda isə lap məyusluq doğurur. Biz də bir az əvvəldə adları çəkilmiş gülçiçəklər fəsiləsinin “oğul-uşaqları, nəvvadələriyik”.

O qədər aqrotexniki qayğılar var ki. Amma biz bunların hamısından məhrum yaşadıq. Əksinə, zülm gördük, qəsd gördük. Heç vaxt bənii-adəmlr tərəfindən suvarılmamışıq, gübrə görməmişik. Əldən-ayaqdan bir qədər uzaq yerlərdə düzənlikdə, kol-kosun içində yaşamaq düşüb bəxtimizə. Böyür-başımızdan keçənlərin 90 faizi biz duya, hiss edə bilmir, heç görmür də. Amma ayaqlayıb keçir,qolumuzu-qıçımızı qırırlar.
Məşhur bir xalq mahnısında deyildiyi kimi:
Ağlama, ceyran balası,
Sızlama, ceyrlan balası,
Gedır gözün qarası.
Soyunum, bax, canıma,
Hamsı sevda yarası.
Bizim vücudumuzda zədə yeri olmayanımız yoxdur. Bütün bunlara baxmayaraq, biz əzəli və əbədi məramlarımız yerinə yetirməkdəyk. Tanımadıq-tanımadıq, heç kimə fərq qoymadan bütün ruhumuzla hamıya təslimik.


Çox çətin günlərimizi yaşasaq da, kökümüzün kəsilməsinə yol verməyəcəyik. Ümid edirik ki, kütləvi informasiya vastələri : qəzetlər, özəl kanallar, sosial şəbəkələr, nəhayət, gərəksiz şou mövzularından əl çəkib bu qədər əhəmiyyətli məsələnin təbliğinə ayrılacaqlar. İnsanları, xüsusən yetişməkdə olan nəsilləri ətraf mühitin mühafizəsinə məsul etməyə çalışacaqlar.
Maarifləndirmə, təbliğat və təşviqatla yanaşı, yerlərdə də bu istiqamətdə məsuliyyət mühiti yaratmaq lazımdır. İnsanlar, nəhayət, ölkənin paytaxt şəhrində yaşamağın sevincini və məsuliyyətini daşımağa cavabdeh olmalıdır.
Yoxsa, kim evini təmir edirsə, evdən çıxmış daş-kəsəyi gətirib tökürlər ətrafdakı ərazilərə. Magistral yolu süpürən kommunal işçiləri də əllərinə keçənləri zərəsizləşdirib sahədən uzaqlaşdırmaqdansa, baxımsız qalmııq deyə, biz tərəfə atırlar. Bura vertslyotla bir şəxsi özündən xəbərsiz gətirib bura düşürsələr, dünyasında inanmaz ki, bura ölkənin baş şəhəridir. Yolun bu üzündə 48 və 08 nömrəli ümumtəsil məktəbləri yerləşir. Bu məktəblər çökəkdə olduqlarından pəncərədən eybəcər, ürək bulandıran, ən ciddisi isə pedaqoji prosesin keyfiyyətini çox mənfi təsir göstərir. Bu yamacları laləzarlığa çevirmək olmazmı, amma it zir-zibillər, it yuvaları, sal daşlar illərdir vahimə yaratmaqda davam edir. Bundan da acınacaqlısı odur ki, bəşəriyyətin başı üzərini almış ekoloji fəlakətlərin həllni bugün belə lqeydliklərin əhatəsində formalaşan yeni nəsillərdən gözləmək sadəlövhlükdən başqa bir şey deyildir. Elə bu ik məktəbin şagirdlərinin güçü ilə buranı Məktəb prkına çevirmək olmazmı, şöl dərslərini burada keçmək olmazmı?


Onu da qeyd edək ki, yolun binanın həyət tərəfində olan hissəsində də vəziyyət ürək açan deyil. Bir neşə il əvvəl cəngəlliyi xatırladan ərazini keyfiyyətli şəkildə etməsələr də, normal hal gətirmişdilər, sakinlər gec də olsa, bir yaşıl mühit qazanmışdılar. Amma bir il keçməmiş yenə geriyə doğru yönəldik. Daha çox asosial hərəkətləri yniyetmə və gənclər törədir.dağıdır. Bir adamın tükü tərpənmir. Nə bələdiyyələr, nə Mənzil İstismar sahəsi, nə polis şöbəsinin aidfiyyəti qurumlar bu yöndə bir addım atmırlar. Belə davam edərsə, uzağı bir ilə bu yerlər 3 il əvvəlki vəziyyətinə qayıdacaq.

Görülmüş işləri heç kim inkar etmir. Amma bu işlər sakinlərə rahatlıqdan daha çox əsəb gətirmiş, qarşıdurmalar yaratmışdır. Bu şəkillərə diqqət yetirək:




Bu dağıtmağı, sındırmağı edənlər məktəb uşaqlarıdır. Məktəbdə bunlara təbiətin, yaşıllığın əhəmiyyətini öyrətmirlərmi?

Bunlar hamısı Polis bölməsinin 100 metrliyində baş verir. Və buhərəkəti edənlər heç bir öhdəlik, cavabdehlik daşımaq istəmirlər. Yaşlı sakinlər nə qədər müraciət etsələr də, onların səsinə səs verən olmayıb. Əgər dövlət başçımız ictimai rəyə diqqət yetirməyi, ictimai rəyin instutsional formasını yaratmağı tövsiyə edirsə, yerlərdə niyə ictimai rəyə məhəl qoyulmasın?
Biz demirik ki, ərazidə abadlıq-quruculuq işi aparılmayıb. Məhəllənin 3-4 il əvvəlki vəzyyəti ilə müqayisədə , əlbəttə, kifayət qədər iş görülmüşdür, geniş sahə yaranmış, müəyyən avadanlıqlar quraşdırılmışdır. Amma bütün işlər keyfiyyətlə görülməmiş, keyfiyyətsiz materiallardan istifadə olunmuşdur. Ərazidki yöndəmsiz, qurumuş, təhlükəli ağacların heç birinə toxunulmamışdır. Yaşıllıq zolağı üçün gətirilmiş torpaq əkin üçün yararı torpaq yox, gil idi. Asfalt örtüyü o qədər keyfiyyətsiz idi ki, 3-4 ay keçməmiş dağılmağa başladı. Mini futbol meydançasının “setkası” belə, yaxınlıqda quraşdırılmış meydançalardakı “setka”lardan fərqli oldu. İşçilər peşəkarlıq səviyyəsi baxımındqan tövlə tikməyə yararlı deyildi, nəinki, ölkənin baş şəhərində park salmağa.
Ən ciddi nöqsan isə insanların asudə vaxtlarını səmərəli keçirə bilməmələridir. Bura ümumşəhər statuslu istirahət parkı deyil, məhdud istifadə üçün nəzərdə tutulmuş məkandır, yəni, məhəllə üçün.Digər məhəllələrdə hasarlamalara toxunmasıqları üçün, boş olan yerlərin də bir hissəsinin tikinti və iaşə xidmətləri üçün pay-pürüş edilməsindən ümumi istifadə yerləri getdikcə azalmış, nəticədə, digər məhəllələrdən də buraya axışmağa başlamışlar. Süni sıxlıq yaranmışdır.
Asosial hərəkət sərgiləyən yeniyetmə və gənclrin əksəriyyəti də digər məhəllələrdən gələnlər olur. Ərazidə sosial-mədəni məkanlarda olarları-olmazları saya alan yoxdur.
Niyə bu sosial-mədəni ərazidə kamera olmamalııdrr, niyə aidiyyəti qurum və şəxslər ərazidə ahıl adamlarla işbirliyində addım atmamalıdırlar? Bizim ərazi üzrə polişəməkdaşları qıtlığı varmı? Niyə neqativ təzahürləri yaradan halları, eləcə də şəxsləri müəyyən edib profilaktik iş aparılmır?
