Ata-anaların baş tutmamış sevgi taleyini övladları tamamlaya bilərmi?

Sevgi gözəl bəladır

Tələbəlik həyatının ilk günü. İlk mühazirələrdən müəllimlər çoxlu ədəbiyyat yazdırmışdılar. Dərsdən sonra qrupla M.F.Axundov  adına kitabxanaya gedəcəkdilər.  “Bakı soveti” metro stansiyası qarşısında toplaşdılar, sonra  Nizamı adına  muzeyn qarşısından keçərək “26-lar” bağında ayaq saxladıar. 

O vaxt bu bağa  gəlib şəkil  çəkdirmədən ötmək olmazdı.  Beləcə onlar da burada ilk tələbəlik şəklini çəkdirdilər, kəndə ailələri üçün göndərəcəkdilər.  Hələ bir-birlərini tamam-kamal tanımasalar da, Qədir    fotoqrafa  şəkillərin pulunu ödəmişdi.  Fotoqrafın  qol çəkib verdiyi balac  qeyri-rəsmi çeki də Laləyə vermişdi ki, mən itirərəm, siin çantanız var, bunu orada saxlayın, istəyəndə verərsinz. yanından sola dönüb  bir-bir, iki-bir söhbət edə-edə instituta doğru getdilər.


Bayaq şəkil çəkdirəndə Lalə ilə Qadir yan-yana dayanmışdılar.   İndi də  kitabxana binasına   ən axırda onlar ikisi daxil olmuşdu….Beləcə başlamışdı gizli gəlib, sonra düz 5 il sultan şəhərimizin küçələrində, kitabxanalarında , institutun bütün korpuslarında hər addımda ayaq izləri, könül çırpıntıları xatirələşib qalacaq, sonda isə bütün fənlərdən əla alıb “məhəbbət dərsi”ndən kəsirləri qalacaq bir uğursuz eşqin ilk addımları…
Eyni qrupda oxuduqlarından elə bütün günü bir yerdə oldular. Gün hardan doğdu, hardan batdı bilmədilər. O vaxtı bulvara aparıb öpmək yox  idi,  bir-birinin evində qonaq qalmaq yox idi. Yanaşı çox gəzmişdilər, çiyinləri    hərdən bir-birinə toxunmuşdu da.  Amma bu təmaz bir-birini cəzb etməmiş, əksinə, ikisində ötəri birlərinə  baxıb küz alması kimi qıpqırmızı  həyalanmışdılar.  Hər şeyinn vaxtı var.  Onlar ikisi də düşünmüşdülər ki, sevmək  nikah mükəlləfiyyətli demək deyil ki.  Axı  anası ona hər dəfə  Bakıya  gələndə bunu dönə-dönə xatırlatmışdı: “Bax, ağlını itirmə ha, namusunu gəncliyində qoru!”  Lalə heç nə deməzdisə də, üz həyəcanları ilə anasının tapşırmalarını qəbul etdiyini  ifadə  edərdi.

O vaxt  sevgi hədəfləri belə idi. Sevgi söhbətləri  də belə  idi.    

 Tələbəlik   həyatında  sancaq bir hədəf var idi:   yaxşı oxumaq, “2” alıb kursda qalmamaq, tezliklə diplomalıb  obasına qayıtmaq, ata-anasının başını uca etmək.     Bu müddətdə sevgi məcaraları olmasa da da,  “ata-anam rayonda  nə biləcək  mən hardan gəldim hara getdim, nə vaxt gəldim, nə vaxt getdim” eybəcər, şikəst əminliyə  sığınıb   bir ağacən min budağını gəzməsələr də,  qızların da oğlanların da   ürəyində mütləq sevgi işartıları olurdu. Lalənin də, Qədirin də  ürəklərində bir-birlərinə qarşı  belə işartı közərirdi. Amma bir də gördülər ki, çatdı son gün, son vida. Təyinatla hərəsi öz rayonuna yola düşdü. Əmin idilər ki, çox yaxında Laləgilə elçi gələcək, tələbəlikdə əldən buraxdıqları fürsəti indi böyüklərin də xeyir-duası ilə həyata keçirəcəklər. Bunlar belə düşündülərsə, ata belə düşünmədi, “kəndinin kol-kosunu hürküt, keçəlindən yapış” dedi.
Qadir isə nə illah elədi, bir daha 5 il ürəyində qətrə-qətrə topladığı sevgi dənizinə baş vura bilmədi, heç sahilinə belə yaxın düşə bilmədi. Küsdü, hamıdan yan qaçdı. Amma çox keçmədi ata-anasının yalvarışlarına ram olub “kəndin keçəli”ndən yapışdı.    Eləcə də  Lalə də  nişanlandı Tələbəlikdə içində   gizli-gizli işaran sevgi  odunun dilimləri dilimlənin  könül mülkünü  nurlandırmamış, mənsəbinə  gedənyolları cana gətirmımiş mənsbindəcə söndü: lap Qafqaz sıra dağlarının Kazbek və Elbrus kimi zirvələri sönmüş vulkanları  kimi.

 Bir olacaq,  bir ömrü ta sona kimi  bir yaşanılacaq taleyə özləri də istəmədən, özləri də bilmədən, şair demiş “ürəyində bir qız, yanında  bir qız”  və yaxud ürəyində  bir oğlan, yanında bir oğlan ,  ekvivalent bir taleyə yol başladılar.   İlk məhəbbətlərin  yarıdan  da çox-çox hissəsi  baş tutmayıbki, Bilirsiniz, yerin, göyün  işində nə sirlər gizlədir zaman. Amma bitmədi bu  devdanın tarixçəsi.   Qədirin qızövladı, Lalənin oğul övladı doğuldu.

Sən demə, insan öz həyatını övladlarının həyatında görə-görə yaşa dolur.  Vaxt gəldi, qohum-qardaş Qadirgilə toplaşdılar. Qızı Ülkər çox yüksək balla ölkənin ən nüfuzlu ali məktəblərindən birinə qəbul olunmuşdu. Onlar  sabah Ülkər Bakıya yoladüşəcəkdi deyə Qadirgilə gəlmişdilər.


Ülkərin tələbəlik həyatı da qaynar və sevgi dolu keçdi. 3-cü kursda oxuyarkən mühazirədə birləşdikləri digər qrupun bir oğlanı – Ayazı gözü tutdu.. Ülkər  yay semestri ərəfəsində artıq hiss elədi ki, yox, o da sevir. Sevginin bu axarında qəlbini Ülkərə açmağa tələsmədi də. Əmin idi ki, Ülkərlə sevgisi qarşılıqdır. Növbəti sentyabrda hökmən bunu ona izhar edərəm, deyə növbəti dərs ilini gözlədi. Sevgi xəyallarında yay tətilinin necə başa çatdığını nə Ülkər hiss etdi, nə Ayaz. Sentyabrın əvvəllərində Azərbaycanın iki müxtəlif rayonundan Bakıya bir-birlərinə “Mən səni sevirəm” deyəcək iki gənc tələsirdi.
Elə avtovağzalda da görüşdülər. Ayaz Ülkəri evlərinə qədər gətirdi. Ülkər “çox sağ ol” demişdi ki, Ayaz “sevgim üçün hər əzaba dözərəm” söylədi. Ülkər də qızarıb başını aşağı saldı.  Bu,  razılıq əlaməti idi.
Səhərisi gündən artıq onlar sevgili kimi görüşdülər, salamlaşdılar. İmkan düşəndə gələcək planlarından danışdılar. Dərslərindən ayrı düşməsinlər deyə razılığa gəldilər ki, dərs ilinin sonunda təyinatdan əvvəl Ayazın atası və anası Ülkərgilə elçi gəlsin və ali məktəbi bitirən kimi də toylarını etsinlər.

Gözəl bir may günü idi. Qadirgilin evi bu ailəyə ən yaxın qohum-əqrəba ilə axşamki elçiliyə tədarük görürdülər. Ayazın atası və anası Lalə xanım Ülkər üçün elçi gələcəkdi. Süfrə hazır, hamı qonaqları gözləyirdi. Qonaqlar iki maşında pay-pürüşlə həyətə daxil oldular.


Arxadakı maşının qapısı açılanda əl uzadıb qapıya doğru addım atan Qadir yerindəcə donub qaldı.Bilmədi qaldıdığı sol ayağını hara qoysun. Maşının içindən çıxan tələbə yoldaşı Lalə idi…22 il əvvəl ürəkdən sevdiyi Lalə…

 P.S.   Bu  kiçik sevgi tarixçəsinin  gözlənilməz  anını və necə davam etməsini dəyərli oxucularla  ərsəyə gətirmək istərdim.  Siz necə fikirləşirsiniz,  Lalə və Qədir bir-birlərini  necə qəbul edəcək, bu sevgi tarixçəsinin donu  nə vəd edir…Biz hamıya  xoşbəxtlik istəyərik, əlbəttə. Amma   gerçək həyat tamam başqa…  Siz bu tarixçəni nevə davam etdirərdiniz?