Mövqe

Ordu üçün, yurd üçün xoş diləklər bəsləsən,
Bir gün yüksələcksən yurdun nəzərində sən.
N.Gəncəvi

Azərbaycanın Zəfər tarixini yaşayırıq. Göydən düşməyib milli qürur. Okeanın o tayından da gətirib verməyiblər, heç vaxt da verməyəcəkdilər. Elə olsaydı, sənin haqqını, qürurunu İki əsrdən artıq davam edərdimi? Mövcudluğunun bütün dövrlərində keçmiş Sovetlər İttifaqının respublikaları arasında Azərbaycan ölkə və xalq olaraq böyük İttifaqın ən etibarlı müttəfiqi olub. Amma bizi bu ermənilərin əlində çarəsiz qoymuşdular. O günlər daha geridə qaldı. Bizim torpqlarımızda bizim üstümüzə kəkələnən nankor ermənilər rüsvaycasına işğal etdikləri ərazilərdən çıxarıldılar, bütün Qarabağdan getdilər. Bunlar, Ali Baş Komandanımız cənab İlham əliyevin müzəffər sərkərdəliyi lə Milli ordumuzun qəhrəman oğulları etdilər. Qarabağ indi azaddır… Cıdır düzü murder ayaqlardan təmizlnib Xarı bülbüllərin cövlan etdiyi seyrangaha çevrildi.
Qarabağ indi bizmdir. Bunun üçün Birinci Qarabağ səvaşından indiyə kimi minlərlə Azərbaycan əsgəri canını qurban verib. İnternet məlumatlarına əsasən , 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında şəhid olan Azərbaycan hərbçilərinin sayı 11 557 nəfərdir. İkinci Qarabağ savaşından Zəfər gününə qədər isə 3000-ə yaxın qəhrəman əsgərimiz Vətən naminə ölümlərinə razı olublar.
Biz torpaqlarımızıd üşmənlərdən bu cür qəhrəmanların hesabına döyüşə-döyüşə azad etdik. Yaralanan, sağlamlamlıqlarını itirmiş qəhrəmanlarımız da çox oldu. Uşaqdan tutmuş Ali Baş Komandana kimi bütün xalq həmin günlərdə sarsmaz qalaya çevrildi. Hər kəs orduya, Böyük Zəfərə öz töhfəsini verdi. Ona görə də bizim Qarabağ Zəfərimiz çox ucadır, müqəddəsdir. Bu Zəfər naminə döyüçlərə atılmış, şəhid olmuş bütün şəhidlərimiz və qazilərimiz bizim milli qürurumuzdur.
Qəhrəmanları yaşatmaq da vətənpərvərlikdir! Bəs biz bu vətənpərvərliyi necə yaşadırıq. Yaxş, öyünüləsi, dilə gətiriləsi nümunələr, əlbəttə, çoxdur. Amma utanc hesab olunmalı hallar da az deyil.
Müharibə düşmənin təsslimiyyəti ilə yekunlaşsa da, hələ sülh sazişi bağlanmayıb, erməni təcavüzkarları murdar niyyətlərindən bütünlüklə əl çəkməyib. Yenə ara-sıra həmlələr edirlər. Əlbəttə, düşmənı anındaca susdurulur, mövqeləri yerlə-yeksan edilir. Amma , bu qarşıdurmalar bizim üçün də itkisiz ötüşmür. Məsələn , 27 sentyabr 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı zamanı 192 əsgərimiz Şəhid olub. Songünlər də bir neçə igid gəncimiz ermıni gülləsinə tuş gəlib.

Doğrudur, dövləimiz də, onun ali rəhbərlri də şəhidlərimizə, onların ailəlrinə hər zaman böyük diqqət və qayğı göstərib.Amma bəzən bu diqqət və qayğı yerlərdə unudulur. İndi yaşayış məskənlərimizin əksəriyyətində şəhid ailələri var.Onların yaşadıqları binada, məhəllədə xatirə lövhələri, bulaqlar var. Onlara qarşı qayğısızlıq var. Xatirə lövhəsi vurulan divarın qarşısı, bulağın ətrafını kol-kos basıb, gediş-gəliş yox.
Mehmandarov küçəsi 68-də Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Sadəddin Qardaşxan oğlunu xatirə lövhəsi var. Bu əraziyə yolum tez-tez düşür. Bəlkə də bu xatirə lövhəsini bu müddətdə bir dəfə olsun ehtiramla saxlanıldığını görməmişəm. Bir neçə dəfə sytımızda bu mövzuda yazımız olub. Laqeydlik və biganəlik davam etməldədir. Bir neçə ay əvvəl burada yenidənqurma və bərpa işlərinə başlanılsa da, işlər yarımçıq qoyulub, ərazi tör-töküntülərin əhatəsində buraxılıb tərk olunub. Bu da azmış kimi Xatirə lövhəsinin böyür-başında sahibsiz itlər
məskən salıb. Ən acınacaqlısı isə budur ki, məhəllənin məişət tullantılarının saxlanılması üçün nəzərdə tutulmuş yer Xatirə lövhəsinin 5-10 addımlığındadır.





Xətai rayonu, İnqilab İsmayılov küçəsindəki 13 və 6 nömrəli binaların qarşısında (242 nömrəli uşaq bağçasının ətrafında) şəhid xatirəsini əbədiləşdirən 2 abidə i var.
Bu abidə Birinci Qarabağ müharibəsi şəhidi Salmani Həsən Musa oğlunun bir vaxt yaşadığı İnqilab İsmayılov küçəsi 13 nömrəli binanın qarşısında yaradılmışdır. Uzun illər abidə bu vəziyyətdə baxımsız qalmışdır.

Son vaxtlar abidəni yeni dizaynla bərpa etsələr də, iş tamamlanmamış və artıq neçə aydır ki, əvvəlki biganəlik bir ayrı formada davam etməkdədir. Belə ki,abidənin ətrafı yaşıllaşdırlmayıb, gül-çiçək əkilməyib. Təmir zamanı artıq qalmış qum kisələri qalaqlanmışdır.

Bu bulaq abidə isə yenə İnqilab İsmayılov küçəsi 6 nömrəli binanın qarşısında yaradılmışdır. Miryusif Yusifov bu binada yaşmış, 265 №li məktəbidə təhsil almışdır. Həmin məktəb şəhidimizin adını daşıyır. Heç olmasa, həmin məktəbin şagirdləri burada gül-çiçək əkərdilər.

Aşağıdakı 3 şəkildə isə şəhidlərə münasibət tamam başqa məzmundadır. Bu binanın yerləşdiyi hətdəmtəmir işləri aparılanda bloklardan çıxarılmış sıküntülər abidənin qarşısında qalaqlanmışdı. yer yox idi məgər? Niyə şəhidin xatirə lövhəsinin qarşısı günlərlə darmadağın olmuş ərazi kimi qalmalı idi.Heyvanlara həssas olan hər kəs böyük şəfqət sürəyi daşıyır. Amma şəhidin pəncərəsinin önündə pişikləri yemləmək yaxşı təəssürat yartmır. Və yaxud qapılara baxın, kimin nə elanı varsa, gətirib yapışdırır.Kimsə də etiraz bildirmir. Bəs belə məsələlərlə kim məşğul olmalıdır? Elanlada onu yayn təşkilatın,şəxsin telefon nömrəsi olur. İrad bildirmək olmazmı,mətbuatda belə çağrılar niyə yoxdur.



Bu 3 şəhidin şəkilləri isə bir marketin girəcəyində və həm də kencə yerləşfirlib. Bir də görürsən ticarət müəssisənin, yeməkxananın, bufetin pəncərəsinə şəhidlərin portretləri asılır. Axı bunu etməzdən əvvəl niyə fikirləşmirik ki,şəhidə belə münasibət doğru deyil. Siz bunun mahiyyətinə vara bilmirsinizsə, əksəriyyət varırvə beləmünasibətləri qınaqla qarşılayır.

Vətən torpaqlarının müdafiəsi, işğaldan azad edilməsi uğrunda aparılmış mübarizələrdə canlarını qurban vermis şəhidlər mənsub olduqları xalqın milli iftixarıdır. Onlar Vətənin var olması, köpələrin səksəkəsiz uyuması üçünölümün üstünə gediblər. Tək şəhidlər deyil, onların ideallarını həyata keçirmiş qazilərimiz bizim qürurumuzdur. Şəhidimizə də,qazimizə də ehtiram,sevgi inancımız olmalıdır.Onların ailə üzvlərinə də ehtiram bəsləməliyik. Onların miras qoyub getdiyi hünər nümunələri istər müharibə şəraitində, istərsə də dinc şəraitdə yaşamalıdır, davam etdiriməlidir. Öyüməkdə olan nəsil Vətən və Xalq üçün cavabdeh olmağı onlardan əxz etməlidir. Şəhidlərimizə və qazilərimizə bəslənilən münasibəti onların ailələri də görür. Onlar xalqımızın şəhid və qazilərə sevgisini görüb mənəvi rahatlıq və təsəlli tapmağa çalışırlar. Amma laqeyd münasibət gördükdə, kədərlənir, böyük itkidən sonra yenidən fəal həyata qayıtmağa,
Dövlətimizin, onun ali rəhbərlərinin şəhid və qazilərə münasibəti bütün cəmiyyətə məlumdur. Cənab Prezident çıxışlarında hər zaman bu kateqoriyadan olan qəhrəmanlarımıza yüksək dəyər ifadə edir. Amma yerlərdə bir az fərqli münasibət var. Şəhid adları ilə bağlı yerlər təkcə bayram günlərində, şəhidlərin anım və doğum günündə deyil, hər zaman müqəddəs sayılmalıdır. Heç vaxt onlara hörmət və borcluluq vəfamızı unutmamalıyıq.
