Ha əlaqələndirsələr də, öpüşün , sadəcə, əza həzzi var: burada mənəvi nəsə axtarmağa dəyməz

İntim həyat

Öpüşün tarixi mənşəyi məlum deyil. Tarixçilər düşünürlər ki, Makedoniyalı İskəndərin fəthləri öpüşün ümumbəşəri statusa çatmasında ən erkən məlum amildir. Təkcə Qərb və Şərqlə deyil, dünyanın ən ucqar guşələrində yaşayan yerli əhali ilə də təmasda olan Makedoniyalı İsgəndər ordusu mədəni şəkildə öpüşməyi bölüşür.

Öpüşmə tərzinə aid edilən mənalar Qədim Roma İmperiyasından başlayır. Öpüşü sosial, cinsi və siyasi olaraq təsnif edən romalılar geniş təsirləri sayəsində bütün dünyanı eyni istiqamətdə formalaşdırıblar. Misal üçün; Qədim Romadakı köləlik sistemi səbəbindən birinin əlini öpmək status simvoluna çevrilmişdir. Zaman-zaman simvol məzmun və formaca dəyişilməyə məruz qalmışdır.

Öpüşmək haqqında maraqlı faktlar

• Öpüşmək üzrə rekord amerikalı A.E.Volframa məxsusdur. O, 8 saat ərzində 8001 adamı öpmüşdür.Maraqlıdır ki, o bu qədər öpüşmək istəyən insanı necə tapmışdır?

• Kinoda ilk öpüş 1886-ci ildə Tomas Edisonun 30 saniyəlik “Öpüş” adlı filmində lentə alınıb.

• İnsanın dodaqları barmaqlarının ucundan 100 dəfə həssasdır.

• Öpüş 5 kalori yandırır. Bir saat öpüşəndə 500 kalori itirirsiniz.

• Öpüş zamanı bir insandan digərinə 278 bakteriya keçir,xosbəxtlikdən onların 95 % i zərərsizdir.

• Oğlanlar 10 yaşından öpüşməyə başlayırlar.

• Orta əsrlərdə İtaliyada cəmiyyət garşısında qadını öpən kişi mütləq onunla evlənməli idi.

• 1979-cu ildə Devid Boun insan kimliyini təyin etmək üçün dodaqların izini çıxaran “Lipoqraf” adlı cihaz icad etmişdir.

• Statistikaya əsasən insan ömrünün yalnız 2 həftəsini öpüşə sərf edir.

• Öpüş prosesini prosesini öyrenən elmi adı filematalogiyadır.

• Hindlilərin fikrincə, öpüş zamanı insanların ruhu və gücü bir-birlərini keçir.

• 1999-cu ildə Kramit Subera və Dror Orpaz öpüş müddətinə görə dünya rekordu qırmışlar, beləki onlar kütlə qarşısında düz 30 saat 45 dəqiqə öpüşmüşlər.

• Aparılan tədqiqatlar sübut edir ki, iş gedərken həyat yoldaşını öpən kişilər bunu etməyənlərə nisbətən daha çox pul qazanırlar.

• Tailandda ən uzunmüddətli öpüş müsabiqəsi turizm şəhəri olan Pattayda keçirilib. Rekord yenilənməsində 14 cütlük iştirak edib ki, onlardan 7-i rekorda imza ata bilib. Cütlüklərin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə davam edib. Müsabiqə təşkilatçısının sözlərinə görə, rekordçuların sayı və əldə edilən nəticə gözlədiklərindən çox olub. Qaydalara görə, iştirakçılara oturmağa icazə verilməyib. Onlar ancaq ayaqyolundan istifadə ediblər. Suyu və şirəni isə boru vasitəsilə içiblər. Yarışa yalnız əsl sevgililər buraxılıb. Belə ki, rekord vurmaq istəyənlər ya evlilik şahədətnaməsini göstərməli, ya da valideynlərindən məktub gətirməli idilər. Qaliblərə 1,6 min dollar dəyərində brilyant üzük və 3,2 min dollar pul mükafatı verilib.

Öpüşün səkkiz faydası vardır:

1. Stresə qarşı yaxşıdır. İnusilin və adrenalin artmasıyla, böyrəküstü vəzlərdə stress hormonlarının azalmasına səbəb olur.

2. Ürək döyüntülərini artıraraq normal idman tempi sayılan dəqiqədə 110-a qaldırır.

3. Ciyərləri gücləndirir. Adi halda dəqiqədə 20 dəfə nəfəs alırıqsa, öpüşən zaman bu say 60-qədər qalxa bilir.

4. Udqunmağa xeyirdir.

5. Qırışların düşmənidir. 3000-ə qədər əzələni hərəkətə gətirir ki, bu da dəriyə və qırışlara çox xeyirdir.

6. Arıqladır. Təsəvvür edin ki, bir saat öpüşəndə 500 yüz kalori itirirsiniz.

7. Peyvənd kimidir. İmunitet sistemini gücləndirir. Öpüşməyin ruhu qanadlandırması da imunitet sistemini gücləndirir.

8. Dişlərə xeyirdir. Tüpürcəyin dövranı sürətləni, diş minası güclənir.

İnsan öpüşdüyü zaman əsəbləri sakitləşir, dərdlərindən bir müddətlik də olsa uzaqlaşır.

GIöründüyü kimi, öpüşün emosional diapazonu çox genişdir: ailə-qohumluq münasibətlərində   səmimiyyət, ehtiram , əzizləmə  nəvazişlərindən tutmuş, erotikanın, ehtirasın ən çılğın  zirvəsinə qədər. Bir ananın öz yavrusunu əzizləməsi və sevgisini ona öpüşlərlə ifadə etməsi ailə, ana sevgisinin  şəfqətindən xəbər verdiyi kimi, nəvəsinin şirin-şəkər dilindən  isti  “baba”, “nənə” müraciəti eşidən baba-nənələrin  öz nəvəsini bağrına basıb öpməsi də, hər şeydən əvvəl, bu ailə ittifaqındkı mükəmməllikdən xəbər verir.

Nəsillər, doğmalar arasındanı belə təbii səmimiyyəti yaşatmaq lazımdır. Öpüşün yeganə məqsədi bir tərəfin qarşı tərəfdən ehtiram və yaxud sevgidə olduğunuv bilmək, özünü təhlükəsiz hiss etmək, sevdiyi şəxsə bağlanmaq və aidiyyəti hiss etməkdir..

 Rəsmi dövlət nümayəndəsinin, məşhur adamların   insanlarla , uşaqlarlarla   görüşəndə  bu iltifatdan istifadə edirlər. Bu da arzuolunandır. Belə iltifat təkcə bu ünsiyyətdə olanlar üçün deyil, onların ailələri üçün deyil, xalq üçün də əhəmiyyət kəsb edir.

Amma bizim yazımızın alt qatında duran münasibət, fikir tamam digər öpüşlərlə bağlıdır.

Bəli, cismani yaxınlıq da insan həyatının bir tərəfidir. Amma belə münasibətlər, belə öpüşlər onu şərtləndirən münasibətlərin dəyərini bayağılaşdırmamalıdır. İnsan hisslərinin də ədəb-ərkanını gözləməlidir. Niyə kimsə sevdiyini aparəb parkda, barda, kino zalında öpməlidir? Guya hamının ehtiram etdiyi ailələr var, onların həyatında belə hisslər olmur?

Sünyanın axırıdır? Biz heç də öpüşü təqdir etmirik. Onun faydalarını diqqətə gətiririk. Ən böük faydası tərəflər arasındakı səmimiyyəti hər zaman cavanlaşdırır, qoruyur. Amma o, əza vasitəsi səviyyəsinə endirilməməlidir.

Sitatlar:

Əxlaq mahiyyətcə cəmiyyəti dağılmaqdan xilas edəcək və onun qorunub saxlanmasını təmin edəcək bir vasitədir.
Fridrix Nitsşe

Əxlaq bizim necə xoşbəxt ola biləcəyimizi deyil, xoşbəxtliyə necə layiq olduğumuzu göstərən bir doktrinadır.
İmmanuel Kant

Qeyd: Yazı internet mənbələrindən tərcümə ilə toplanıb, qısa əlavələrlə təqdim olunur.