Mövqe

“Uğur böcəyi” adından göründüyü kimi, bir simvoldur. El araında deyərlər ki, bu böcəyi görəndə arzunuz gerçəkləşəcək. 50-60 iı bundan əvvəl yaşadığımız həyatdır: balaca uşaqlar hələ sevgi nədir, nə üçün insan öz əks cinsinə təşnə olur kimi ehtiyacların mahiyyətini dərk etməsələr də, bu xallı gözəli ovuclarına götürər, “uç, uç” deyərək onun havaya qanadlanmasını gözləyərdilər. Guya, böcək hansı rayon tərəfə uçarsa, onu uçuran şəxsin sevgilisinə uçacaq və onu adını qızın qulağına pıçıldayacaq. Sonra o qız da adını eşitdiyi oğlana qovuşmaq üçün yol başlayacaq və sonda onu tapacaq və sevgi vüsal duvaqqapması ilə tamamlanacaq))…


Əslində, mifoloji təsəvvürlərdə bu ideya mövcuddur. Guya, çox qədimlərdə oğlan və qız bir bədəndə doğulurlarmış. Daha ayrı qız haqqında düşünməyə, sevməyə yer yox imiş. Donralar işlətdikləri günahlara görə, Allah insanları cəzalandırır, onları bir bədəndən ayırır. Ondan sonra, yəni indiki kimi kim öz parasına nə vaxt rast gəlir, nə vaxt tap, bundan sonra yenidən qovuşurlar. Mifoloji təsəvvürlərdə, əski zamanlarda necə möhtəşəmmiş sevgi, məhəbbət. Mədəniləşə-mədəniləşə, logika olaraq intellektual cəhətdən zənginləşdikcə, zevgi deyilə iksir dünyanın gözü qarşısında çılpaqlaşdı, məhv oldu getdi. Mətbuat səhifələrdində “filənkəs filənkəslə sevişdi, “filənkəs filəkəsl gizli eşq yaşayır” sloqanları tətikləməkdən başqa bir ayrı məqsədə yaraya bilməz. Bu, cütləşmənin yol xəritəsini muzdlu partnyorların diqqətinə çatdırmaqla xəstə “sevgi təsəvvürlərinə ” leksik mühit yaradırlar. Bu, sevgi uğrunda Qeys, Məcnun, Kərəm və yaxud Leyli, Əsli, Zöhrə olmaq olmadı ki, partnyorluq oldu.