Görkəmli şəxslərin həyatından

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Səməd Vurğun
1928-ci ildə Səməd Vurğun bir dəstə ddostu ilə faytonla Dilicandan Qazaxa gəlirmiş. Faytonda atların arxasıbda oturan da Səməd imiş, atları qovurmuş. “Kərəm körpüsü” deyilən yerdə onların qarşısını 2 atlı saxlayır. Ztlılar bundan soruşurlar ki, sən Yusif ağanın kəndlərdə qəmsomolluq edən oğlu var deyirlər, o uşaqsan.deyirlər yaxşı saz çalmağı da var. Bir saz havası çal görüm. Səməd sazı sinəsin basıb dilə gətirir. Atlılar heyran-heyran baxır, o vaxtı özlərində olmur. Ölərinə gələndə deyirlər ki, gedə bilərsiniz. Səməd atı məhmizləyir. Atlar dördnala götürülür. Qazaxda öyrənirlər ki, həmin atlılar təhlükəli qaçaqlar imiş. Sadəcə, saza və ifaya görə bunlara toxunmayıbmışlar. Sonralar Səməd Vurğun yeri düşəndə dostlarına zaradfatla deyərmiş ki, siz hamınız mənə və sazıma borclusunuz.Yoxsa “Kərəm körpüsü”ndə qaçaqlar sizi birtəhər etmişdilər.
*****
Müharibə illərində Mirzə İbrahimov Maarif naziri idi. Deyilən həqiqətə görə bir dəfə Səməd Vurğunu Mərkəzi Komitəyə çağırırlar. Rəhbər ona deyir ki, Mirzə İbrahimov haqqında mənfi rəy yazmsü lazımdır.
Səməd Vurğun belə cavab verir:
– Mən belə bir rəy yaza bilmərəm. Çünki mən Mirzəni xalq işinə çox lazımlı, müsbət bir şəxsiyyət kimi tanıyıram”.
*****
Bir gün Vurğunla Fadeyev hardasa yeyib-içib hallanandan sonra Puşkin meydanından “Tverskoy” bulvarı ilə üzü aşağı gedirmişlər. Qəflətən arxadan kimsə Səmədi çağırır. Səməd əvvəlcə fikir vermir. Arxadan bir də çağırırlar, Səməd dönüb baxır ki, Mir Cəfərdir. Tez qayıdıb görüşürlər. Bağırov soruşur ki, Bakıya nə vaxt qayıdacaqsan? Səmədin qayıtmaq fikri olmasa da karıxdığından cavab verir ki, sabah. Mir Cəfər deyir, lap yaxşı oldu, bir yerdə, mənim vaqonumda gedərik. Ertəsi gün vaqonda yaxşı yeyib-içəndən sonra Səməd bir az hallanır.
– Səməd, bilirsən mən səni nə qədər çox istəyirəm?
Vurğun deyir:
– Bilirəm, Mircəfər Abbasoviç, məni oğlunuz qədər istəyirsiniz.
Mir Cəfər:
– Yox, oğlumdan çox istəyirəm.
– Səməd, ürəyində həyata keçməyən arzun varmı, de, bəlkə mən o arzunu yerinə yetirə bildim.
Vurğun dilindən çıxarır ki, bəs Mikayıl Müşfiq çox cavan, istedadlı şair idi, onu günahsız tutdular, bəlkə onun buraxılmasına kömək edəsiniz?
Mir Cəfər onun sözünü kəsir, əsəbiliklə qayıdır ki, necə, sən nə danışırsan?
Səməd çəkinsə də özünü toplayıb Müşfiqin şeirlərindən bir neçə bənd deyir, sonra da soruşur ki, yoldaş Bağırov, bu şeirlərdə antisovet ruhlu nə var axı? Mir Cəfər bir az fikrə gedir.
– Sən məni inandırdın, Bakıya qayıdan kimi bu işlə məşğul olaram, Müşfiqi axtarıb tapdıraram.
Onda Səmədgil Müşfiqin çoxdan güllələndiyini bilmirlərmiş.
Bu hadisədən bir həftə sonra Mərkəzi Komitədə partiya fəallarının yığıncağında tribunada çıxış edən Bağırov birdən üzünü zala tutub qəzəbli tonda deyir:
“Yoldaşlar! Biz bəzi adamlara həddən artıq inanıb, irəli çəkmişik, onlara hər cür şərait yaratmışıq. Amma sən demə, onların ürəyində, beynində Sovet hökumətinə, sosialist quruluşuna qarşı nifrət var”. Sonra barmağını Səmədə tuşlayır: “Vot odin iz nix – qospodin Samed Vurqun Vekilov! Na dnyax on prosil menya osvobodit yaroqo vraqa naşeqo naroda Mikaila Muşfiqa!”
Onda başa düşürlər ki, Bağırovun S. Vurğunu öz vaqonuna dəvət etməkdə məqsədi şairdən söz almaq olub.
