Çimərlik geyimlərinin təkamülü – I yazı

Sosial

  Yaranışında insanlar dünyaya  çılpaq gəlir.  Elə ilk günlərdən , bəlkə də  hələ heç dünyaya  gəlməmişdən  onlara, hətta   bir neçə paltar alınır.  Amma qədimdə belə olmayıb, insanlar elə  uzun müddət çılpaq gəzib  dolaşıb.

Dünya 30.000 il əvvəl  kəskin iqlim dəyişmələri baş verdi. Bu, insanların beynində, təfəkkürlərində   soyuğa həssas olan bədənlərini qorumaq üçün    bir təbəddülat yaratdı. İlk insanlar o dövr üçün ibtidai şəkildə də olsa,  texnoloji yeniliklər haqqında düşünməyə başladılar : xüsusi kəsici alətlər, iynələr meydana gəldi, daha sonra sümük alətlər.   Bu vasitələrlə insan özünü artıq  fərqli geyimlə   təmin edərək, təhlükələrə, fiziki təsirlərə   müqavimət göstərə bilirdi.  Bədənini, üzünü basmış tükü təraş edə bilirdi.

İlk insanların  bədənlərini heyvan dəriləri,  iri yarpaqlarla örtdükləri məlumdur. Həyat irəliyə doğru inkişaf etdikcə, insan ailəri artıb çoxaldıqca, bu insanlar arasında əlaqə və davranış ehtiyacları  onların düşünmə qabiliyyətlərini , yaradıcı qabiliyyətlərini  daha  da fəallaşdırdı. İnsanlar ərzaq istehsal etmək, onları saxlamaq   texnologiyalarını mənimsədilər. Daha  əlverişli  sığınacaqlar qurmaq texnologiyaları  kəşf etdilər,   bütün bədənlərini  örtən paltar geyinmə texnologiyasına sahib olmaq  fikrinə düşdülər . Bir qədər də  üzü bəri gəldikcə, onlar geyimlərinin  çeşidində  fərqlilik yarada bildilər. Həyatlarına ev paltarı, ov paltarı, qış paltarı, yay paltarı  fərqliliklərini   gətirə bildilər.  Daha  sonra  geyimin sosial məzmununda  inqilab baş verdi, geyim etik   ehtiyaclarla bərabər   daha bir    yeni  məna kəsb etməyə başladı.İnsanların ayıb yerlərini örtdü.

Həyat bütün sahələrdə daim inkişafda idi. Yeni istehsal  və fəaliyyət sahələri yaranırdı, insanların idarə olunması üçün yeni birliklərə, yeni əlaqə formalarına zərurət yaranırdı.Bu, həm də insanların şüur vı əxlaqca  irəliləməsi ilə  müşayiət olunurdu. Yaşayış səviyyəsinin artması isə mədəni səviyyənin artmasını şərtləndiridi. İnsanlar artıq zövqlə geyinməyi   düşünürdülər, dəblə, stillə geyinmək istəyirdilər. İnsanlar indi əhvali-ruhiyyələrini,  bu və ya digər  xarakterik keyfiyyətlərini libasları ilə də tamamlamaq istəyirdilər.

 Amma  geyim vasitələrindəki  təkamül  heç də  həmişə  adi istehsalat  axarında  getməyib,  onun  məzmunundan turmuş,  modelinə qədər  bütün təfərrüatlarına  cəmiyyətin də bir   baxışı olmuşdur.    

 Geyim vasitələri  bütün dövrlərdə  müəyyəyyən qınaq  və qadağalarla qarşılaşmışdır.  Elə yazımızın mövzusu ola çimərlik geyimlərinin təkamülü də bu məsələlərə həsr edilib.

Bu gün “Bikini” adlandırdığımız iki parçalı geyim Romalılara, qədim Yunanlara və onlardan da daha əvvəl – Daş dövründə Türkiyənin Çatalhöyük yaşayış məskənində də məlum imiş, olanlara aiddir. Əlbəttə , bu geyimlərə o illərdə indiki kimi “bikini” deyilmirdi.

Çimərlik  geyimi( türkcə “mayo”; rusca “kупальник”)  üzgüçülük zamanı geyilən və bu məqsəd üçün xüsusi hazırlanmış paltardır və bu paltar   çimərkən onun sahibinə rahatlıq  gətirir. İnternet məlumatlarına əsaslansaq, ilk dəfə  cimərlik  geyimi  dəniz geyimi kimi yox, idman geyimi  olaraq meydana çıxıb. Amma bu geyim vasitəsinin  rahatlıqla yanaşı,  mənfi tərəfləri də var. Birincisi,  insan bədəninin əksər hissəsi , xüsusən də qadınların,  çılpaq qaldığı üçün ətrafda narahatlıq  doğurur. İkincisi isə   çimərlik dəsti  geyinən  qadı da özünü sıxıntı içərisində hiss edir.

 Yazılanlara görə,  ümumiyyətlə, 1750- 1900-cu illərdə dünyada  dəniz   insan  həyatına çox yaxın imiş,  çox populyar imiş. Nə qədər   maraqlı olsa  da, Avropa ölkələrində belə geyimlərə münasibət birmənalı olmamışdır. Amma  bu axının qarşısını da durdurmaq olmurdu. Bu populyarlığın əxlaqi ölçüsü nəzərə alınaraq, ” təkərli daxmalar/hamamlar” icad edilmişdi. Bu “təkərli daxmalar ” dəniz sahilinə gətirilir,  heç kimin olmadığı  bir yerdə qadınların istifadəsinə verilirdi və qadınlar  by daxmalarda  gizli şəkildə çimə bilirdilər.

Təbii ki,  dəniz insanlara təkcə  əyləncə və idman məqsədləri üçün deyil,  həm də sağlamlıq  vasitəsi olaraq da  zəruri  idi. Çimərlik  geyimləri deyilən anlayış olmadığı üçün  insanlar əyinlərindəki geyimdə üzməyə məcbur idilər.  O vaxt  geyimlər  bədənin  görünməməsi üçün, adətən, qalın parçadan hazırlanırdı. Bu,  həm  narahatçılıq , həm də fiziki  ağırlıq yaradırdı: suyun içinə girəndə su çəkən paltarları  üzgüçülük   hərəkətlərini məhdudlaşdırırdı.

1. 1890-cı illərdə artıq dəniz geyimləri təşəbbüsləri  görünməyə  başladı. Artıq çimərlik  geyimləri üçün  xüsusi parça/ neylon istehsal olunmağa başladı. Ancaq   bu geyimlər də   o illər üçün xarakterik olan  geyim xəttlərindən kənara çıxa bilmədi. Rahatlıq baxımından müəyyən  yeniliklər olsa da,  neylon parçalar bədənin cizgilərini açıqlayırdılar.

 1890-1910 -ci  illərdə İlk dəfə qolsuz forma mayoları görünməyə başladı. Gövdənin yan  hissələri qapalı olsa da, bədən xətləri görünməyə başladı.

2. 1910-1920   illərdə qapalı ayaqları olan qolsuz forma mayoları görünməyə başladı. Viktoriya dövründəki   (Böyük Britaniya kraliçası I Viktoriyanın hakimiyyət illərini (1837-1901) əhatə edən dövrdür. Bu dövr Böyük Britaniyanın sülh, zənginlik, milli özünə inam hissinin inkişaf etdiyi dövr kimi tarixə yazılıb)bu illərdə dəniz kənarında çimmək populyarlığı davam etdi.

Mayo üslublarında çimməklə üzmək arasında bir boşluq var idi. Və eyni illərdə üzgüçülük olimpiya idman növünə çevrildi. 1907-ci ildə Avstraliyalı üzgüçü Annette Kellerman, Amerikadakı bir nümayişdə çimərlik kostyumu səbəbiylə həbs olundu və buna cavab olaraq öz mayo modelini istehsal etdi. Bu, müasir mayoların ilk nümunələrindən biridir. Sonrakı illərdə bir çox kino ulduzu qadın bu mayolara üstünlük verməyə başladı. 1915-ci illərə doğru gəldikcə, görünüş daha çox çimərlik geyimlərinə bənzəyirdi.  Bir diqqəti çəkən cəhət də,  geyimlərin   eyni parçadan ibarət  olması idi.     

Qadınların olimpiada yarışlarında iştirakına icazə verildikdən 13 il sonra,   1913-cü ildə, (sonradan Jantzen çimərlik geyiminin sahibi olan) Amerikalı Carl Jantzen   dünyanı  üzmə performansını artıran ikihissəli çimərlik geyimi ilə tanış etdi. Bu kostyum, sadəcə bir şortik və köynəkdən ibarət idi. Ancaq o zaman üçün skandal sayıla biləcək xüsusiyyəti, vucuda tamamən yapışan şəkildə olmasına görə idi.

3. 1930-1940-cı illərdə çimərlik geyimləri artıq iki hissədən ibarət idi və mini ətəkləri var idi. “Vogue “kimi  tanınan jurnallar çimərlik geyimlərinin  qadınlara xas olmasını    müdafiə etdi. Bu illərdə çimərlik geyimləri  detallarına yeniliklər  də əlavə olunmağa başlandı. II Dünya müharibəsi davam etdiyi   illərdə korset çimərlik geyikləri və qapaqları görünməyə başladı. Qadınlar başlarını suya salmamaq üçün diqqətli idilər. 1947-ci ildə Fransız dizayner Louis Reard tərəfindən hazırlanan ilk müasir bikini tarixə yazıldı.

Mini ətəkli modellər daha çox qadın xətləri qazandı. Ester Uilyams və Doroti Lamour kimi Hollivud ulduzları bədən ayaqlarını yüksək ayaq kəsikləri ilə aça bildilər. Çimərlik geyimlərinə korset texnologiyası tətbiq olunmağa başladı. Başlarını suya vurmaq istəməyən  xanımlar zərif papaqlar taxmağa başladılar.

4. 1950-ci illərdə  bədən xətləri daha aydın görünür.

 İkinci Dünya müharibəsi dövründə Avropada qadınlar belində dəri bantlı çimərlik geyimi, Amerikalı qadınlar isə daha kiçik çimərlik geyimi geyinməyə başladılar. Ümumiyyətlə, uzunluğu qısaldılmış və ətəkləri aradan qaldırılmış ikiyə bölünən çimərlik geyimlərinə keçid edildi.

1946-cı ildə, müharibə bitdikdən sonra ümumiyyətlə xəz və səhnə geyimləri hazırlayan Parisli dizayner Jak Heim, dünyanın ən kiçik çimərlik geyimini hazırladı.

1947-ci ildə Fransız mühəndis Louis Réard dünyaya 76 sm parçadan hazırlanmış ən kiçik iki parça üzgüçülük dəsti ilə tanış oldu.

1946-cı ildə ilk atom bombası sınağının keçirildiyi Bikini adası, bu kostyumun “bikini” adlandırılmasına motivasiya oldu. Beləcə, bu çimərlik dəstinin  adı “bikini” olaraq qaldı, çünki bu ikihissəli çimərlik geyimi  adaya atılmış bombanın təsiri ilə müqayisə edildi. Reard  bikiniyə reaksiyanın atom bombası kimi partlayacağına inanırdı.

Rəqqasə Mişlin Bernardini ilk dəfə bikinisini Parisin mərkəzindəki məşhur bir hovuzda nümayiş etdirdi.

Eyni dövrdə moda dünyasının digər əhəmiyyətli adı Jacques Heim də modasevərlərə “Atome” adlı oxşar bikini modelini təqdim etdi.

Eyni dövrdə moda dünyasının digər əhəmiyyətli adı Jacques Heim də modasevərlərə “Atome” adlı oxşar bikini modelini təqdim etdi.
Bu iki dizayn öz zamanlarından kənarda yeniliklərlə modanın istiqamətini dəyişdirdi və bu gün də populyarlığını itirmədi.

Bir parça qadın çimərlik geyimi ilə müqayisədə bikininin ictimaiyyət tərəfindən qəbul edilməsi və geniş yayılması daha çətin idi.


Əslində, çimərliklərdə və ictimai yerlərdə bikini geyinmək bir çox ölkədə qadağan edilmişdi və Vatikan bikini geyinməyi əxlaqsız bir günah kimi qiymətləndirmişdi.
Bikininin qəbul edilməsində ən böyük amil Brigitte Bardot, Raquel Welch və Ursula Andress kimi kino dünyasının məşhur adları olub. Bunun sayəsində ictimai çimərliklərdə və filmlərdə bikini geyinmək daha çox yayılmağa başladı.

1960-cı illərin ortalarında Qərb cəmiyyətlərinin çimərlik geyimləri çimərlik paltarı və alt paltarı kimi dizayn edilməyə başlandı.
20-ci əsrin sonlarına doğru bikinilər idmanda istifadə edilməyə başlandı, daha sonra çimərlik voleybolu və bodibildinq kimi idmanlarda bikini geyinməyə xüsusi əhəmiyyət verildi.

2000-ci illərin əvvəllərində bikini istehsalı sənayesi illik 811 milyon dollar gəlir əldə etdi..
Bu ölçü nəticəsində bikinilər həm moda, həm də idman dünyasında önəmli yerə çevrilib.

Çimərlik geyimindən daha çox, bikini tarix boyu bir çox mübahisələrin, sosial dəyişikliklərin və moda təkamüllərinin mərkəzində olmuşdur.


1940-cı illərdə qadın bədənlərini nümayiş etdirən cəsarətli dizaynlar cəmiyyətin ümumi mənəvi dəyərlərinə meydan oxuyan üsyan simvoluna çevrildi.

O vaxtdan bəri bikininin tarixi həm dəbin, həm də qadın azadlığının davamlı təkamülünü əks etdirən dəb parçası olmuşdur.

Bikininin ortaya çıxması qadınların öz bədənlərini sərbəst ifadə etmək hüquqlarını müdafiə etdikləri dövrə təsadüf edir.
1960-cı illərin qadın hərəkatı zamanı bikini qadınların azadlığını və müstəqilliyini simvolizə edən bir moda parçası olaraq ortaya çıxdı.

Bikini qadınların öz bədənlərini və cinsəlliklərini öz seçimlərinə uyğun ifadə etmək hüququnu müdafiə edərək gender normalarına etiraz edirdi.

Bikini tarixi təkcə modanın təkamülünü deyil, həm də gender normalarına və gözlənilən davranışa meydan oxuyan qadınların hekayəsini simvollaşdırır.

Bikini tarixi təkcə modanın təkamülünü deyil, həm də gender normalarına və gözlənilən davranışa meydan oxuyan qadınların hekayəsini simvollaşdırır.
Qadınların öz bədənlərini və cinsiyyətini sərbəst ifadə etmə hüququnu müdafiə edərək üsyan simvolu olaraq dünyaya gələn bikini modası bu gün də populyarlığını qoruyub saxlayır.

Qeyd:Yazıtərcümə ilə təqdim olunur.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.