Sosial

5. 1960-cı illərdə çimərlik geyimləri neylon və likra parçalardan istehsal olunmağa başladı. Həm də alt paltarları kimi, bədənə kip oturan modellər istehsal olunmağa başladı.
Alt paltar üslubunda istehsal olunan belə modellərin bədəni bükdüyü müşahidə edildi. Bu illərdən sonra isə üzgüçülük modası hər 10 ildən bir dəyişməyə başladı. Bu libaslara əlavə xətlər daxil edilsə də, bu ana xəttlərə hələ də əməl olunur …
1951-ci ildə ilk dəfə olaraq “Bikini Festifalı” keçirildi, lakin cəmiyyətin bikiniyə münasibəti hələ heç də xoş olmadığı üçün onun adı “Dünya Gözəllik Yarışması” ilə əvəz edildı.
1951-ci ildə Londonda keçirilən bu yrəşmadan sonra bir çox ölkədə bikini qadağan edildi. Vatikan isə bikinini dinə zidd olaraq elan etdi. 1946-cı idə Roma Papası onu “günahkar”adlandırmışdı.
Ancaq bikininin yaradıcısı Réard ilk dəfə 50 mindən çox fanat məktubu almaqla cəsarətlə rezonans doğuran bir reklam ilə işə başladı.
1957-ci ildə Brigitte Bardott, Cannes festivalı zamanı Fransanın cənub sahillərində bikinidə poz verərək böyük bir sensasiyaya doğurdu.
1960-cı ildə Bryan Hyland, olduqca məşhur mahnısı “Itsy Bitsy Teenie Weenie Yellow Polka Dot Bikini” ilə diqqət mərkəzinə düşdü, iki il sonra Ursula Andressin ilk James Bond filmi “Dr. Xeyr filmində canlandırdığı Honey Ryder obrazı ağ kəmərli bikinidə göründü. Andress bu bikini 2001-ci ildə Londonda 61.500 dollara auksion etdi.
“Playboy” jurnalı 1960-cı ildə ilk dəfə bikini ilə tirajlandı.
6.70-80-ci illərdə bikinilər daha kiçik oldu və tək parça mayo yenidən məşhurlaşmağa başladı.
1963-cü ildə “Beach Party” filminin ulduzu Amerikalı aktrisa Annette Funicello çəhrayı bikinidə göründü. 60-cı illərin ən yaxşı vokal qruplarından biri sayılan “Beach Boys”, mahnılarında “bikinili qızlar” dan istifadə etməyə başladılar və bikinilər çox keçmədi ki, daha populyar oldu.

7. 1988-ci ildə bikininin yaradıcısı Réard şirkəti fəaliyyətini dayandırdı, lakin bikini populyarlığını itirmədi. Artıq qadınlar 90-cı illərdə daha rahat çimərlik geyimləri tapa bilirdilər.
8. Tədricən seksual olan bikini film ekranından izləyicilərini təəccübləndirməkdə davam etdi. 2003-cü ildə Demi Murun “Çarlinin mələkləri” filmindəki bikini gəzintisi dövrün ən çox danışılan mövzularından biri oldu. Bu səhnə “Mur karyerasında canlanma qapısını açdı”,- deyə dillərdə söyləndi.
2010-cu ildə dünyaca məşhur model Eva Herzigova retro görünüşlü dəri bikini ilə Adriana Degreasın moda nümayişində görünəndə, ilk dəfə bikininin çimərlik kostyumu kimi deyil, həm də paltar kimi geyilə biləcəyi müzakirə edildi.
20-ci əsrin sonları, 21-ci əsrdə müxtəlif çimərlik geyimləri modellərində dəyişikliklər xarakterikdir, bir qədər kreativ baxışlar da var bu modellərdə. Amma onun alt mənası da var idi və bu, çimərlik geyimi istehsalçılarının maraqlarına tam uyğun idi. Bu gün belə müxtəliflikdə asanlıqla retro, yüksək bikini və digər bir çox üslub tapa bilərsiniz :hər çimərlik mövsümü bikini və çimərlik geyimləri modelləri ilə şıx birləşmələr yaradılır.

Geyim istehsalı texnologiyasındakı inkişaf, yeni tərkibli xammal vasitələri çimərlik geyimlərinin, ümumilikdə bütün paltarların həm keyfiyyətində, həm modelində yeni mərhələyə qədəm qoydu. Həm də bolluq yarandı. İndi geyim əşyalarını çəki ilə satırlar. İstehsal texnologiyasındakı bugünkü inkişaf paltarları ucuzlaşdırıb onları hər kəs üçün əlçatan bir əmtəəyə çevirişdir. Olsun. Hər şey insan üçün əlçatan olsun. Dünyada nə varsa, insana aid olmalıdır. Amma insanlar praktik şeylər, asudə vaxt macəralarəna, həyatın zahiri keyfiyyətlərinə həddindən artıq bağlanmamalıdırlar. Hər bir yenilik ağıla əsaslanmalı, elmi həqiqətlərdən qaynaqlanmalıdır.
Onsuz da geyim istehsal edən müəssisələr hər mövsümə uyğun hər gün bir yenilik sorağındadır. Onlar bazarlarını itirməmək, eləcə də daha yeni bazarlar əldə etmək üçün xüsusi qruplar yaradırlar : dizaynerlər, marketinqlər, reklamçılar. Bu qrplar yeni ideyalar tapmaq üçün istehsal saxələrindən çölə-bayıra çıxırlar. İdeyalarını küçələrdə, azadə yerlərdə: dəniz sahillərində, ziyafət və toplantılarda axtardılar. Çünki küçələr sərhədsiz sərbəstlik olan yerlərdir. İnsanlar istəklərini kənarda – məhz sərəst olduqları yerdə daha əhatəli kəşf etmək olur. Dizaynerlər, modelyerlər edəcəkləri yenilikləri, yeni məhsulların mahiyyətini, qrafik həllini də əvvəlcə xəyallarında belə mühirlərdə ətə-qana doldurdular və sonra bunları yeni dizaynda çoxaldıb yenidən küçələrə, parklara göndərirlər.
Əlbəttə, yeniliklər gözəldir. Çünki bütün yeni baxışlar insanlara xoşbəxtlik vəd edir. Fəqət, xoşbəxtlik ideyaları, ona uzanan əllər, ona dikilən baxışlar əxlaqi, mədəni dəyərlərə qarşı fərqli bir estetika nümayiş etdirməməlidir, əsl mənəvi gözəllik zahiri gözəlliyə də təslim olmamalıdır. Bunlar üst-üstə düşmədiyindən, hər bir yenilik , o cümlədən çimərlik geyimlərielə ilk başlanğıcdan müxtəlif irad və etirazlarla, qadağalarla qarşılaşmışdır və qarşılaşmaqda davam edir.
XX əsrin əvvəllərində Almaniyada əxlaq polisi varmış və onlar qısa yubka geyənlərə qarşı qadağalara necə əməl edilməsinə nəzarət edirmiş.Onlar küçədə, nəqliyyatda, vağzalda şübhələndikləri qadınların ətəklərini dizdən aşağı və ya topuqdan yuxarı səviyyəsini ölçür, qaydanı pozanlara qarşı müvafiq tədbirlər görürdülər.
Onda dəniz sahilində çılpaq çiyinlərlə və ya uyğun olmayan uzunluqda çimərlik paltarında görünsəniz, birbaşa cərimələnir və yaxud həbs olunurdular




Avropanın əksər ölkələrində də belə idi.


Musiqi sahəsi, şəhərlər və gəlirlər sürətlə inkişaf etsə də, çimərliklərdə vüçudlarının çox hissəsini göstərmək ciddi qınaqla qarşılanır, inzibati tənbehetmələrlə nəticələnirdi. Xanımlar geyim alarkən və yaxud tikdirərkən müvafiq ölçünü mütləq nəzərə alırdılar. Çünki onlar özləri bunu etməsəydilər, küçədə, hər hansı ictimai yerdə testdən keçməli olurdu və testdən keçmədikləri təqdirdə çətinlik cərimələnirdilər.

Harda üzgüçülük paltarına bənzəyəcək bir paltar geyinmiş qadına rast gəlinsəydi, ictimai yerlərdə bu şəkildə geyinməyin qadağan edilməsinə görə həbs olunurdular.
Bütün bunlar olub keçən əsrin 50-ci illərinə qədər, həm də Avropa ölkələrində. Bəs nədən Avropa indi həmin qadağaların fərqində deyil və sərhədsiz açıq-saçıqlıq Avropa ölkələrində şahə qalxır.
Amma bu gün dünyada, xüsusən də Avropada çoxlu sayda çılpaq çimərliklər var, nudistlər üçün ən sevilən istirahət məkanları mövcuddur: Xorvatiyada, Kanadada, Yunanıstanda, Fransada, Meksikada, Braziliyada, Taylandda və sair ölkələrdə . Onların baxışları, fəlsəfəsi “nudizm” adlanır. Guya nudistlər təbiətə hörmət əlaməti olaraq özlərini də təbii hallarına gətirərək təbiətlə harmoniyada yaradırlar. Bunların Beynəlxalq federasiyaları var. Nudistlər ətraflarınayalnız paltarınızdan qurtulduqdan sonra daha rahatlıq hissi tapacaqsınız motivasiya edirlər. Fikir verirsinizmi, bizdə bəlkə dəXXəsrin 60-70-ci illərinə qədər çimərlik geyimi anlayışı olmayıb, nə olubsa, elə avropalıların özündə olub.Həm də çimərlik geyiminə, çiməlikdən kənar yerlərində çimərlik geyimlərinə yaxın stildə geyinənlər təpki ilə, cəza ilə qarşılaşdığı halda, indi həmin bu avropalılar çılpaqlığı təbliğ edirlər.
Vaxt vardı ki, Azərbaycan qadını saçını naməhrəm görərdisə, həyadan küz almasına dönərdi: qıpqırmızı. İndi də çoxdur. Fəqət, az da olsa elələri də var ki, “model”, “aktrisa”, “müğənni” kimi peşə adlarına sığınıb belə geyimlərə maraq göstərir, belə rəsmlərini paylaşır, həm də cəmiyyətin baxışlarına zidd gedirlər.
Təbii ki, biz jurnalımızda bu tipli mövzulara çox ehtiyatla yanaşırıq. Biz jurnalın hər bir yazısında qadınlarımıza hörmətlə yanaşmışıq, bu adın qarşısında həmişə böyük məsuliyyət daşımışıq. Bütün yazılarımızda Azərbaycan Qadınlarının adına səcdə etməyə layiq olan obrazını yaratmışıq.
Bu yazı da sırf məlumat kimi təqdim edilir.
Hər halda, dinimiz ən böyük Münsifdir, Haqq tərəzisidir. Dini dəyərlərimizə görə örtülü olanlar daha qiymətlidir. İnsan adına yaradılan və yaradıcılaq hər vasitədən istifadə edilməlidir. Amma bu istifadəyə tam olaraq insanın fəaliyyət və rahatlığı üçün ehtiyac duyulmalıdır.

Azərbaycan qadını fiziki rahatlıq axtarmaz, fəal hərəkət edərəm deyib, geyiminin üstündən yüngülləşdirməz. Gün bişirsə belə, yenə hansısa birini çıxarmaz. Mənəvi rahatlıq istər. Bunu avropalıya söyləməklə, onsuz da, bilən deyil. Bunu, bəxtəvər başına, ancaq Azərbaycan əri bilər. İntenet yazılarında belə epizoda rast gəldim ki, Qarabağ müharibəsində əri şəhid olan gəlinlərimiz olub, həkimə müraciət ediblər ki, tibbi yolla onları qadınlıqdan məhrum etsinlər.
Fərizə 20 yanvarda niyə intihar etmişdi: lap namuslu, ailəcanlı bir kimsə 3-5 il sonra ona evlilik təklifi edə bilməsin.
Azərbaycan Qadınının fəlsəfəsi budur. Bu gün müəyyən acılı hallar da baş verir. Amma belə hallar bizim qadınlarımız üçün xarakterik hal deyil. Bunlar hamısı bizim mənəviyyatımıza Qərbdən sitayət etdi.
Azərbaycan Qadınları döyüşlərdə şəhid olmuş ərinin nəşini son mənzilə öz çiyinlərində apardı və and içdi ki, bu sevgiyə sadiq qalacaq, bu sevgidən nəşət etmiş ciyərparalarını oların istədikləri kimi böyüdəcək. Bütün Azərbaycan ərlərinin ürəyində bu xatircəmlik var.
Eşq olsun.