Maraqlı məlumatlar

Başqa sözlə: həddi-büluğa çatmaq, özünü tanımaq.
Əsasən yetkinlik dövrünə qədəm qoyan qızlar haqqında deyilən bu ifadə qədim qəbilə adətlərinin dildə qalığıdır. Ərə getmək vaxtı çatan qızlar rəmzi məna daşıyan və adətən kənddən, yaşayış məskənindən bir qədər uzaqda yerləşən “Qızlar bulağı” adlı bulağın başına toplaşar, orada yuyunar, bəzənər, özünə ömür-gün yoldaşı seçərdilər.

Dağıstanın Qubaçi aulunda indi də belə bir adət (bayram, şənlik) qalmaqdadır: adətən mayın 9-da keçirilən və “Baharın qırx günü” adlandırılan bayram günü sübh tezdən qızlar dağa qalxır, kənddən 5 km aralıda yerləşən bulaq başına gedirlər. Burada yuyunub bəzənir və mahnı oxuyurlar. Günortaya yaxın gənc oğlanlar bu bulağa yönəlirlər. Hər kəs əlində gül, alma və s. aparır və ürəyində sevdiyi, istədiyi qıza təqdim edir. Oğlanın hədiyyəsini almamaq onu rədd etmək deməkdir. Axşamüstü hər kəs öz sevgilisi ilə aula qayıdır və bundan sonra toy başlanır (Dilimizdə işlənən “alma atmaq”, “əyil dəsmalın götür”, “bizə gül göndərən yar” və s. ifadələr hər halda bu cəhətdən maraqlıdır). Göstərilən adətin izlərinə çox müxtəlif
şəkillərdə təsadüf olunur. “Bəhlul Danəndə lətifələri”nin (Bakı, 1979) birində Bəhlul deyir:”Bu şəhərin adəti belədir ki, bazarda bir alma almalısan, cümə günü çıxmalısan şəhərin kənarındakı dağın başına, şəhərin bütün qızları gəlib bir-bir sənin qabağın-
dan keçəcəklər, hansı qızdan xoşun gəlsə, almanı ona atarsan.Qız almanı götürsə, bil ki, sənə ərə getməyə razıdır”.
Qədim qəbilənin başlıca xüsusiyyəti üzvlərin eyni ərazidə yaşaması və eyni dildə danışması hesab olunur. Qəbilənin daha bir əlaməti qan qohumluğudur. Qəbilə üzvlərinin zənnincə
onların hamısı eyni bir (ulu) babanın törəmələridir. Hər qəbilə bir neçə tirədən təşkil olunurdu. Hər tirənin (vəya qəbilənin) daxilində evlənmək və ya ərə getmək qadağan hesab olunurdu. Odur ki, bir tirənin (və ya qəbilənin) qızları yalnız başqa tirənin
(və ya qəbilənin) oğlanlarına ərə gedə bilərdilər. Görüşdən qabaq adətən qızlar qəbilədən aralıda yerləşən bulağa gedər, yuyunub bəzənərdilər. Qızlar bulağı ilə əlaqədar olan bu adətlərin izləri dilimizdə bir sıra ifadələrdə yaşamaqdadır.

“Gül-çiçək bayramı”ndan bəhs edərkən etnoqraf H.A.Quliyev yazır: “Təyin edilmiş dağa və ya çəmənə çatdıqdan sonra mahnı oxunur, rəqs şənlikləri düzəldilirdi. Cavanlar qaçış,
tullanma və dağaçıxma yarışları təşkil edirdilər. Qaliblərə qızlar əl sənəti nümunələri bağışlardılar. Bayram zamanı qız və oğlan bəyənmə halları da çox yayılmışdı… Maraqlıdır ki, çox qədimdə “Gül-çiçək bayramı”nı yalnız qadınlar keçirmişlər, sonralar isə
burada kişilər də iştirak etməyə başlamışlar”.
Azərbaycanın müxtəlif rayonlarında adətən ən səfalı yerlərdə və kənddən (obadan) bir qədər aralıda yerləşən bulaqlar “Qız bulaq”, “Qızlar bulağı”, “Qırx qız”, “Qırx qız bulağı” və s.
adlandırılır. Maraqlıdır ki, nağıl və dastanlarımızda sevgililər ilk dəfə bulaq başında görüşür, burada əhd-peyman edirlər, oğlanlar gözəllərdən su alıb içir və s. Bulaq, bulaq başı və buradakı görüşlərlə əlaqədar çoxlu ifadələr, mahnılar vardır.
Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanında təsvir edilir ki, “Qoç” qəbiləsinə gəlmiş gənclər “Qızlar bulağı”na gedir, oraya toplaşmış qızlarla şənlik edirlər və özlərinə həyat yol-
daşı seçirlər. Burada Milnir deyir:”Bircə sağ tərəfdəki sarışın qıza baxın, gözəllik nöqteyi-nəzərindən bu bir məfkurədir. Tənasübi-tam. Bir yerdə qüsuru yoxdur….Halbuki on üç yaşı ola-olmaya, hələ qızlar bulağından su içməmiş. İçsə bu gözəllik birqat daha artacaq”.
İbtidai qəbilə quruluşunun özəyini ayrı-ayrı qəbilələr təşkil edirdi. Qəbilənin bütün üzvləri arasında qan qohumluğu mövcud olub, hamısı bir ulu babadan törəmə hesab edilirdilər.
Qəbilə daxilindəki kişi və qadınlar cinsi əlaqədə ola bilməz, evlənə bilməzdilər. Yalnız bir qəbilədən olanlar başqa qəbilə nümayəndələri ilə evlənə bilərdilər. Etnoqrafiyada ekzoqamiya adlanan bu əlaqələrin izlərinə folklor materiallarında və dil faktla-
rında təsadüf olunur.Romanda nökər öz xanımına deyir: “Xanım, təsəddüqün olum, cavandır, qoy əylənsin! Kiçikbəyimin bu saat qızlar bulağından su içən vaxtıdır”.
M.Müşfiqin bir şeirində deyilir:
Birinci içməmişdi su qızlar bulağından,
Pərişandı ikinci sevgi daş-qalağından.

Abbas Abdulla “Kəndimizin toyları” etnoqrafik hekayəsində yazır: “Elə ki, ağsaqqal-qarsaqqal, ağbirçək-qarabirçək toy qapısına cəm olar, halay vurular, Qara Hümmət “Dolça bulaqda qaldı” çalar. Qızlar bulağından təzəcə su içmiş bir el gözəli kəklik kimi səkə-səkə meydana çıxar, dodaqaltı zümzümə eliyər”.
M.Allahverdiyev yazlr: “Azərbaycanda geniş yayılmış tamaşalardan biri də “Gülvermə”dir. Baharda oğlan və qızlaryaşlıların rəhbərliyi altında kənddən aralı, səaflı bir yerdə topla-
nır, çalır, oxuyur, rəqs edir, satirik səhnələr göstərir və bir-birinin təqlidini çıxarırdılar. Onlar tamaşaları göstərib qurtardıqdansonra, dəstələr bir-birinə yaxınlaşır, qızlar qoşa zurnanın sədaları altında rəqs edir, oxuyur və oğlanlardan hünər göstərməyi tələb edirdilər. Oğlanlar da at minir, güləşir və bədiə deyirdilər. Nəhayət, həyat qurmaq istəyən oğlan və qızlar bir-birinə gül verib gəzintiyə çıxırdılar…
“Gülvermə” tamaşasında iştirak edən yaşlılar dağılandan sonra gənclər özlərinə gəlin seçirdilr. Əvvəlcə oğlan və qızlardan ibarət xor təşkil olunurdu. Onlar mahnılarla yarışırdılar”.
Məşhur “Bənövşə-bənövşə” oyunu həmin adətin qalığından başqa bir şey deyildir. Əllərində gül, bənövşə (Qubada belə qızlar bulağından biri də məşhur “Qız bənövşə” bulağıdır)
tutmuş qızlar bir sıra, oğlanlar başqa bir sıra təşkil edirdilər. Sıraların başçıları arasında adətən belə dialoq gedirdi:
– Bənövşə!
– Bəndə düşə!
– Bizdən sizə kim düşə?
– Adı gözəl, özü gözəl filankəs (Əli, Vəli və s.).
Adı çəkilən oğlan yüyürə-yüyürə qızların sırasına yaxınlaşır, topladığı gülləri (adətən bənövşə dəstəsini) xoşladığı, bəyəndiyi qıza təqdim edir. Qız da qızların sırasından ayrılır, onlar birlikdə (bəzən də əl-ələ verib) uzaqlaşırlar. Oğlanı bəyənməyən qız yoldaşlarının əlini buraxmır, bənövşə dəstəsini qəbul etmirdi.


S.Rəhimovun “Şamo” romanında deyilir:”Pası eşitmişdi ki, bəs qırx nəfər qız, “Qızlar bulağı” deyilən çeşmədən cam-cam şərbət kimi su içəndən sonra dünya gözəlinə çevrilmişlər.
Hər qız özünə görə bürc kimi bir oğlan sevmişdir… Ancaq nə isə cadulanan oğlanların hər birisi ayrı-ayrılıqda uğursuzluğa uğramış, öz eşqlərinə çata bilməmişlər. Qızların hamsı bu dünyadan nakam gedibdir”.
S.Paşayevin “Yanardağ əfsanələri” kitabında “Qız daşı” əfsanəsi bir çox əfsanə, rəvayət və nağıllarımız üçün səciyyəvidir. Həmin əfsanə belə başlayır: “Haramı dağının ətəklərində iki
kənd vardı. Bir gün bu kəndin oğlanı o biri kəndin qulac saçlı bir qızını sevir. Qız da oğlana vurulur. Onların görüş yeri meşə bulağı olur. Bulağın suyu, daşı iki cavanın saf məhəbbətinin şahidinə çevrilir”
Professor Musa Adilovun “Niyə belə deyirik?” kitabından