Sevgi gözəl bəladır

Aşağıdakı suallardan biri və ya da daha çoxunun cavabı “bəli” isə, yox olub getmiş bir əlaqəni davam etdirməyə çalışırsınız. Yəni “tamam” demənin vaxtı çoxdan gəlmiş.

Məsələn:
– əgər əlaqənizdəki sevginin ölçüsü dəyişdisə və onu bir dost və ya qardaş gözüylə sevməyə başladınızsa;
– sədaqətsizliyə uğradınızsa;
– artıq qarşınızdakı insana heç güvənmirsinizsə,
– yalanını tutdunuzsa;
– ağzınızdan çıxan hər söz ona ağır gəlirsə;
– xarici görünüşünüzə davamlı şəbədə qoşursa;
– eyni anda fərqli “iki dil” danışır kimi hiss edirsinizsə,
– yolunuza o olmadan davam etmək daha sakit-salamat gəlirsə;
– sizə qarşı davamlı tərs və əsəbi davranırsa;
– üzərində danışmanız lazım olan mövzuları dhər zaman təxirə salırsa;
– hər danışmaı mübahisəyə çəkirsə;
– baş-başa olmaqdan, birlikdə məsləhətlər etməkdən qaçırsınızsa;
– həddindən artıq qısqanclığa məruz qalırsınızsa;
– dəyər verdiyiniz hər şeyin əlinizdən alındığına şəkk-şübhə yoxdursa;
– ən kiçik problemlərdə belə sizi günahlandırırsa;
– artıq onunla ünsiyyət qura bilmirsinizsə;
– anlamsız bir şəkildə ürəyiniz qırılır, kədərlənir və acı çəkirsinizsə;
– əlaqəniz sizi yorursa, tez-tez qaçıb uzaqlaşmaq istəyirsinizsə;
– etdiyiniz fədakarlıqları və göstərdiyiniz anlayışlardan sui -istifadə etdiyini düşünürsünüzsə;
– sanki bir səhv skaner kimi hər cüzi xətaları qeyd edib bayrağa çevirirsə;
– artıq onunla bir gələcəyə ümidiniz qalmat=yıbsa;
– əlaqəni normaya salmaq üçün səy edən tək adam sizsinizsə;
– bir anlıq da olsa ağılınıza başqasıyla daha mı xoşbəxt olardım fikri gəlirsə;
– artıq vəziyyəti normallaşdırmaq üçün bir səbəbiniz qalmadığını düşünürsünüzsə….(((((

Davam etmək üçün …
Aşağıdakılardan bir və ya daha çoxunun cavabı “bəli” isə ayrılıq qərarı almadan əvvəl bir dəfə daha dayanıb düşünməniz lazımdır. Əlaqənizdəki problemlərə baxmayaraq, bir-birinizi hələ sevir və birlikdə olmaqdan xoşbəxtsinizsə, hər şeyə baxmayaraq “davam etməyi” qəti olaraq qərara almalısınız.

Bu ümid bağlılıqları aşağıdakılardır:
– sizi üzməyən müəyyən səhvlər edir və kiçik yalanlar söyləyirsə;
– sizə həyat yolunda köməkçi olur, qoruyur, dəstək olur, ancaq hirs anında incidici sözlər söyləsə də, təhqirə yol vermirsə;
– sizə hər zaman haqq etdiyiniz dəyəri verir, amma xüsusi günləri unudursa;
– iş və ya ailə qayğılarından vaxt tapıb sizə kifayət qədər zaman ayıra bilmirsə;
– qarşınızdakı insana olan marağınıza və sevginizə özünüzdə bir azalma yoxsa;
– onu itirmək və yalnız qalmaq düşüncəsi sizi qorxudursa;
– əlaqələrinizi normallaşdırmağa səy etdiyiniz cəhdlərə inanırsınızsa;
– bir-birinə olan hörmətinizi qoruduğunu görürsünüzsə;
– aranızdakı güclü fiziki cazibə davam edirsə;
– hər şeyə baxmayaraq, sizə olan sevgisini bilir və hiss edirsinizsə;
– qarşınızdakı insanı yalnız yaxşı vaxt keçirdiyiniz birindən daha çox, həyatınızı paylaşacağınız bir yol yoldaşı olaraq görürsünüzsə, şeytana dil çıxarın.Bir-birinizi anlayaraq, bir-birinizi qəbul edərək, qarşılıqlı etimad və hörmətlə yolunuza davam edin.

Qeyd:Yazı tərcümə ilə işlənilmişdir.