Müzakirə

Haqqında indi bəhs edəcəyim məzələ adi davranış etiketi olsa da, diqqəti kifayət qədər məşğul edən həyat tərzi, yeni bir keyfiyyətdir. Kişilərlə liftə minməK qadınlardan bəhs edəcəyik. Bu məsələdə fikirlər birmənalı deyil və ya heç də hamı bu münasibəti eyni cürə qəbul etmir. Əlbəttə, hamının bu və ya digər həyati məsələni eyni cürə düşünməsi, eyni cürə qəbul etməsi mümkün deyil. Əksliklərin vəhdəti və mübarizəsi bir həyat həqiqətidir. Belə mübarizə nəticə olaraq da insanların arzularına yönəli olur. İnsanlar daim bu əksliklərin mübarizəsində öz arzularına can atırlar. İstəyirlər ki, həyat gözəl və mənalı olsun, hər kəsin niyyəti xeyirhaqlıq üstündə köklənsin, can deyib-can eşitsinlər, rəftarlarında, danışıqlarında diqqətli və həssas olsunlar. Kimsə kimsənin xətrinə dəyməsin, kimsəyə qarşı qabalıq etməsin. Fərdiyyətçilik, eqoizm, laqeydlik kimi mənfi təzahürlərinsan həyatına tamam yad osun. Amma nə edəsən ki, hər gün ətrafımızda belə hadisələrlə rastlaşırıq.

Söylənilənlər:
1. “Adi günlərdə olduğu kimi, məktəbdən çıxıb avtobusla evə gəlirdim. 10- 15 metr arxamdan birinin gəldiyini də hiss etmişdim. Eyni blokda yaşayırıq. Blokumuzun qapısından içəri girdim. Liftin düyməsini basdım və arxamca indi gələn qonşu qadının də gəlməsi üçün qapını tutdum ki, içəri rahat və təhlükəsiz daxil ola bilsin. Amma o, imtina etdi və dedi ki, “sən” get , liftdən çıxanda kabinəni aşağı istiqamətləndir. Çox pis təsir etdi, o qədər ki, izah da edə bilmirəm. Qadınlar nə üçün kişi olan liftə minməkdən qorxurlar? ”
2. “Mən bizdən bir mərəbə yuxarıdakı qonşu qadınla liftin ağzında qarşılaşdım . O, artıq liftin düyməsini basmışdı və bir azdan da qapı açılacaqdı. Elə mənim liftin qarşısında çatmağımı görmüşdü: “qonşu, sən get, mən pilləkənlə cıxaram ” deyib, mənim nə deyəcəyimi gözləmədən pilləkənlərə doğru addımladı”. Yaşca mən ondan böyük olsam da, bu ehtirama haqq qazandıra bilmədim.
Nəzakətin özü də nəzakətli və məntiqli olmalıdır. Biz qadınlarımızın ədəb-ərkanlı olduğuna şübhə etmirik. Bəs əks tərəf? Təbii ki, belə halla rastlaşanda kişi nəzakət göstərib qonşı qadının və ya digər kimsənin tək, asudə qalxması üçün 1-2 dəqiqə gözləyib, özü sonra da qalxa bilər. Amma bu 1- 2 dəqiqədə bir başqa qonşu da gələ bilər axı , onda yenə də gözləməlidirmi? Çoxmərtəbəli binalarda lift elə xidmət sahəsidir ki, hər gün dəfələrlə belə hallar təkrar olunur.
Və yaxud yeni tikilən binalar daha çoxmərtəbəlidir və lift aşağı-yuxarı enib –qalxdıqca hansısa mərtəbədə düyməni basan kimsə olsa, qapılar o mərtəbədə də açılır. İndi ola bilsin ki, bir xanım yuxarı mərtəbəyə qalxır, təkdir, 3-cü məttəbədə, 5-ci mərtəbədə, tutaq ki, kimlərsə də yuxarı mərtəbələrə qalxmaq istəyir. 3-cü, 5-ci mərtəbədə qapı aşılanda bu Xanım özü lifti tərk edəcəkmi, yoxsa liftə minmək istəyənlərə deyəcək ki, qoy mən çıxım, siz sonra çıxarsınız?

İndi azdan-çoxdan hamımız müəyyən bir təhsil sahibiyik, həyat təcrübəmiz var, xalqımızın əxlaq ölçülərini bilirik və bu dəyərlərlə çox qürurluyuq. Məqsəd bu dəyərərə qarşı yönəlməyib. Məqsəd qadınların bu davranış jestinəmi deyim, etiketnəmi deyim, fərqli münasibətləri bilməkdir. Kimin necə düşünməsi, necə əsaslandırması öz haqqıdır. Kimsə düşündüyündən artıq nəsə deyə bilməz ki.
Mənə gəlincə, qadınların narahatçılığını başa düşsəm də, belə münasibəti doğru qəbul etmirəm. İnsanların, konkret olaraq azərbaycanlıların lift xidmətindən istifadəsi 1970-ci illərdən başlayır. Elə binalarda liftlərin quraşdırılması 1970-ci illərdə doqquz mərtəbəli panel evlərin gur tikildiyi vaxtlardan hesablanır. Mən Bakıya həmin illərdə gəlmişəm. 1980-1990-cı illərə kimi insanların münasibətlərində belə yanaşmaları heç vaxt müşahidə etmədim: qonşular , insanlar bir-birlərinə heç vaxt bu qədər etimadsızlıq göstərməyib.
Əgər sən qonşunu lift qarşısında görüb geri qayıdırsansa, yaxud pilləkənlə düşürsənsə, qonşunun inciməyə haqqı var. Nitşenin bu məqama çox uyğun bir kəlamı var: “Bir insana ediləcək ən pis şey onu utandırmaqdır”.
O illərdə belə etimadsızlıq, belə yanaşma yox idi. Əksinə, o illərdə çox ilk sevənlər böyük məhəbbətə kiçik lift düyasındakı oğrun baxışlardan başlayıblar.
Ana deyib ki, ay oğul, bir liftlə qalxıb-düşəndə qonşunun qızına fikir ver, xoşuna gəlirsə, gedək nişanını taxaq. Qız anası da həmçinin. Qızına deyib ki, qonşunun anası o gün işarə vurdu ki, sizin qızınızdan xoşumuz gəlir, sən də bir belə liftdə qalxıb-düşəndə oğlana göz yetir, bəyənsən, elçi gələndə qabaqlarına şirni qoyaq. Nəyi pisdir ki, bunun? Və yaxud çöldə-bayırda diqqətləri cəm ola bilməyən, bir –birlərini impulslarını qəbul edə bilməyən gənclər bir balaca lift kabinəsində 3-5 mərtəbə qalxmaqla udduqları eyni havanı paylaşıblar, bir-birlərinə doğmalaşıblar.
İndi niyə bəs belə oldu, niyə qızlarımız, qadınlarımız bu anlyışda olmalıdır ki, bir blokda yaşayan iki qonşu bir liftdə evlərinə qalxa bilməzlər?
Mən belə düşünürəm ki, tanış olmayan qadın olarsa (qonaq və ya təsadüfən gələn), kişi qadına üstünlk verməlidir ki, qadın özünü liftdə narahat hiss etməsin. Amma bir-binada yaşayan qonşular bir-birlərinə belə etimadsızlıq göstərməməlidirlər.
Hansı ölçüylə, hansı əxlaqladır bu davranış? Kim müəyyən edib bu normanı? Cəmiyyət qarşısında şərtləşmək deyilmi bu? Guya belə düşünənlər dinimizə əməl edirlər, qarşı tərəf isə əksinə gedir. Dinimizdə davranış normaları o qədər mükəmməldir ki, onu müzakirə etmək özü doğru deyil, sadəcə, necə əməl edilir, nəyi doğru etmirlər, bunu müzakirə etmək olar.
Dinimizə görə qadın naməhrəm kişilərdən qorunmalıdır. Bəs hicab nə üçündür: xanımların sinələri örtülsün , saçları görünməsin, qadınlıq cizgiləri bilinməsin. Bu səbəbdən də hicab dinimizin kamil, mükəmməl örtük ölçüsüdür. Onu geyinən qadın hicabla islami paklığa təslimiyyətini sübut edir. Amma kimsə örtük geyib onun ehtiva etdiyi sərhədləri pozan addım atırsa, əlbəttə ki, doğru olmur. Məsələn, mənə binaların birinin qarşısında rast gəlmişdi: iki hicablı qız voleybol oynayırdı. İnsanlar onların yanından ötüb keçdikcə bu mənzərəni görürdülər. Onlar hərəkət etdikcə, qınağa layiq vəziyyətə düşürdülər.
Bir tanışın qızı Bakıda islam ölkələrinin birindən olan oğlanla eyni qrupda oxuyurdu və onlar sonradan ailə qurdular. Toydan əvvəl qız və valideynləri oğlanın vətəninə getmişdilər: tanışlıq üçün. Oğlan şeyx nəslindəndir və imkanlı imiş və zəngin malikanəsi varmış. Qızın atası söyləir ki, kürəkən (belə deyək də) bizimlə xüdahafizləşib atası evinə getdi. Qaydaya görə, nikahı olmayan kişi naməhrəm sayılır və belə vəziyyətdə həmin qadınla eyni damın altında qala bilməz.
Əgər qadın evdə təkdirsə, evə, ailəyə məhrəm olmayan bir kişi girməməlidir. Dinimizə görə qadınılar üçün məhrəm olanların yanında da geyim qaydaları , davranış tərzi və s. vacibatlar müəyyən edilib.
Qəbul edirik. Amma ifrata da varmaq olmaz, improvizə etmək olmaz.
Mən hesab edirəm ki, insanların bir-birlrinə qarşı belə bədgüman olmasının baiskarı liftlər deyil, liftin nə günahı?
Lift əgər bir qadın üçün yanında kişi varsa, kifayət qədər vahimə yaradan bir məkan ola bilər.
Onun da kişi ilə liftə eyni anda minməməsinin səbəbi liftə daxil olacaq şəxsin kişi olması deyil, beynində kişilərə qarşı olan kompleksdir, həyatda bununla bağlı eşitdiklərindən, gördüklərindən yaranan kompleksdir. Ola da bilərdi ki, 7-ci mərtəbəyə qalxan qonşu qızı, qadını ilə mehribancasına danışmaq da olardı. Fəqət, o evdən çıxarkən də, işdən, şəhərdən evə dönərkən beynində digər bir kişi ilə liftə minməycəyini əvvəlcədən beynin yaddaşına qeyd etmişdir.
İnsanların baxışları dəyişilməlidir. Bu baxışlar isə keçən əsrin sonlarından yad təsirlərə çox məruz qaldı. Bəzən din pərdəsi altında da yad baxışlar formalaşdırıldı, informasiya bolluğu şaraitində insanın baş vura bilmədiyi künc-bucaq qalmadı.
Biz uşaq olanda hər həftənin 4-cü günü kino gətirirdilər: 10 qəpiyə idi bilet.Ya da 1 yumurtaya baxırdıq “Baden Badenin mavi gecələri”nə. Onda kino da duzlu idi, sevgi də, ailə etibarlılığı da, kolxoz romantikası da. İndi ən ucqar əyalət kəndində peyk antenası vasitəsi ilə 100-dən çox kanalda istədikləri filmləri izləyirlər. Bunlar gənclərin şüurlarında yanlış düşüncələr formalaşdırır. Qorxunu, qəddarlığı, əxlaqsızlığı, açıq-saçıqlığı təbliğ edən bu filmlərdən qaynaqlanır. Bu gün cəmiyyətimizi narahat edən məsələlərin çoxusu, elə liftə qarşı fobiyalar da. Bir araşdırma aparsanız, şahid olarsınız ki, liftləri qorxu məkanına, iki qonşunu bir-brindən ehtiatlanmağa vadar edən “dimgə yerinə” çevirən təəssüralar elə Qərb həyatı üçün xarakerikdir. Belə tərbiyəsiz hallar Qərb ölkələrində olur.
Və bu gün bizim bəzi xanımların şüuraltında təcavüz fantaziyalarının bir ucu həmin eybəcər mühitə gedib bağlanır. Bəzi qızlarımıza çox açıq-saçıq geyinmək, kip geyinmək, mini-ətəklilər, hərəkət “sərbəstliyi” və sair onlardan sirayət etdi.
Azərbaycan kişisi, əslində, qadına qarşı hər vaxt təvazökarlıq , alicənablıq nümayiş etdirib: tanıdı-tanımadı qadına nəqliyyatda yer verib, əlində çanta olubsa, aparmağa kömək edib, avtobusa minəndə-düşəndə, lift qarşısında rastlaşanda liftin qapısını açıb və sair. Biz bunları belə görmüşük. Ətrafımızda ikrah doğuran hərəkətləri ilə gəzib-dolaşan insanlar olub və indi də var. Bu da təbiidir. Kim hansı əxlaqa malikdirsə, o cür də əxlaq nümayiş etdirməlidir.
İnsan bioloji varlıqdan ictimai varlğa məhz şüuru, əxlaq və əməllərinə görə çevrildi.
Son olaraq , istərdim ki, insanlar arasında qarşılıqlı etimad, sevgi olsun. Cürəbəcürə “olmazlarla”, yasaqlarla biz yadlaşa bilərik.

Qızlarımız da, oğlanlarımız da bizimdir, heç kim onları pis olana sövq etməz. Amma həyati münasibətlərdə ətrafdakılara qarşı həssas olmaq, etimad göstərmək lazımdır. Əgər siz tək olaraq nabələd maşına minmirsinizsə eşq olsun, nabələd adamla eyni vaxtda liftə minmirsinizsə, bunu da normal qəbul etmək olar hardasa, amma bir binanın ayrı-ayrı mərtəbələrində yaşayan iki qonşunun bir-birinə belə münasibəti səmimi təəssürat yaratmır. Söhbət fərdi avtomobildən gedir ha. İctimai nəqliyyatda isə olmaz belə yanaşma.
Çəmiyyətimizdə, münasibətlərdə çox naqisliklər var, hamısının ziddinə getmək olmur axı, hər münasibətə görə də davranışlarımıza qadağalar qoymaq doğru deyil axı. Liftə kişi xeylağı ilə minməyi doğru hesab etməyən xanım onda gərək işləməsinlər. İctimai nəqliyyatdan istifadə etməsinlər. Bəlkə də deyəcəklər ki, metroda, avtobusda insanlar çox olur. Bizim nəqliyyat vasitələri əksər vaxtlarda basırıq olur. Onda qaınlar 2 , 3 avtobusu ötürüb seyrək avtobus gəlincəyə qədər gözləməlidirlərmi? Hər gün belə özünü məcburetmələrə nə qədər dözmək olar? Tutaq ki, bu düşüncədə olan qadın ictimai nəqliyyatda gedir. Onun düşəcəyi dayanacağa kimi, sərnişinlər salonu tərk edirlər. Son dayanacağa kimi isə hələ 2-3 km də var və salonda da təkcə kişi sürücü qalıb və yaxud 2 nəfər də nabələd kişi. Olsun da, nə olacaq ki? Qadın sərnişin niyə onlar haqında pis fikir xəyal etməlidir ki?
Cəmiyyətlə, insanlarla nə qədər təmas artırsa, o qədər də qayğılar artır. Bu, həyatın dialektikasıdır. Sadəcə, hər kəs öz qüruruna hörmət etməli, ətrafındakılara hörmət etməlidir… Qızlarımızın abır-həyalı olmasına yönəlmiş bütün fikirlərinə hörmət edilməlidir. Amma bu o demək deyil ki, qadınlar, qızlar özündın bir mərtəbə yuxarıda yaşayan qonşu əmi, dayı, baba ilə liftə minməsin.
