Müzakirə

Toy mərasimlərimiz, şadlıq evlərimiz, şadlıq evlərində göstərilən xidmətlər ox müraciət edilmiş mövzu olsa da, hər zaman aktualdır. Təəssüflənməli olan isə budur ki, bu aktuallıq elə yerində sayır, heç nə vəd etmir, heç bir yenilik gətirmir. İnsanların oğul evləndirmək, qız köçürmək arzuları o qədər möhtəşəmdir ki, toy xərclərini ödəyə bilib-bilməyəcəyi halına zərrəcə təfavüt etmir. Fikirləşir ki, nəmər pulu yetər, şadlıq evi ilə başabaş qurtararıq. Xərcə düşərəm, bir qohumdan borc alıb verərəm, sonra işləyib borcumuzu ödəyərik. Təki, oğlumu evləndirim, evimə gəlin gətirim. Əlbəttə ki, bu cür özünətəskinlik sadə adamlara aiddir. İmkanlı anadan bəxtlə doğulurlar. Heç bilmirlər ki, nə hardan gəlib, necə gəlib. Olsun. Allah hamısını xoşbəxt etsin. Oğullu-qızlı olsunlar. Amma kim bu işi nizamlaya bilir, şadlıq evləri xidmətinə bir əl gəzdirsin, nolar…
Sirr deyil ki, son dövrlərdə bizim toylarımız heç də gənclərimizi xoşbəxt etmir, çünki toylar böyük maddı vəsait bahasına başa gəlir. Toy sahibləri ən yaxşı halda əl-ələ, başbaşa qurtarırlar, bəzən ziyana düşənlər də olur. Çünki toylarımızda israfçılıq ifrat dərəcədədir. Bütün şadlıq saraylarının menyularında hər adam üçün nəzərdə tutulan yeməklərin, salatların, kababların, içkilərin və sairlərin çeşidi o qədərdir ki, bu qədər ərzağın 1 insan tərəfindən yeyilə bilməsi mümkün olan şey deyil. Əgər bunlar yeyilməyəcəksə və bu israfçılıq artıq dönə-dönə təsdiq olunubsa, niyə bunun doğru həllinə cəhd etmirlər? Məsələn, yeməklərin, oşkilərin çeşidini azaltmaqla yerlərin qiymətini aşağı salmaq olar. Lavə rəqs qrupu, ayrı-ayrı baha pula gələn müğənnilərə çəkilən xərcləri tamam aradan qaldırmaq olar. Toyda şadlıq sareaylar təərfindən oxuyan müğənni varsa, daha bir neşə şou sənətçilərini dəvət etmək elə-belə başa gəımir ki. Yazıq deyilmi toy sahibi?Nə olar, sonda qoy nəmər kimi yığılmış puldan 5-6 min manat da gənc ailəyə qalsın. Onlar toydan sonra ayaqüstə dura bilsinlər.

Amma bir də görürsən ki, toy edən ata-analar özləri lazımsız xərcləri özləri yaradırlar. İştirak etdikləri, eşitdikləri toylara rəğmən öz şənliklərinə “qonşudan geridə qalmayım” prinsipi ilə yanaşırlar. Gərək sadə zəhmətlə çörək qazanan, ailə saxlayan ata-ana belə fərqliliklərə qoşulmayalar. Lap müğənnilər də dünyaşöhrətli Bon Jovi, Ceyms Braun, Bruce Dickinson, George Michael, Kurt Kobeyn,Çester Benninqton, Ronnie James Dio olmuş olaydı, lap futbolçu Ronaldo da öz Georgina Rodriguezi ilə gəlibmiş, tutaq ki, hansısa toya.
Bunların heç biri ailə həyatına yeni qədəm basacaq gənclərin gələcək xoşbəxtlyinə bu və ya digər dərəcədə təsir edə bilməz. Əksinə, mənfi təsiri ola bilər. Çünki onlar həyarlarını onlar kimi qura bilmədiklərindən hər zaman gileyli olacaqlar.
Toylarımızın məqsədi övladlarımızı vüsala qovuşdurmaqdır. Onu necə keçirmək, hansı vasitələrlə daha maraqlı etmək, əbədiləşdirmək kimsəyə qadağan edilməyib. Bu, hər bir ata-ananın, toy edəcək gəncin öz istəyinə buraxılıb. Toy insan həyatında bir dəfə olur. Təbii ki, hamı arzu edər ki, toyu unudulmaz olsun. Qoy olsun. Özgəyə xoşbəxtlik arzulamasan, özün də ad bəxtiyar ola bilməzsn. Amma elə sadə toylarımız var ki, həmin toyların vüsala qovuşdurduqları gənclər öz bəxtəvər həyatlarını yaşayır, Qızıl, Brilyant toylarına hazırlaşırlar. Lakin bəzən gənclərimiz elə iddialara düşürlər ki, bu iddialar onların valideynlərinin imkanları ilə üst-üstə düşmür. Bəzən də o qədər yersiz və mənasız olur ki, durdurmasan, “bu nədir?” deməsən, getdikcə ənənə halına düşəcək. Nəticədə, hər zaman ailələrə əlavə xərclər gətirəcək, yeni problemlər yaranacaq və s.
Bunları yazmaqda məqsədimiz nəsli, şəcərəni qorumaqda ailənin, ailə münasibətlərinin özünün saflığı üçün bir diqqət yaratmaqdır. Yəqin ki, eşitdiklərinizdən, internet məlumatlarından dədə-babaların dövründəki ailələrlə müasir ailələr arasındakı davamlılıq və etibarlılığın fərqindəsiniz. Əvvəlki ailələr daha etibarlı, sədaqətli idi. Bu gün isə belə deyil. Bunun bir səbəbi də toy-nişan adətlərimizdəki urvatı qoruyub saxlaya bilməməyimizdir. Elə dədə-babaların hədəflərindən uzaqlaşa-uçaqlaşa, toy mərasimlərimizin məzmun və ideyalarını qısalda-qısalda, ixtisar edə-edə gedirik. Bilirsiniz niyə, ona görə ki, bu münasibətlərin əksəriyyətində ruhən birləşməkdən daha çox cismən birləşməyə can atılır. Bu gün tanış olur, uzağı 6 aya qədər də toy edirlər. Toy gününədək keçirilməli olan mərhələlərin, mərasimlərin demək olar ki, əksəriyyəti keçirilmir, yengə adı eşidəndə haray-həşir qoparırlar, köhnəliyin qalığıdır deyirlər. Amma belələrinin modern sevgiləri çox qısa olur.

Heç kim yeniliyin əleyhinə deyil. Təbii ki, ictimai-sosial inkişafla bağlı olaraq həmin dövrə uyğun gəlməyən hər nə var, mütləq yenilənməyə məruz qalır. Məsələn, tarixin elə dövrləri olub ki, kişiyə bir neçə arvad almağa icazə verilib, qadını kişiyə qul kimi, kəniz kimi bağışlayıblar. Belə hallar zamanla irəliyə davam edə bilməzdi axı. Başqa bir misal. Son dövrlərə qədər qız uşaqlarına görə başlıq alırdılar. Bəzi yerlərdə bunu gəlin köçəcək qızlarına cehiz almaq üçün, bəzi yerlərdə süd pulu kimi alırdılar. Bəzi yerlərdə, həm də daha çox yerlərdə oğlan tərəf qız tərəfini ailəyə gəlir, qazanc gətirən bir ailə üzvündən məhrum etdiyi üçün onlardan belə başlıq istənilirdi. İndi varmı belə ödənclər, əlbəttə, yox. İnsanların həyat və mədəni səviyyələri yüksəldikcə, belə utanc vasitələrdən əl çəkdilər. Əksinə, indi ata-ana qızının rahat olması üçün gələcək ailə həyatında lazım olacaq bütün məişət əşyaları ilə təmin edirlər ki, balaları əziyyət çəkməsin.
Amma təəssüf ki, toy-adət-ənələrimizə bir tərəfdən də yeni eybəcər hallar daxil olmaqdadır ki, artıq bunlar insanları haqlı olaraq narahat edir.
Onlar bununla əlaqədar sosial şəbəkələrdə maraqlı təkliflər irəli sürür, bu cür məsələlərə dərindən nüfuz edirlər.
Həmin narahatçılıq doğuran məqamlardan biri budur ki, insanlar çox vaxt dəbə uyaraq özlərini ətraflarına fərqli şəkildə göstərmək istəyirlər: şadlıq evindən tutmuş məxsusi gəlin maşınının, müğənnilərin, rəqs qrunun, daha nələr, nələrin seçilməsi üçün evlərində günlərlə məşvərət-məsləhət aparırlar.
Guya gəlini sadə, 100 manatlıq maşınla yox, xüsusi toy karvanı ilə gətirmək ailə xoşbəxtliyinin yollarına işıq saçacaq?

Qocalarımızın söylədklərinə görə, 1941-45-ci illər müharibəsi illərində kənddə maşın nə gəzirdi: filənkəs xalanı, filənkəs bibini kəl arabasında, at belində gəlin köçürmüşlər. İndi onlar necə qollu-budaqlı, necə zəhmətkeş, necə xoşbəxt ailədirlər.
Gərək toy edən gənclər toylarını tarixə zahiri üstünlüklərinə görə deyil, vəfa, etimad keyfiyyətlərinə görə yaza bilsinlər. Bundan sonrakı istəyimiz isə şadlıq saraylarındakı özbaşınalıqlara son qoyulması ilə bağlıdır.
Hamıya aydındır ki, dəbdəbəli toylar əhalinin imkansız və sosial vəziyyəti ağır olan təbəqəsinin durumuna uyğun deyil. Yaxşı olardı ki, şadlıq saraylarında hər toy sahibi özü müəyyən etsin. Əslində, şadlıq sarayları insanlar üçün şadlıq sarayıdır, amma sahibkar üçün böyük ticarət mərkəzidir: insanların toyunu edib, ərzaq satırlar. Hər kəs də bilir ki, bu gün şadlıq saraylarında stollara təqdim edilən ərzaqlar insanların yeyə biləcəklərindən dəfələrlə artıqdır. Axı bunun xərcini toy sahibinin, gənc ailənin boynuna yükləmək nə dərəcədə doğrudur? Çox zaman da elə olur ki, toy sahibləri uzun zaman toyun xərcindən çıxa bilmirlər. Hətta, internetdə toy günü şadlıq sarayının xərcini ödəyə bilmədiyi üçün gəlini və ya hansısa bir ailə üzvünü girov saxlamaq kimi xəbərlərə də rast gəlmişik.
Sigər vacib məsələlərdən biri də budur ki, stolun üstünü doldururlur, yeyilməyənlərigötürmürlər. Süfrə arxasında hərəkət etmək olmur, bilmirsən nəyi necə götürəsən. Xidmətçilərədeyəndə də cavab verirlr ki, hər toyda həm də özünüzü reklam edirik. Stollarımız “boqatı” okmalıdır.
Son vaxtlar toya gələn adamların başı üzərində üzərrik yandırır, sonra gözılərini zilləyib baxırlar ki, 2-3 manat üzərrik haqqı verək. Toy pulundan savayı, gərək 20-30 manat razzxoda ayırasan. Bütün bunlar imkansız adamları toylardan uzaqlaşdırır.
“Toy” sözünün mənasında bilirsiniz ki, bir kütləvilik anlamı var. Əgər ixtisar edə-edə getsək, bununla sosial ünsiyyətin qapılarını qapamış olarıq. İnsanların xeyirdə-şərdə bir-birlərinə ehtiyacları var. İxtisarlar, imtinalar bizi laqeydliyə aparar. Əksinə, toy-nişan mərasimlərinin kütləviliyini artırmaq lazımdır. Biz uşaq olanda kənd toylarında kəndin bu başından o başına kimi, balacadan böyüyə tutmuş bütün kənd iştirak edərdi. İndi o toy-düzənlər yoxdur. Kəndlərimizdəki o mehribançılıq da yoxdur.

Niyə kəndlərimizdə dədə-baba toylarını müasirləşdirdik? Canımız rahat olsun deyəmi?
Biz uşaq olanda görmüşük ki, birində xeyir məclisi, iraq-iraq, yas məclisi olanda,eləcə də əsgər yola salanda, əsgər gələndə hamı tökülüb gəlirdi, tədarük görürdülər. Bu fonda qonşular arasında, kənd camaatı arasında qaynayıb-qarışma borcu yaranırdı. İnsanların bir-birləri, eləcə də toy edən gənclərin, onların ailələrinin cəmiyyət qarşısında ehtiram borcu, cavabdehlik borcu yaranırdı. Sabah, nə vaxtsa toy edən gənclərdən hansısa biri yanlış addım atanda qonşuların, ağsaqqal-ağbirçəklərin bu problemlərin çözümündə böyük təsiri ola bilər. Odur ki, insanların bir-biri ilə belə bağları hər zaman yaradılmalıdır. Bu ünsiyyətlərdə, qarşılıqlı münasibətlərdə həm də ailəcanlı, dilli-dilavər, diribaş analar, onların qızları üzə çıxırdı; seçmək-seçilmək fürsəti yaranırdı; əlaqələr, varislik beləcə davam edirdi.
Daha bir iradım da budur ki, şadlıq evlərində biznes-şou nümayəndələrinin qiymət özbaşınalıqlarının qarşısı alınsın. Onların toylara neçəyə getməsi ilə bağlı internetdə yazılar verilir. Alim 15-20 il can qoyur, amma hələ ev ala bilmir, şou nümayəndəsi deyir ki, 7-ci avtomobilimdir bu. Bu gün əksər televiziyalar belələrinin maşınlarını, villalarını nümayiş etdirirlər, özləri bunu qəsdən etdirirlər. Heç görmüsünümü bir müəllim 3 yerdə evi olsun, onu televiziyada nümayiş etdirsin və yaxud neftçi, tornaçı? Şadlıq saraylarının qapılarını belə şəxslərin üzünə bağlamaq lazımdır. Bu qədər mədəniyyət sarayları, klublar var. İnsanları bu istiqamətdə maarifləndirmək lazımdır. Onlar müqavilə bağlayıb toylarına həmin mədəniyyət saraylarının özfəaliyyət kollektivlərini dəvət etsinlər. Elə yaxşı özfəaliyyət ansanbllarımız var ki. Qoy toyları onlar aparsın.
Bir müəllim il boyu işləyib xərcləmsə 4-5 min manatı güclə toplaya bilər. Amma biznes-şou nümayəndələri yarım saata 4-5 min manat haqq istəyirlər.
Bilirsiniz, mənim fikrimcə, ayrıca götürülmüş hansı sahənisə, ideal hala gətirmək olmaz, heç orta hala. Belə məsələlərə hər yerdə başlamaq lazımdır: təhsildə, səhiyyədə, karyera sahəsində… Hər yerdə böyük doğruluğa, saflığa ehtiyac var.
İnsan həyatının müəyyən mərhələləri var ki, bu mərhələlər unudulmaz hadisə kimi tarixə çevrilir: ilk dəfə məktəbə getmək kimi, tələbə olmaq kimi, toy kimi, ata olmaq kimi. Niyə bu tarixi tarixləşdirmək haqqımız, gücümüz olmamalıdır?
