Əsl sevgidə də, intim həyatda da bir ədəb-ərkan olmalıdır

Mövqe

Əvvəlcə, yazıya başlamazdan öncə,  xanımlardan üzr istəyəcəyəm.  Belə həssas mövzulara hər zaman həssas yanaşmışıq.   Bu və ya digər xəbərlərdə 1-2 yazımız   bu bu mövzuda oldusa da,  hər birini tərar nəzərdən keçirib,  redaktə edib,  sonra  təqdim etdik. Bu yazımızı da belə qəbul edin.

Son vaxtlar  bir sıra  internet saytlarında   kifayət qədər yanlış, zərəli meyillər təqdir edilir və onlara münasibət bildirilməyəndə oxucularda belə təəssürat yaranır ki, bu, doğrudan belədir və  bu cür davranışlarda heç bir  qəbahət yoxdur və s.  Yox, belə deyil. Qərb həyatının, Avropa əxlaqının təsirlərinə uymamalı… “Örtülü” olanlar, uğrunda candan-başdan keçilənlər, mübarizə yox, “müharibə” ilə əldə edilənlər daha dəyərli və mənalı.

Dəyərli və mənalı olanları yaşaamağa  can atmalı.

Anaveushaq.wordpress.com

Yazımıza  Erik Cortin adlı bir psixoloqun  uzun illər öz qrupu ilə minlərlə qadın və kişi arasında  keçirdiyi bir sorğu ilə tanışlıqla başlayıram. Sorğu insanların sekslə əlaqələrinə həsr edilib, daha doğrusu, onların seks haqqında fikirləri öyrənilib. Sonda illərlə aparılan müşahidə və ümumiləşdirmələrə əsasən, belə rəyə gəlinib ki, seksin davametmə müddəti müxtəlif illər üzrə müxtəlif olmuşdur. Məsələn, ideal seks müddəti 1938-ci ildə 2 dəqiqə imişsə, 1972-ci ildə bu müddət 10 dəqiqə, 1995-ci ildə isə 6 dəqiqə daha artaraq 16 dəqiqə olmuşdur. Qrup bunu da hesablamışdır ki, normal halda insan həyatı boyu, təxminən, 2580 dəfə cinsi münasibətdə olur. Bir qəribə fakt da bu olmuşdur ki, rəyi soruşulanlara əsasən, 31 faiz kişi eyni anda 2 qadınla məşğul ola bilirsə, qadınların yalnız 5 faizi belə “gücə” qabil olmuşdur.

 Bəzən, hətta, belə  saytlarda  hansısa alayarımçıq, cılız fantaziya düşkünlərinin uzun seks, gecə səhərə kimi həzz yaşamaq, seksin ağlasığmaz modelləri (poza) haqqında yazılır, şəkillər, videlor paylaşılır. Olsun ki, həyatda da 5-19 belə anomaliya halları var. Olsun ki, müasir kompüter texnologiyaları gercək canlı varlıqlar olmadan belə, hərəkətli görüntülər yaratsın və bunu internet texnologiyaları vasitəsi ilə görüntüləsinlər və bunlar, təəssüf ki, var. Ən primitiv forması (guya mədəni ) qadln məzmununun reklam sənayesində stimul vasitəsinə çevrilməsidir. Bəyənmədiyimiz sovet dönəmində qadınları kimsə belə vasitəyə çevirməyə cürət etməzdi.

Kim isə xidmət və ya satış fəaliyyətini stimullaşdırmaq üçün reklam vasitələrinə, etiketlərə qadın şəklini vurmazdı, özü də məqsədli şəkildə, böyüdülərək, məqsədlərinə uyğun olan hissəni ön plana çıxarmaqla. Bəzən də bilbord və divar plakatlarında əslində ucuzlaşdırılmış qadını(plakatı) dirəklərin, binaların yan divarlarından asdılar ki, sürücülər maşını yaxşı idarə etsinlər, insanlar işə xoş ovqatla getsinlər.

Ən azından hörmətsizlikdir. Ümumilikdə, Azrbaycan qadınları  hər zaman. Hər məqamda düşünülməlidir.

Heykəltəraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovun 1960-cı ildə birgə ərsəyə gətirdikləri “Azad qadın” heykəli Azərbaycan qadınlığına ehtiram əlaməti olaraq ucaldılmışdı. Hündür, düzbucaqlı postament üzərində yerləşən bu qadın heykəlinin sənət məzmunu xalqımızın xəlqilik, millilik ruhunu üst səviyyədə nümayiş etdirir.

19 iyul 2011-ci ildə heykəltaraş S. Conson tərəfindən məşhur kino ulduzu Marilyn Monroenin də Çikaqonun göydələnlər əhatəsində 8 metr hündürlüyündə heykəlini ucaltmışdılar. Heç bir il keçmədi. Bu heykəli yaradanların, şəhər meriyasının yozumu dünya mediasının çiddi iradlarına rast gəldi, sərt təkiylə qarşılandı və heykəli çox həqiranə şəkildə də çıxarıb atdılar bir kənara.

Mən heç vaxt belə sənət adamını öz dünyama qəbul edə bilmədim və bilməyəcəyəm də. İncəsənət ona yönlənənlərə mənəvi zövq aşılamalıdır, əza həzzi yox. Amma bu heykəlin qoyulduğu 1 ildə bu şəhərə yolu düşən hər kəs Marilyn Monroenin “donu altında” şəkil çəkdirməyi özünə şərəf sandı, qəhrəmanlıq bildi: sağında, solunda… müxtəlif vəziyyətlərdə şəkillərini çəkdirib, “day” kimlər qalmadı göndərməsinlər?! Nə yaxşı ki, biz heç vaxt belə düşünmədik. Lap keçən əsrin əvvəllərində də, əsrin sonlarında da. Lap bundan sonra da.

“Nizami” metro stansiyasının yanında Azad qadına abidə ucaldılanda 1960-cı il idi.Və bu iki abidəni yan-yana qoyub müqayisə edəndə, dünyaları, mentalitetləri, nəyi-nəyi fərqləndirəndə, Azərbaycan Qadını, səni düçünüb fəxarət duydum, bəxtəvər başına. Sən Azərbaycan Ərinin qüruruna çevrildin və buna layiq də idin. Sən əxlaqımızın, milli kimliyimizin südlə, qanla canımıza, iliyimizə hopan Manifesti oldun..Ölçü oldun…Etalon oldun…

Bizi istəməyələr hər zaman bunun həsədini çəkdilər. Bizim genefondumuzu dəyişdirmək üçün ola da bilsin ki, məkrli niyyətlər də olmamış deyil. Qərb, Avropa bu xislətdə müsəlman-islam mədəniyyətinə qarşı səlib yürüşünə çıxdı: saysız-hesabsız formatlarda. Mədəni, ictimai-siyasi əlaqə formaları ilə, idman ilə, turizm i  və sair kütləvi formalarla mənəviyatımıza təsir etmək imkanı və ruporu əldə etdilər. Bu addımlarda xeyirli olanlar da vardı, amma onların zərərli tərəfləri xeyirli tərəflərindən daha çoxdur.

Missionerlər din, mədəniyyət, turizm, idman bayrağı altında bizim əxlaqımıza, dədə-babalarımızın öyüdlərinə uyğun olmayan o qədər həyat tərzi, geyim formaları, davranış etiketləri gətirdilər ki, bunlar artıq getdikcə tipikləşmək üzrədir. “İtə ataram, yada satmaram” deyən Sona arvad, əslində, xalını nəzərdə tutmaqla daha böyük əyarları təcəssüm  etdirmişdir.

Yadda çıxdı bunlar. İndi bir balaca imkanı olan əcnəbi çox rahatca gəlib el gözəllərini aparıb gedir, uzağı 2-3 ildən sonra da kütləvi informasiya vasitələrində nələr yazmırlar. Halbuki, 40-50 il öncə Azərbaycan qızının şəhərə təhsil dalınca gəlməsinə bir mühafizəkarlıq vardı.

Bunları edənlər hərəkətlərini, siyasətlərini qorxusuz-hürküsüz həyata keçirmək üçün Avropa dəyərləri, insan haqları, şəxsiyyət azadlığı kimi pafoslu anlayışları ortaya atmışalar, bunları hüququ müstəvi ilə əlaqələndirmişlər. Bir Azərbaycan qadınının milli geyimini, davranış modellərini göz önünə gətirdikcə gecə barlarında çılpaq gözəlçələrin rəqs mədəniyyətinə necə mat-məəttəl qalmayasan?

Biz orta məktəbdə oxuyanda qızlar topuğuna qədər “finka” geyərdilər. İndi son vaxtlar dəbdə olan gözəllik müsabiqələrinə fikir verin. Nə geyimdir bunlar, bunlar nə nümayiş etdirirlər, kimə lazımdır bu plastika? Biz belə kosmetoloji plastika ilə əsl xanımlarımızı hörmətsiz etmirikmi, dəyərsiz etmirikmi?

2014-cü ildə Bakıda ərli qadınların gözəllik müsabiqəsi keçirilmişdi. Belə müsabiqəni kim keçirir, nə mahiyyəti var bunun, hansı Azərbaycan kişisi qəbul edər ki, qadını belə müsabiqədə iştirak etsin? Hələ hansısa bir gözəllik müsabiqəsiin qalibi tələbə yoldaşına xəsarət yetirdiyinə görə şərti iş almışdı. Nə gözəllik oldu bu: yarımçıq və qüsurlu.

Belə gözəllik müsabiqəsinin şərtləri, məqsədi nədir, axı bunlar gözəllik ölçüsü deyil..Hansısa missioner gəlib burada özünə hansı parametrlər axtarır, bunun gözəlliyə dəxli yoxdur. Bu “gözəllik kraliçası” ərinin şalvarını ütüləməyi bilirmi, ən qısa müddətdə ərinə hansı yeməyi və necə bişirər? Hələ beşik başında körpəsinə deməyə 3-5 layla, bayatı bilirmi? Çantasında iynə-sap varmı, 1 düymə tikə bilirmi, süfrəni necə bəzəyir və s.

Azərbaycan Xanımının bacara bildiyi bunlardır və bunları bacaran hər bir qadın gözəldir.

Sən gözəl görə bilmirsənsə, lap ha bəzəsən də, üstündən yüksək əyarlı brilyantlar düzsəndə, əslində o, gözəl deyil axı. Gözəllik görüntüsü yarada bilər.

Biz elə düşünürük gözəllik istər qız, istər oğlan olsun, hər hansı bir duyğunun yaratdığı assosiasiyadır. Əza görən, açıq sinə görən bu duyğudan, fərqi yoxdur, qız görüb və yaxud oğlan görüb, bu duyğudan hara boylanacaq, üzr istəyirəm, gözlərinin qurdunu öldürməyə. Daha bunun harası gözəllik oldu ki…?

Bunlar olsa-olsa, bu cür əza həzini növbəti dəfə yaşamağa, bir qədər fərqli yaşamağa qızışdıracaqdır.

Amma əsl ailə cütlükləri heç vaxt belə olmurlar və olmayacaqlar da. Mənim üçün məhz o qadın xoşbəxtdir ki, sevdiyi(əri) bu münasibətlərdə ona ədəb-ərkanla yanaşır. Əsl qadının haqqı budur, dəyəri budur. Sevgidə ədəv-ərkanla olmalıdır. Ədəb-ərkanı olan sevdiyini parka aparıb çılğınlıqla öpərmi?

Kimisə gözü seçib, könlü tutan bir qadın onda nədən açıq-saçıq geyməlidir? Bu qədər ətirlənməlidir, hansı səbəbdən olur-olsun, iş xətti ilə, təhsil xətti ilə, fərqi yoxdur, ailədən kənar düşməlidir? Bəsdir deyən qədər kişi üçün də, qadın üçün də, bizə əhatə edən mühit üçün də, zaman üçün də iradlar var. Məqsəd irad axtarmaq deyil, məqsəd doğrunu hədəf seçməyə çağırış etməkdir.

“Ana və Uşaq”  üçün yazı, məlumat axtarmaq məqsədilə hər gün interneti izləyirəm, internetdə, demək olar ki, hər gün  cəmiyyət və həyatla bağlı informasiyaları nəzərdən keçirirəm. Telekanalların hamısına baxıram. Oxucu məktubları da alırıq. Mən öz fikrimi bildirirəm: kütləvi informasiya vasitələri insanların məlumatlandırılması, maarifləndirilməsi baxımından çox böyük imkanlara malikdir. Amma senzura olmadığından bu təsirlər çox vaxt əksinə olur. İnternet və televiziyalar səbəbindən həm də mənəviyyatımıza eybəcər meyillər doluşur. İntenetdə bir çox sayt və bloqlar var ki, oxuyanda adamın ayağının altından yer qaçır..Xəstə fantaziyalı adamlar da ola bilər, amma burada yazılan və göstərilənlərin heç də hamısı yalan deyil.

Ən dəhşətlisi də budur ki, burada müəyyən qrup azyaşlılarla bağlı epizodlar da çoxdur və bu biçarələr hələ nə etdiklərinin fərqində ola bilməzlər: iş-işdən keçəndən sonra isə ya intihar edəcək, ya da səsini çıxarmayıb davam edəcəklər.

Çoxu kişi və qadın eşitdiyi və ya internet resurslardan gördüyü bütün gecə davam edən seks fantaziyasına inanır , amma özləri bu gür “dikiy” fantaziyalar görməyincə, öz halal qadınına/ərinə qarşı inamsızlığa və soyuqluğa səbəb olur. Bu hal getdikcə daha ciddi təhlükəli səmtlərə yönələ bilir. Bizi bu yazını yazmağa vadar edən də məhz bu məqam oldu. İnsanlar bu cür xəstə fantaziyalafra inanmamalı və uymamalıdır. Bunlar əsl sevgidən, dəruni hislərdən çox-çox uzaq olan intim hərislikdir. Qadına əşya kimi baxmaqdır. Azərbaycan əri heç vaxt öz qadınına belə yanaşmamış və yanaşmayacaqdır.

Bunları yazmaq belə mənə çətin gəlir.