Təbiət – yaşıl sipərimiz

Arıların həyatı çox heyranedicidir. Dünyada, təxminən, 25.000 arı növü məlumdur.
Elmi məlumatlara görə arılar 130 milyon il əvvəl ilk çiçəkli bitkilərlə (angiospermlər) meydana gəlmişdir.
Onlar insanların əhliləşdirdikləri ilk həşratlardır.
Arılar, arılar və qarışqalar Hymenoptera həşərat dəstəsinə aiddir.

Arılar təbiətin ən kiçik canlıları arasında qərarlaşsa da, planetimiz üçün əhəmiyyəti torpaq, su və günəş qədər böyükdür. Çünki toxumların çiçəklə inkişaf etməyə başlaması üçün onlarda tozlanma baş verməlidir. Arıların təməl fəaliyyətləri bitkilərin bu cür tozlanmasını təmin etməkdir.
Elmi izaha görə, arılar təbiətdəki ən təsirli tozlandırıcılardan biridir. Arılar nektar və çiçək tozcuqları üçün yem axtararkən bir çiçəyin erkək hissəsindən (anterlərdən) tozcuqları köçürür, mayalanma və toxum əmələ gəlməsini asanlaşdırır. Bu proses bir çox bitki növlərinin, o cümlədən insanların qida üçün etibar etdiyi məhsulların əhəmiyyətli bir hissəsinin çoxalması üçün vacibdir. Arılar olmazsa, planetimizdə mövcud olan 100 min bitki növü də yox olar.
Bəli, arıların bioloji müxtəlifliyə faydaları çoxəhatəlidir və mühüm əhəmiyyət kəsb edir.
Məlumdur kimi, dünyadakı meyvə və tərəvəzlərin ən azı 30%-i və bütün bitkilərin 90%-i böyümək və çoxalmaq üçün çarpaz tozlanma tələb edir.
Kakao, alma, bostan və çiyələk kimi məhsulların böyüməsində böyük rol oynayan arılar meşələrin böyüməsinə də kömək edir.
Arılar qırmızı rəngi görə bilmirlər, lakin ləçəklərdə “UV” siqnallarını görə bildikləri üçün qırmızı çiçəkləri ziyarət edirlər.
Arılar işlərini dəyişdikdə onların beyin kimyası da dəyişir.
Yaşlı arılar kiçik arıların işini gördükdə onların beyinlərinin qocalması dayandığı müşahidə edilib.
Hər arının bir şəxsiyyəti var. Bəzi arılar utancaq, bəziləri isə şən əhvali-ruhiyyəli ola bilər. Maraqlı bir cəhət də budur ki, arılar ailəsində etimadlı vəzifə bölgüsü var.
Ana arı yumurta qoyur, işçi arılar bal yığır. İşçi arıların da bir hissəsi sanitar, bir hissəsi qapıda duraraq gözətçi rolunu oynayır. Xidmətçi arılar öz qanadları ilə arı yeşiklərini(yaşadıqları evi) elə təmizləyirlər ki, hər yer parıldayır. Sanitar arılar ölmüş arıları çölə daşıyırlar. Gözətçi arılar isə kənar arıları içəri buraxmırlar, əgər içəri girsələr, onları öldürülər.

Arı ailəsində həyatı, əsasən, nəzarətçi arılar idarə edir. Bir çox arıçı alimlər hesab edirlər ki, arıların həyatını “gizli arı komitəsi” idarə edir.
Arıların inşaatçı məharətinə isə(şan qurmaq) söz ola bilməz. Onlar pətəyi həm aşağıdan yuxarıya, həm də yuxarıdan aşağıya qura bilirlər. Bu istedad arxitektor və memarları belə mat qoymaqdadır.
Dünyanın ən məşhur riyaziyyatçıları elmə məlum olan altıbucaqlı forma ilə bərabəryanlı üçbucaqdan, kvadratdan fərqli olaraq, daha az material sərf etməklə daha çox yer tutmağın mümkünlüyünu qəbul edirdilər, amma bunun necə mümkün ola biləcəiyini izah edə bilmirdilər. Hətta 1999-cu ildə professor Tomas Hals bununla bağlı bir riyazi araşdırma aparmışdı və öz araşdırmasını “arı şanı ehtimalı” adlandırmışdı.
Arılar yem yeri tapmaqda , yem tökülmə vaxtına hazırolmaqda çox dəqiqdirlər. Əgər hardasa masanın üzərinə şirniyyat və yaxud şirə qoyulsa, arılar həmin an masanın üzərində görünəcəklər.
Arı və arı məhsulları həm də ayrıca bir tibb sahəsidir. Bal, propolis, mum güvəsi, çiçək tozu, güləm, arı südü, arının ölüsü (xitozan) və s. arı məhsulları sayılır. Arının zəhərindən, arı yeşiyinin havasından tutmuş arının ölüsünə qədər hər şey tibbdə müalicə vasitəsi kimi tətbiq olunur: bu gün arı yapışdırıcısı qəbul edilən propolisə qədər. Propolis arıların yuva qurmaqda istifadə etdiyi tikinti materialıdır. Halbuki, propolis təkcə arıların yuva qurmaq üçün istifadə etdiyi material deyil. Arılar tərəfindən dezinfeksiyaedici vasitə kimi də istifadə olunur. Propolisin tibb tarixində də Qədim Misirdən qalma tarixi var. Tədqiqatlar göstərir ki, propolis əsaslı müalicələr antibiotiklər qədər təsirlidir.
Arıların ən yaxşı tikinti materiallarından biri olan mum da təbii antibakterial quruluşu sayəsində tibbdə bir çox üstünlüklər təmin edir. Əməliyyatlarda da istifadə edilən arı mumu sümük səthlərində qanaxmanın dayandırılmasında təsirlidir.
Arıların müdafiə sistemlərindən biri də zəhərdir. Arı zəhərinin tərkibində melittin adlı antiseptik birləşmə var və HİV/QİÇS-in müalicəsində istifadə olunur.
Arının hasil etdiyi bal minbir dərdin dərmanıdır. Ən çox tanınan və istifadə edilən bal tərkibindəki zülallar sayəsində min illərdir ki, yaraların müalicəsində istifadə olunur.

Arı südü sürfələrin inkişafında mühüm qida mənbəyidir. Ana arının həyatı boyu yeganə qida mənbəyi arı südüdür. Tərkibindəki amin turşularının, antioksidanların və vitaminlərin bolluğuna görə tez-tez arı südünə qida əlavəsi kimi üstünlük verilir.
Ağır ürək xəstəliyinə tutulmuş adamların gündə 80-100 qr bal yeməsi onların ümümi vəziyyətlərinin yaxşılaşmasına,qan təzyiqlərinin normaya düşməsinə səbəb olur. Köhnəlmiş irinlidərin yaraları, çiban, kəsik və əzik yaralarını sağaltmaq üçün baldan istifadə edirlər. Arı südü də çox dərdin dərmanıdır.
Müxtəlif təbabət və müalicə üsullarında istifadə edilən söyüd və qovaq ağaclarının inkişafına arıların da böyük təsiri var.
Məsələn, söyüd ağacından aspirin kimi istifadə olunur. Yetişməmiş çeynəyən söyüd meyvəsi ağızdakı yaraların sağalmasında da təsirlidir. Qovaq ağacından dərman istehsalında da istifadə olunur. Revmatizm və mədə xəstəliklərinə yaxşı təsir edən qovaq ağacı çay kimi qəbul edildikdə qızdırmaəleyhinə təsirə malikdir.
Arılarla bağlı bu maraqlı məlumat təbiətin nə qədər heyrətamiz olduğunu bir daha göstərir. Arılarla balı çoxlu sayda maraqlı məlumatlar var.
Afrikada ani fil basqınları nəticəsində əkinçilik sahələri xeyli zərər görür. Bu vəziyyət fillərlə insanlar arasında münasibətlərin korlanmasına səbəb olur. Afrikalılar, nəhayət, çıxış yolu tapıblar. Onlar bal arılarının sayəsində fillər arasında münasibətlərin pozulmasının qarşısını almağa nail olublar. Fillərin arılardan qorxduğunu bilən afrikalılar əkinçilik sahələrinə zərər verməmək üçün əkinçilik sahələrinin ətrafına arı pətələridən hasar çəkiblər.
Arılar bombaları da aşkar edə bilir.”Klassik kondisioner təlimi” ilə müəyyən bir qoxunu qida ilə əlaqələndirməyi öyrənə bilən arılar, partlayıcı maddələrin qoxusunu duyduqlarında qidaya da eyni reaksiyaları verə bilirlər. Arıları dərman və xəstəlikləri aşkar etmək üçün də öyrətmək olar.




Son