Baş redaktordan

Düz 4 il bundan qabaq – 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan , minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından növbəti dəfə intensiv atəşə tutaraq genişmiqyaslı təxribat törətdilər. Hücumun ölkənin içərilərinə doğru irəliləməsinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan dövlətinin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən qoşunların bütün cəbhə sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.


Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Bu gün 4-cü ildir ki, xalqımız Anım Gününü qeyd edir. Qanla əldə etdiyimiz Zəfərimiz üçün Vətənin hünərvər oğulları idealları naminə Şəhidlik zirvəsini seçdilər. Milli Ordumuzun 3 minə yaxın əsgər və zabiti bu zirvəyə ucaldı . Şəhidlərimizin və onların silah qardaşlarının qanı və canı bahasına amma xalqımız 30 ildən artıq həsrətini çəkdiyimiz Qarabağa qovuşdu. Bu qələbənin də, bu zəfərin də ictimai-siyasi əhəmiyyəti çox böyükdür. Əsrlərlə davam edən ermənizm mifi “Görbagor oldu”, gələcək milli qəhrəmanların mübarizə ruhu üçün şərfli bir irs yarandı. Qarabağ Zəfəri dünya hərb tarixinə hərb elminin Azərbaycan modelini Verdi. 30 il düşmənin qurduğu istehkamları, silah anbarlarını 44 gündə alt-üst etmək olar.
Azərbaycan öz ərazi bütövlüyünu zərəfli döyüşlərlə bərpa etdi. İşğaı olunmuş əraziləri erməni faşistləri Xatına, Xirosimaya və Naqasakiyə döndərmişdilər. Cənab Prezident o vaxtdan Qarabağın dilrçəldilməsi üçün bütün səylərini səfərbər edib, böyük quruculuq işləri aparılmaqdadır. Hər təməlatama mərasimində, açılış mərasimlərində cənab Prezidentin qırmız lenti kəsməsi sülhün bu yerlərə əbədi gəldiyinə Prezident zəmanətidir. Bu güntorpaqlarımızda sülhdür, insanlar Rahat nəfəs alır. Xankəndində Azərbaycan övladları universitetdə təhsil alır. 30 ildən sonra ilk dəfə məktəb fəaliyyətə başladı. İlk toy edildi… Amma hiyləgər düşmənlərimiz vəonların havadarları ölkəmizin uğurlarını qəbul edə bilmir. Onlar hər vaxt dövlətimizin müstəqilliyinə qarşı təxribatlar edə bilər. Ona görə də Odumuz səngərlərdə mətinləşdiyi kimi , böyüməkdə olan gən nəsil də idman arenalarında, auditoriya və labarotoriyalarda intellektual cəhətdən daim yenilənməlidir. Bir vaxt ümummilli lideimiz Heydər Əliyev demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu amal ətrafında birləşməlidir.”
Bu gün müstəqil və suveren dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri də yetişməkdə olan gənc nəsilərdə Milli qürur hissi formalaşdırmaqdır. Milli qürur özündə təkcə
şəxsin milli mənsubluğunu ehtiva etmir. Milli kimliyi təkcə pasport sübut etmir. Milli qürur həm də şəxsiyyət/ vətəndaş mövqeyi ilə müəyyən olunur. Sən mənsub olduğun xalqın tarixini, mədəniyyətini dərindən bilməli, qəhrəmanlarını tanımalı,onlarla fəxr etməli, onlardan əxz etməlisən. Şair Tofiq Bayram necə gözəl deyib:
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Bütün bunlar üçün isə gənc nəsli ahəngdar inkişaf etmiş şəxsiyyət kimi dormalaşdırmaq üçün milli -mənəvi dəyərlər əsasında tərbiyə emək lazımdır.

İnsanın tərbiyəsi ailədən başlasa da, əsl şəxsiyyət kimi formalaşması və get-gedə zənginlışməsi məktəbdən başlayır. Çünki uşaq məhz məktəbdə sosiallaşır.Bu işdə sistemli, məqsədyönlü, müəllim-valideyn fəaliyyəti lazımdır. Bunların niyyət və səyləri bir-birini tamamlamalıdr. Şagird hələ məktəb yaşlarından torpağını sevməli, xalqının tarixini , adət və ənənələrini öyrənməli, dövlətinə,dövlət rəmzlərinə sədaqət nümayiş etdirməlidir. Bunlar milli ideoloji tərbiyə işində böyük rol oynayır. Bu yönümdə vətənpərvərlik tərbiyəsi ilk pillədə dayanmalıdır. Böyüməkdə olan nəslə Vətənə, qəhramlarımıza qarşı qədirşünaslıq duyğuları məhz məktəblərimizdən aşılanmalıdır. Bu gün vətənpərvərlik tərbiyəsinin devizi məşhur “Dədə Qorqud” filminin sonunda səsləndirilən bu fikir olmalıdır: “Torpağı qorumursansa, əkməyə dəyməz. Əkmirsənsə, qorumağa dəyməz!” Əgər bunları namusla, vicdanla edə biliriksə, hər birimizin “Vətənim var!” deməyə haqqımız çatır.

Bütün bunlar Xətai rayon 24 saylı orta məktəbinin III a sinfinin bugünükü Anım Günündə iştirakını izlədikdən sonra bu yazını yazmağa vadar etdi. III a sinfi (sinif rəhbəri Samirə İsmayılova) İkinci Qarabağ müharibəsi şəhidi Rəfiyev Ülvi Rəfail oğlunun adını daşıyır.
Ülvi Rəfiyev Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbini bitirdikdən sonra 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil almışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Dogma şəhərinə, küçələrinə, oxuduğu məktəbə ülviləşib qayıdıb.
III a sinfinin şagirdləri həmin vaxtdan Milli Ordumuzla bağlı bütün bayram və tədbirlrdə öz qəhrəmanlarını yad edir , Vətəni, xalqı onu kimi sevəcəklərinə söz verirlər. Onlar təhsildəki uğurlarını da bu andlarına sədaqətlərin görə daim yeniləyirlər.
İsmiyev Zeynal Mustafa oğlu isə 2 iyul 2005-ci ildə Lənkəran rayonunda anadan olub. Xətai rayonu, 263 nömrəli orta məktəbdə orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmiyev Zeynal Mustafa oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

Bu gün balacalar Anım Gününə anım günü ovqatında deyil, fəxarətli duyğularla gəlmişdilər. Çünki onların qəhrəmanları torpaqlarımız. düşmənlərdən təmizləyib, onları işğal etdikləri ərazilərdən filmlərdən bildikləri qəhrəmanlıq nümunələri ilə qovub çıxardıb, iti qovan kimi qovublar…
24 nömrəli məktəbin üçüncüləri anım tədbirinə, əvvəlcə, İsmiyev Zeynalın, daha sonra Rəfiyev Ülvini bir vaxt yaşadıqları binaların qarşısındakı Xatirə abidəsi önündə ziyarətləri ilə başladılar. Qəhrəmanlıq, Vətən haqqında şeirlər səsləndirildi. Sonra birağızdan and içdilər ki, biz Sizdən öyrəndik qəhrəmanlığı. Tədbirdə şəhidlərin valideynləri, məhəllə sakinləri vəsinif rəhbəri Samirə İsmayılova iştirak edirdi. Sonda uşaqlar və valideynlər xatirə şəkilləri çəkdirdilər.









