Sərbəst səhifə

Sosial şəbəkələrin birində oxumuşam ki, dünya üzrə ölkələr var ki, həmin ölkələrdə qüvvətli cinsin nümayəndələri dışiddətə məruz qalır. Həta bəzi ölkələrdə şiddətə məruz qalmış kişilərə pasibanlıq etmək üçün yurd yerlər, yəni, sıınacaqlar da mövcuddur.
Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərməkdədir. Fikir verirsinizmi, bu ölkələr dünyanın inkişaf etmişölkələridir. İnkişaf hara, zəhmətkeş sinfin nümayəndəsini qanına qəltan etməkhara? Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.
Türkiyədə kişilər üçün sığınma evlərinin əsas hissəsi Konyada yerləşir. Belə sığınacaqlarda İldə 400-500 nəfər şiddətə məruz qalmış kişi nbu yurdlara müraciət edir.
Bəs Azərbaycanda vəziyyət necədir. 2021-ci ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə zorakılığa məruz qalmış 255 nəfər müraciət edib ki, bunlardan 81-i kişidir. Təbii ki, bəlkə bu rəqəmdən daha çox ssayda kişi də biabır olmasın deyə şiddətə məruz qaldığını dilə gətirməyib, heç hara müraciət etməyib.
Şiddət məruz qalmaq yalnız sərt alətlərlə kişini qançır edib yorğan -döşəyə salmaq demək deyil ki.
Kişilərə emosional və ya psixoloji zərbə vurmaq da şiddətdir.
Cabir Novruzun gözəl bir şeiri var. Alovlu tribunun övladlarlna müraciətlə yazdığı həmin şeirin aşağıdakı misralarını söyləməyə ehtiyac duyuram:
…Vaxt olub ki, dediyimdən dönməmişəm –
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit,
Sonra rahat, bu dünyadan gedəcəyəm…
Ailədə söz-söhbətlər daha çox ərin qazandığı qpulun ailənin xərclərinə bəs etməməsi səbəbindən qaynaqlanır. Bəzən də ailədə hər iki valideynin işlməsi və qadının maaşının daha yüksək olması kişinin, ərin nüfuzunu aşağı salır. Marten siobalarının qarşısında işləyən, divar hörən, beton tökən, neft çıxaran, bütün günü sükan arxasında avtobus idarə edən əsl zəhmət adamları ayda vur-tut 800-1000 manat ala biləcəksə, bu pulla evi yola verə bilməyən qadın alıb oturacaq kişini. Döyməyəcək ey, sözlə yuyub sərəcək yerə. Amma qadın əsl maliyyə vəziri olsa, ailənin xərclərini nizamlaya bilsə, problemləri mütləq yola verə bilər. Onda ailənin maliyyə qayğıları ilə birgə, həm də ailə başçısının hörmətli olmasını da təmin edəcək və qoruyacaq.

Ümumiyyətlə, kişini alçaltmaq, alçaltmaq və utandırmaq, onu bacarıqsız, dəyərsiz, günahkar hiss etmək və nəticədə özünə hörmətini aşağı salmaq məqsədi daşıyan hər cürə davranış onlara qarşı şiddət sayılmalıdır.
Demək olar ki, kişilərin böyük hissəsi həyatlarının müəyyən bir nöqtəsində qadınları tərəfindən emosional zorakılığa məruz qalacaqlar, lakin bunu nadir hallarda və ya heç vaxt dostlarına, heç aidiyyəti qurumlara bildirməyəcəklər. Onların qadınları isə heç insafa gəlməyərək uşaqlarının atasındannqeyri-real gözləntilər və tələblərini davam etdirirlər, öz hissləri üçün onları günahlandırırlar. Onları bacarıqsız və yararsız adlandırır. O, otağında özünü təcrid edir və psixoloji müharibəyə əl atır, nəticədə kişinin tam diskvalifikasiyası halına salırlar.


Kaş belə olmaya idi. Kaş ailə tərəfləri arasındakı bağlar mexaniki vasitələrlə belə, qırıla bilməyən möhkəmlikdə olaydı.
Bu günBeynəlxalq Kişilər Günüdür. Kişi nə demək olduğununbütün ciddiliyi ilə qəbul edən bütün qadınlar xoşbəxtdir. Əziz Qadınlar, həyat yoldaşlarınızı qoruyun. Qoruyunki, bünövrəsini qoyduğunuz ailə binası dözümlü olsun, əbədilik olsun.
P.S. Amma yaxşı nümunələr də var. Belə nümunələr görəndə qəlbimiz çoşub daşır. Dünya mehriban, ərlərini gələnə kimi necə seviblərsə, sona kimi də elə sevəcəklərini qayğıları ilə dönə-dönə sübut edən əziz qadınlardan xali deyildir.


