Pul təkcə əl çirki deyil, o, həm də insanlar arasında maddi və mənəvi bərabərsizlik yaradan uçurumdur

Sosial

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
M.Ə Sabir

Pulun istər sinifli cəmiyyətdə oynadığı pozucu rolu kitablardan, filmlərdən bilirik . Amma pul bütün dövrlərdə öz hökmünü saxlamaqdadır. Yəni, pul hələ də insanlar arasında maddi və mənəvi bərabərsizlik yarada-yarada dikə (qirvə demk istəmirəm) qalxmaqdadır. Güzəranını ancaq nisyə alış-verişlərin dəstəyi ilə güclə quranlar üçün pulu qazanmaq üçün gördükləri iş Sizif əməyinə dönürsə, pulu su kimi axıb gələnlər üçün kanatla Tufandağa qalxmaq kimi bir əyləncə misallı olur…
Amma azad, bərabər həyat üçün nümunə olan yerlər də var. Bu yerlərdə pul, həqiətən, əl çirkidir. Çoxlarınız inanmasanız da, bu, dediyimiz kimi var. Pulunuz istər evro olsun, İsveç kronu olsun, frank olsun, fərq etməz, burada işləmir, heç kim onların üzünə də baxmayacaq! Məsələn, Yeni Qvineya ərazilərində məskunlaşmış Tabu, Papua qəbilələrində puldan istifadə edilmir. Pul əvəzinə dəniz qabığından istifadə edirlər. Onlar ölkənin qalan hissəsi ilə müqayisədə çox fərqli həyat sürürlər.
Hutteritlər etnik-dini bir qoldur. Onların özlərinə xas inancları var və bu inanca görə puldan istifadə etmirlər. Amma ticarət edirlər ( yəqin mal mübadiləsi şəklində – kursiv sayta məxsusdur).
Amazonda yaşayan Ava qəbiləsi də indiyədək heç vaxt puldan istifadə etməyib. Bütün alış-verişlərini təbiətlə edirlər, pulla heç nə almırlar. Eləcə də Mennonitlər üçün də pul keçərli deyil, onlar da öz aralarında barter yolu ilə ticarət edirlər.


Sivilizasiyadan tamamilə uzaq Amazon meşələrində yaşayan Yanomami qəbiləsi də gərəkunudulmasın. Bu qəbilə də heç vaxt puldan istifadə etməyib. Onlar 35 min nəfərlik cəmiyyətlərində öz qidalarını yetişdirir və paylaşmağa əsaslanan bir sistemlə yaşayır.
Hindistandakı Jonbeel Mela, əslində, bir çox qəbilələrin iştirak etdiyi bir ərazidir. Burada alış-veriş pul əvəzinə əl işi zinət əşyaları, mal-qara, mebel və yemək kimi müxtəlif məhsulların dəyişdirilməsi ilə həyata keçirilir.
Nuba tayfası isə Sudanda yaşayır. Burada ən vacib və qiymətli sərvət mal-qaradır. İnsan sahib olduğu mal-qara ilə düz mütənasib olaraq zəngin və varlı olur. Yenə alver üçün mal-qara və müxtəlif məhsullardan istifadə edilir.

Mikroneziya adalarında məskunlaşmış Tada tayfasında isə pul əvəzinə çox fərqli bir şeydən istifadə olunur: Daş! Kifayət qədər ağır olan və adanın hər yerinə yayılmış diskşəkilli qayalar bu adanın puludur. İstifadə edirlər və qoruyurlar, həqiqətən maraqlıdır!
Cənubi Hindistandakı Auroville kəndinin əmtəə-pul mübadiləsi də pula eyni münasibət bəsləyirlər. 35 müxtəlif ölkədən insanların ibarət olduğu Aurovilledə barter sistemindən istifadə olunur. Kənardan gələnlərə rəqəmsal hesab da açılır, amma puldan istifadə olunmur.
Sivilizasiya bu tayfalara təsir edə bilmədi, amma varlıqları onları uzaq əsrlərə qaytaran həmin tayfalar dünyanın iqtisadi güclərinə təsir edə bilirlər. Artıq nəqd hesablaşmadan getdikcə imtina etməyə başlamışlar. Məslən, İsveç. İsveç dünyada ölkələr arasında nağdsız həyatı ən çox qəbul edən ölkədir.
Baxın, ilk Avropa əskinasları da məhz 1661-ci ildə İsveçdə bankir Yohan Palmstrux tərəfindən buraxılmışdır. Üstündən üstündən 3 əsrdən artıq vaxt keçir, İsveç mərkəzi bankı artıq 2016-cı ildə dünyaya dövriyyədə olan nağd puldan xilas olmaq niyyətini elan edir. Tarixin ironiyası seyilmi? Bu gün isveçlilərin yarından çoxu telefonla ödəniş etməyə imkan verən “Swish” proqramından istifadə edir. Ölkədə mövcud olan 1300 bank filialından 900- də pul kütləsi, ümumiyyətlə, pul yoxdur. Burada əksər sosial xidmətlər yalnız kartlarla və ya smartfondan ödənilir. Artıq Avropa belə ödəniş formasına doğru üstünlük verməyə başlayıblar.Belçikada, Norveçdə, Danimarkada, Somalidə, İngiltərədə, Sinqapurda, Kanada da insanlar ödənişlər üçün nağd puldan istifadəni praktiki olaraq dayandırıblar.


Belə ölkələrdən biri də azadlıq adası kimi məşhur olqan Kubadır. ABŞ dolları Kubada xarici valyuta kimi qəbul edilmir. Kuba BVF-yə borcu olmayan nadir ölkələrdən biridir.
Bəli, Kuba olduqca maraqlı yerdir. Bu ölkədə puldan başqa , demək olar ki, hər şey var. Bəs Kubada nə çatışmır?
İşsizlik
Kuba təhsil alarkən hər kəsin öz qabiliyyətinə uyğun olaraq istiqamətləndirildiyi ölkədir. Və maaşlar bir-birinə çox yaxındır. Deməli, deyə bilərik ki, ofisiantla deputatın maaşı arasında o qədər də fərq yoxdur.
“Uşağımın taleyi nə olacaq” deyə, kimsə narahat olmamalıdır. Xüsusən də qadınlar hamilə olanda məcburi olaraq idman, uşaq tərbiyəsi məşğələlərinə cəlb edilirlər. Hər doğulan uşaq dövlət tərəfindən hesaba alındığından təhsilin bütün növləri hamıya bərabər və pulsuz verilir. Kommunist inqilabından sonra 60 yeni universitet (əsasən dünyada və regionda səhiyyə sahəsində çox uğurlu olan tibb fakültələri) açılıb.
Sağlam nəsil yetişdirmək üçün on minlərlə idman kompleksi, mədəniyyət ocaqları, institutlar fəaliyyət göstərir.


Evsizin küçədə uzandığını görmək Kuba üçün qeyri-mümkün bir vəziyyətdir, hətta dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerikada da 4 milyon evsiz küçədə yatır, Kubada isə yaşayış yeri təmin olunmayan insan yoxdur. Bu adada kiminsə evi yoxdursa, dövlət tərəfindən pulsuz verilir, fərdi qulluq vasitələri hər ay dövlət tərəfindən pulsuz verilir.
Satılan məhsulların demək olar ki, hamısı müəyyən limitə qədər pulsuz verilir, bu limiti keçdikdə isə çox ucuz qiymətə təqdim olunur. Bu ölkədə ən yüksək maaş 30 avrodur.
Nəqliyyat pulsuzdur. Hökumət ölkə daxilində getmək istədiyiniz hər yerə sizi pulsuz aparıb-gətirir. Kubada istədiyiniz yerə istədiyiniz vaxt daxil ola bilərsiniz, bu mövzuda heç bir ayrı-seçkilik yoxdur.
Uşaqlar ali məktəbi bitirənə qədər ibtidai sinifdən qələm belə almırlar, bütün bunlar dövlət tərəfindən qarşılanır.
Ölkədə bütün vətəndaşlar rahatlıqla istədiyi yeməyi yeyə bilir və dövlət hər ay adambaşına 2 kq mal əti verir.
Kubada toyuq ferması görə bilməzsiniz, çünki toyuq ferması qurmaq qadağandır, toyuqlar təbii şəraitdə, bağlarda yetişdirilir.
12 milyon əhalisi olan Kuba tibb sahəsində dünyada birinci yerdədir. Ölkədə 50 minə yaxın həkim çalışır. Bu ölkənin vətəndaşlarının səhhətində heç bir problemi yoxdur.
Uşaq ölüm nisbəti 2012-ci ildən 2019-cu ilə qədər hər min diri doğuşa görə 4,6-dan aşağı saxlaya bilmişdir, lakin həmin il 5-ə yüksəldi, 2021-ci ildə isə 7,6 səviyyəsində qaldı. Profilaktik tibb sahəsində çox inkişaf etmiş bir nöqtədə olan Kubada orta ömür uzunluğu kişilər üçün 75, qadınlar üçün isə 77-yə yüksəlmişdir. Kubada yaşayan hər kəs səhiyyə və təhsil xidmətlərindən pulsuz faydalanır.
Elektrik və su müəyyən limitə qədər pulsuzdur, lakin bu limiti keçsəniz, türk valyutası ilə 0,50 krş kiçik bir ödəniş ödəyirsiniz. Bu ödənişin səbəbi enerji israfının qarşısını almaqdır.
Sahibsiz heyvanı narahat etsəniz və ya incitsəniz, sizi yüksək səviyyəli cəzalar gözləyir. Dövlət bütün sahibsiz heyvanlara mütəmadi olaraq qayğı göstərir.
Pul qazanmaq naminə burada reklam təbliğatı ola bilməz.
İş saatı 6 saatdan çox deyil.
Ölkənin bütün əyləncə məkanları dövlətə məxsusdur.
Döyüş sənəti və at sürmə kimi sahələr ən populyar maraqlardır.
Ölkənin hər yerində antik avtomobillərə üstünlük verilir. Ən yüksək avtomobil qiyməti 100 Avro kimi tanınır.
Kubada hər kəs böyük Türk lideri Mustafa Kamal Atatürkü tanıyır.
Ölkədə cinayət nisbəti demək olar ki, 0-dır, hər il orta hesabla 2 və ya 3 oğurluq hadisəsi baş verir.
Ölkədə zəhərli bitkilər yoxdur.
Bu ölkədə heç kim sizdən ana diliniz və ya dininiz barədə soruşmur, çünki Kubada bunların əhəmiyyəti yoxdur.
Bütün yeni evlənənlərə dövlət tərəfindən bağçalı ev ayrılıb.

Qeyd: Yazı bəzi internet mənbələrindən istifadə ilə hazırlanmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.