Kimsə ölkə başçısını sevmirsə, onun ətrafında birləşməyə hazır deyilsə, onda  nicatı kimdən gözləyir?

Mövqe

Məlum təyyarə qəzası ilə bağlı fikirlər, mülahizələr , nəinki Azərbaycanda, nənki bizə dost və qardaş ölkələrin mətbuatında manşetlərdən düşmür, hətta bütün dünyada bu hadisələri diqqətlə izləyirlər, hansı məcraya istiqamətlənəcəyini təxmin edirlər. Bəlkə də Azərbaycanın hadisənin səbəb və cavabdehlər dairəsini elə ilk gündən bildiyini xəyal edənlər də vardı ki, Rusiya ilə qarşıdurma yaranacaq və sair.

Birmənalı olaraq dünya siyasətində Azərbaycanın və onun qətiyyətli prezidenti cənab İlham Əliyevin mövqeyindən dost və qardaş ölkələr istisna olunmaqla, digər ölkələr yaman əndişələniblər. Bunlar o ölkələrdir ki, dünya meydanında nüfuz dairələri və təsir imkanları getdikcə daralır. Amma dünyanın, bəşəriyyətin taleyi sayın Ərdoğan, hörmətli Prezidentimiz İlham Əliyev kimi humanist, həm də qətiyyətli lidelərə olan ehtiyacı doğrulamaqdadır. Təəssüf etməmək olmur ki, öz içimizdə yuva salmış bədhahlarımız hələ də var. İndi də başlayıblar ki, Azərbaycan tərəfi niyə rəsmi münasibət bildirmir, Rusiyaya etiraz etmir, filan ölkə belə etdi, filan ölkə elə etdi və s. ikinci dəfə olsa da bu mövzuya üz tutmalı olduq.
Bəli, İlham Əliyev bu gün dünyanın ən tədbirli, ən müdrik, ən qətiyyətli liderlərindən biridir. Kimsə ölkə başçısını sevmirsə, onun ətrafında birləşməyə hazır deyilsə, onda nicatı kimdən gözləyir? İstəyirsiniz Abbas Səhhətin təmsilindəki kimi Tülkü uzaqdan görüb bu haləti fərar(cizlincə götürüb aradan çıxmaq) etsin? Proses eyniolacaq, amma fərq burasında olacaq ki, bu ovda fərar eməyəcəklər, bu torpaqlarınsərvətlərini fərar edəcəklər. Əlinizdən iş gəlmir, canınız sağ olsun: kirimişcə oturun yerinizdə. Azərbaycan Rusiyanın üzrxahlığını qarşı tərəfə təsir edib almadı. Rusiya 100 dəfə öıçüb -biçib doğru yolu seçdi. Görünür, siz Azərbaycanın siyasəti necə aparılırsa, məlumatınız yetərli deyil. Əsl lider odur ki, dövlətini, xalqını siyasi qabarmlarda qasırğalara təslim etmədən salamat çıxara bilsin.
Sirakuza hökmdarı Dionis bizim eramızdan əvvəl 357—354-cü illərdə ən məşhur yunan tiranı olmuşdur. O, güclü muzdlu ordu yaradaraq Karfagenlilərin işğalını dəf etmiş, həm də Siciliyanın böyük hissəsini tutmuşdu. Dionis yunan tarixində ilk olaraq kökmdarlıq mənsəbi üçün bənövşəyi kral paltarını geyinmiş və başına qızıl çələng qoymuşdu. Onun dəbdəbəli həyat tərzi ətrafındakı hər kəsi heyrətə gətirirdi. Hətta Dionislə müəyyən yaxınlıqları olan Damokl da bunu açıq-aydın dilə gətirir, həmişə də həyatlarında hər şeyi istədikləri kimi idarə edə bildiklərinə və hər cür xidmətlə təmin olunduqlarına ona həsəd apararmış.
Dionis bundan xəbər tutunca, onu yanına dəvət edərək, heç olmazsa, bir günlüyünə onu əvəz eləməyi təklif etmişdir. Damokl razılaşmış və amiranə şəkildə taxta əyləşmişdir. Amma anındaca başının üstündə tükdən asılmış iti qılıncı görüncə vahiməyə düşmüşdür.
Axşama kimi onun üçün həyatının ən əzablı sınağı olur.
Dionis bununla Damokla hər bir hökmdarın həyatını daim qorxu və təhlükələr içində keçirdiyini anlatmaq istəmiş bununla lovğa və ədəbaz əsilzadəyə ibrət dərsi vermişdir. Ona böyük hakimiyyətin, liderliyin nə qədər çətin olduğunu başa salmaq istəmişdir.
Xeyr, belə deyil. Kaş bunlar olmayaydı. Amma artıq itirdiyimizi itirmişik: içimiz ələmlə, gözlərimizi də yaşla doldu bu 1-2 gündə. Qəhrəman pilotlarımıza eşq olsun. Onlar mümkün olmayanı da ediblər. Allaha qurban olum, Allah da bizim tərəfə olub. Təyyarə dənizə düşə bilərdi, sağ çıxan olmazdı, iz də itə bilərdi. Amma uçuş heyəti daha böyük qəzadanyan keçə bildi və nə qədər insanımız sağ qaldı.


İlham Əliyev gənc, amma çox müdrik liderdir. Çox dəqiq və ağıllı addımlar atır. Ölənlər dirilməyəcəkdi onsuz da, amma gərgin və emosiyalı vaxtımızda sərt yol tutsa idik, digər əlavə problemlər də yarana bilərdi, yaranmış vəziyyətdən əleyhdarlarımız əksimizə faydalana bilərdilər. Belə yerdə müdriklik tələb olunur, soyuqanlı olmaq tələb olunur. İnternetdə oxudunuz yəqin, digər dövlətlərin yardımını qəbul etmədi dövlət başçımız. Bu cür məsələlərin həlli ancaq onun səlahiyyətindədir. Dedi ki, nə dövlətimizə, nə faciə qurbanlarına heç bir kömək lazım deyil, nə lazımsa, özümüz edəcəyik. Dolayısı ilə belə məqamda bu sür münasibət də ciddi siyası münasibət kimi dəyərləndirilməlidir.
Azərbaycan 5-3 il üçün mövcud deyil. Azərbaycanın müstəqlliyiəbədidir, dönməzdir. Dövlətimiz güclənəcək, dünya dövləri sırasında ön yerlərdənbirində qərarlaşacaq. Liderimiz onsuz da güclüdür, amma daha da rəğbət qazanacaq. Bütün bunlar imkan verəcək ki, kimsə ayağını yanlış basmağa cürət etməyəcək.
Bu gün dünya artıq hər şeyin fərqindədir. Hər kəs baş verənlərə seyrçi qalmır. Hər şeyi öz adıyla çağırmaq istəyənlər hələ qalsa da, haqq mübarizəmizi obyektiv olaraq qiymətləndirib bizi müdafiə edənlər günbəgün artmaqdadır. Astanada keçirilən Rusiya-Mərkəzi Asiya forumunda Tacikistan respublikasının Prezidenti Emoməli Rəhmon Rusiya lideri Vladimir Putinə dediklərini zatırlayq:
“Biz 100-200 milyonluq xalq deyilik. Ancaq hörmət olunmaq istəyirik. Harada nəyi səhv etmişik? Biz hər zaman əsas strateji tərəfdaşımızın maraqlarına hörmətlə yanaşmışıq. Bizə də hörmət edilməsini istəyirik. Biz bir növ yadplanetliyik? Bizə çox pul yatırmağa ehtiyac yoxdur. Vladimir Vladimiroviç, mən sizdən xahiş edirəm ki, Mərkəzi Asiya ölkələrinə qarşı keçmiş Sovet İttifaqı kimi siyasət aparmayın.”
Məgər görmürükmü bu gün dünyada Azərbaycana, onun müdrik lideri İlham Əliyevə bəslənilən etimad artıb çoxalırsa, ikili siyasət aparanlara liderlərə qarşı da içlərində qəzəb, nifrət edənlər kütləsi artıb çoxalmaqdadır.
Böyük Cavidimizə də qəni-qəni rəhmət oxuyuruq. Bəşəriyyətə Dahi obrazı üçün də ipucu verib, iblis obrazı üçün də:
İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis!…
Qanı qanla yumaq heç bir zaman üstünlük gətirməyib. Baxın, bütün ölkələr xalqımızla, cənab Prezidentimizlə bu anlarda necə həmrəylik nümayiş etdirirlər. Hadisə anında qardaş qazax xalqı necə çaxnaşmaya düşmüşdülər, necə yanıb yaxılırdılar.
Allah xalqımızı qorusun.
Ali Baş Komandanımızı və onun sərkərdəlik etdiyi Milli Ordumuzu qorusun.