Poeziya buketi/Nəğmə çələngi

Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi, “Azərbaycan” Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu) 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, “Təfəkkür” və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısı dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.
2023-cü ildə Ulu Öndərə həsr etdiyi “İki iyirmi üç arasında” pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib.
2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalının iştirakçısıdır. İndiyə kimi 40 şeir kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb. Şeirləri 20 dən çox dilə; ingilis, rus, ispan, fransız, alman, italyan, alban, çin, tamil, fars, holland, polyak və başqa dillərə tərcümə olunub.

Pis valideyn
Məktəb direktoru
məni çağırdı
yanına,
Sən ən pis valideyinsən11-də oxuyan oğlun qız sevir.
Sinif rəhbəri də bir yandan,
Məktubunu tutmuşuq
Özü də şeirlə yazıb.
Yaman pis oldum
Oğlumun məktubunun
tutulmağına.
Uşaqlıqdan bilirdim
ehtiyatsızdı oğlum.
Gözündən ovçu oğlum
ikili-üçlü oğlum.
Neçə-neçə dostu var,
Deyirlər hər küçənin tinində
bir postu var.
Qolları orağa oxşayan oğlum,
Telefonun yanında yaşayan oğlum.
Dərdini bacısına deyir,
Bacısı da xəbərçidi
Anasıyla əlbirdir.
Əvvəl dinləyir qəşəng – qəşəng
Sonra anasına deyir göyçək – göyçək.
Dostları xain oğlum ,
Pırpız saçlarımı götürüb özüynən
Odlu ürəyimi götürüb özüynən
Təkcə ehtiyatlı olmağımı götürməyib.
Dilin- ağzın qurusun, a xəbər verən,
Əlin – qolun qurusun,
a məktub tutan!
Dostları xain oğlum!
Utandım direktordan
Soruşmağa,
Görəsən, qız nə fikirdədir?

Qadının ölümü
Aşiqi məşuqə mahir eylər
M.Füzuli
Qadınlar kişiləri qəhrəmana cevirə bilmirlər
Kicik qadınların kişisi böyüməz deyirlər.
Bu gün bizim kişi kimi qadınlarımız
Kişilərdə kişiliyi öldürən qəhrəmanlardı.
Ilahi, nə eləyirsən elə,
Amma qadını kişiyə cevirmə
Qoy elə qadın kimi qalsın.
Böyük qadınlığın böyük kişilik doğduğunun
fərqində deyilik.
Səngəri qoyub qacan kişinin
ən böyük günahkarı öz qadınıdır.
Yoldaş prokuror, o zaman ki,
Qadını hirslənmişdi onun üstünə
Uşaqların gözü qabağında,
itin sözünü demişdi üzünə.
Kişi hec nə deməmişdi ona,
Sadəcə sözünü bu günə saxlamışdı.
Qadın kişinin altını üstünə
çevirən realist üslubdu.
Bu üslubla küçə kişisini də,
bir anın içində qəhrəmana çevirmək olar.
Bilirsənmi, Məcnunun böyüklüyündə
Qadın gizlənib.
Onu da bil ki, hər fərari döyüşçünün
Arxasında balaca bir qadın var.
Səngərdə hər kişinin yanına,
Öz qadınını qoyun.
Qocalıram
Qocalmağa tələsirəm,
Qalsın arxada
Beynimə sızan həqiqətsiz gözləntilərim.
Bilim ki, o şey ki, mənə qismət olmalıydı,
Olmadı, hamısı qaldı o tərəfdə,
Bir az dincəlim.
Atları uşaqlar minib getsinlər daha,
Gücüm ona çatar ki, baxışlarım
Atları qamçılasın.
Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir,
Uçurlar çəliyin başında yuva qurmağa.
Çəlik ağac olduğu vaxtlar,
Başına quşlar qonardı,
Indi də yorğun quş qanadlarına bənzəyən əllər.
Əllərin siniri ölsə də,
Ağaclar Xorasima qışında çəliyə dönsə də,
Yaddaşları həmişə keçmişi xatırlayır,
Yaşamaq üçün bəs edər
Ala – toran xatirələr…
Bütün günü qocalmağa tələsirəm,
Işləyən əllərimi qocalıq puluna təhvil verilənə
kimi –
Qocalmaq.
Gözlərim eynək gətirsin,
Saqqalım qar,
Əllərim çəlik…
Yaşım qocaıq pulu…
Deyirlər qocalıq pulu da nəvə kimidir,
Əlindən tutmağa,
Səni ora –bura dartmağa,
Aldatmağa.
Günlərin bir günü, Qəşəm
Qocalıq pulun gecikəndə
Sən də beş – on manatlıq kartının əlindən asılanda
Qoyasan kartını ayağının altına
Çıxasan üstünə …
Başlayasan ötən illərini ayaqlamağa,
Başlayasan gəncliyinə söyməyə.
Başlayasan ürəyindən
Olan – qalan sevgini çıxartmağa
Baxmayasan,
ayağının altında ağlayan uşağa.

Nə yaxşı…
Doldum tellərinə,
Doldum əllərinə,
Doldum yollarına,
Hər şeyə bağladın məni.
Küləklərə söz yazdım,
Tez ayıldım, ayazdım.
Bir çay kimi dayazdım,
Keçib ayaqladın məni.
Yandım, oduma düşdün.
Sevdim, adıma düşdün.
Yenə yadıma düşdün,
Nə yaxşı, yoxladın məni.

Qocalıram
Qocalmağa tələsirəm,
Qalsın arxada
Beynimə sızan həqiqətsiz gözləntilərim.
Bilim ki, o şey ki, mənə qismət olmalıydı,
Olmadı, hamısı qaldı o tərəfdə,
Bir az dincəlim.
Atları uşaqlar minib getsinlər daha,
Gücüm ona çatar ki, baxışlarım
Atları qamçılasın.
Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir,
Uçurlar çəliyin başında yuva qurmağa.
Çəlik ağac olduğu vaxtlar,
Başına quşlar qonardı,
Indi də yorğun quş qanadlarına bənzəyən əllər.
Əllərin siniri ölsə də,
Ağaclar Xorasima qışında çəliyə dönsə də,
Yaddaşları həmişə keçmişi xatırlayır,
Yaşamaq üçün bəs edər
Ala – toran xatirələr…
Bütün günü qocalmağa tələsirəm,
Işləyən əllərimi qocalıq puluna təhvil verilənə
kimi –
Qocalmaq.
Gözlərim eynək gətirsin,
Saqqalım qar,
Əllərim çəlik…
Yaşım qocaıq pulu…
Deyirlər qocalıq pulu da nəvə kimidir,
Əlindən tutmağa,
Səni ora –bura dartmağa,
Aldatmağa.
Günlərin bir günü, Qəşəm
Qocalıq pulun gecikəndə
Sən də beş – on manatlıq kartının əlindən asılanda
Qoyasan kartını ayağının altına
Çıxasan üstünə …
Başlayasan ötən illərini ayaqlamağa,
Başlayasan gəncliyinə söyməyə.
Başlayasan ürəyindən
Olan – qalan sevgini çıxartmağa
Baxmayasan,
ayağının altında ağlayan uşağa.

Məni bir az gözlə
Sevdiyim şair Xəqani Həbiboğluna
Məni bir az gözlə, Xəqani müəllim,
Bənövşəyə salam verib, gəlirəm.
Bir gül də var, səndən salam gətirib,
O salamı güldən dərib, gəlirəm.
Hara getdim, qabağıma sirr çıxdı,
Bir sirr açdım, milyon dənə hürr çıxdı.
Bir sevdam var yatır, üstü açıqdı,
Ürəyimi üstə sərib, gəlirəm.
Vəfasızı vəfalıdan çox sevdim,
Gəlsin mənə, dəysin mənə ox, sevdim.
Mən yox oldum, dəli oldum, “yox” sevdim,
Tanımazsan, qərib – qərib gəlirəm.
Mən səni bu qədər uzaq bilməzdim,
Uzaq yolu yaxın bilib gülməzdim.
Bu gecə yarısı durub gəlməzdim,
Ürəyimə şeir gəlib, gəlirəm.

Ata
Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı
çox sevərdim,
Adına şeir yazardım hətta.
Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana.
Yadıma salardım
O, mənim beşiyimin kəndirini tavana
necə mismarlamışdı,
Mən də onun baxışlarını könlümə elə yazardım.
Sizə iki şeir yazdım, oğlanlarım.
Birini uşaqlığınıza,
Bunu da böyüklüyünüzə…
Birini qucağıma alanda
Birini qucağımdan düşürəndə…
Mən dəqiq bilirəm,
Bütün ataları övladları öldürür.
Bunu bilirsinizmi, siznənəm, eyy…
Hə, siznən…
Onnan… Sənnən…
Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur.
Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqabılarını
Qapıda görməyəcəksiniz?
Ən birinci qapıdan ayaqqabılar yığışdırılır.
Adamı yaman yandırır ayaqqabı yeri…
Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur…
Sizin yerinizə olsaydım bunu həmişə
yadımda saxlardım.
Yuxudan tez durardım ki, atamı çox görüm
Başdaşı üçün şəkillərinə baxmazdım,
Öləndən sonra şeirlərini oxumazdım.
Mən sizin yerinizə olsaydım atam haqqında
xatirə danışmazdım…

Tələbəlik illərində
Tələbəlik illərində,
Bir gözəl sevdi məni.
Rəfıqələri o qədəriydi
Hamısı salam verirdi mənə.
Məniydim Institutun şan-şöhrətli oğlanı.
Kəndçim Sərvaz,
Birini sevmək istədi, qoymadım.
Elə bilirdim o qızdan,
Nəsə qopub qalır o qızlarda.
Dostlarım dedi ki, siqaret cəkim,
Bu, oğlana bir yaraşıqdı.
Məsləhət gördülər lap araq içim,
Onda qızlar daha cox sevir adamı.
Mən yandım, o soyudu.
Istədim deyəm: – Evimiz ikimərtəbəlidi,
Ancaq kəndçim Sərvaz xəbərçidi.
O, soyudu, elə bil,
Rəfıqələri də küsdü məndən.
Kitabım da cıxmadı ki,
Ona həsr etdiyim şeri oxuya.
Rəfiqələri durna dəstəsitək dağıldı.
İstədim ölüm, onu peşiman eləyim,
Ölə bilmədim.
Istədim başqasını sevim,
Onun bağrı catlasn,
Sevə bilmədim.
Mənə verdiyi rəngli şəkli
Ağlaya-ağlaya aparıb
qaytardım
Elə bilirdim almayacaq,
banşacaq.
Məndən də qəşəng,
Məndən də gozəl
Yaşlı, kök, bığlı,
Norka papaqlı,
Zırpı bir oğlan gözləyirdi onu,
Mənim körpə, incə, nərmənazik
ağ kəpənəyimi.
Ağladım…
Məndən də cox ağladı Sərvaz.

İlyas Tapdıq təsnifi
Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq
Ayaqlarına bax,
Birin götürür, birin qoyur
Elə bil ki, sözlərinə
Vergül qoyur
Nöqtə qoyur.
Baxın: iri həriflə yazılmış “gözləmək” sözüdü ayaqlar
-tap
-dıq
-yaz
-dıq
-çat
-dıq.
Bir ayağını götürəndə “yox”
Bir ayağını qoyanda “hə”.
Əlinə bax iri ağızlı kəlbətin kimi
Demək istəmədiyi sözün ağzını yumur.
Mənimsə meylim deyilməyən sözədir.
Üstündən xətt çəkilmiş sözləri mən yaxşı oxuyuram
Zaman üstündən xətt çəkilmiş çümlələrdə gizlənir.
Fikir verin, danışanda bir çiyni əyilir
Əyilir ki, xatirəni qaldırsın.
Bir çiyni də yuxarı qalxır
Qalxır ki:
Lazım deyil, qoy qalsın.
Bir gözünü yumur…
Odeyy, getdi xatirənin dalınca.
Bir gözünü açır
Demək xatirə yoxdu artıq
Cəmiyyət var salonda.
O günü “Sahil” bağında yarpaqlarla bir gedirdi
İlyas Tapdıq
Əllinci illərin əvvəlliydi İlyas Tapdıq,
Gədəbəyin gülləriydi İlyas Tapdıq,
Əli Kərimin əlləriydi İlyas Tapdıq,
Uşaqların dilləriydi İlyas Tapdıq,
Buna bax eeee…
Özü də deyirlər şair oxunmur.
Gəlin apardılar

Gəlin apardılar qəlbi yox kimi,
Hıçqırıq ürəyin son nəğməsiydi.
“Volqa”da gəlinin əyilən başı,
Bu işə bir sual işarəsiydi.
Biri qəlbdə gedir, biri “Volqa”da,
Biz də gülə-gülə alqışlayırıq.
Ürəyə köçəndən xəbərimiz yox,
Evlərə köçəni xoşbəxt sayırıq.

Şəkillərin…
Məni şəkil öldürsün,
İndi mənə nə qalıbsa, şəkil qalıb.
İndi şəkillərinin üstə qoymuşam
Ürəyimi əklil kimi…
Nəyinə lazımdı şəkillərin,
Ağ-qaradı.
Sevgin ürəyimdə ala-taladı.
Birində gülümsəyirsən
Yadımdadır,
Küsüb barışmışdıq.
Birində də,
Nə qədər eləyirəm,
Görə bilmirəm səni,
Ayrılmışdıq..
Amma dəqiq yadımdadır,
Qolundakı saatı
Mən almışdım sənə,
Heç bilmirəm zaman
Necə tor atdı saatın
Dəqiqələrinə.
